|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli Konqresi
Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli Konqresi

1-3 dekabr  tarixində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC)  VI Milli Konqresi keçirildi. Konqresdə 250-ə yaxın həkim kardioloq iştirak etdi. Konqresdə Ürəyin işemik xəstəliyi,Arterial Hipertoniya, Ateroskleroz, dislipidemiya və qidalanma, Miokard xəstəlikləri və Aritmiya  mövzularına aid məruzələr dinlənildi. Bu elmi proqramda Azərbaycan kardioloqları ilə yanaşı Rusiya, Türkiyə, Gürcüstan və Qazaxıstan kardioloqlarının məruzələri də çox maraqla qarşılandı. Fikir mübadilələri oldu. Velfar şirkəti AKC-nin VI Milli Konqresinin sponsorlarından biri olaraq konfransdaxili sərgidə iştirak etdi. Velfar şirkətinin təqdim etdiyi  “Coros” preparatı həkimlər tərəfindən maraqla qarşılandı.

“Azərbaycan Urologiya və Andrologiya Assosiasiyalarının IX Simpoziumu”
“Azərbaycan Urologiya və Andrologiya Assosiasiyalarının IX Simpoziumu”

05-07. 06. 2015 tarixlərində Qəbələ şəhəri,”Qafqaz Resort Hoteldə” “Azərbaycan Urologiya və Andrologiya Assosiasiyalarının IX Simpoziumu” keçirildi. Konqresdə  “A-dan Z-yə Uro-Andrologiya” üzrə məruzələr oxundu. Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə bu sahə üzrə vəziyyətin təhlil edilməsi, vətəndaşlara yalnız paytaxtda deyil, bölgələrdə də yüksək səviyyəli ixtisaslaşmış tibbi yardımın göstərilməsinə nail olmaqdır. Konqresdə Təşkilat komitəsinin sədri: AMEA- nın müxbir üzvü, prof. S. B. İmamverdiyevin, Elmi katib: t.e.d. İ.S.Əhmədovun, Azərbaycan , Türkiyə, Ukrain, Sudan, Moskva Uro-androloqlarının  prof. Dr. Yaşar, prof dr. Mehmet, prof dr. Lütfi Tunc,  prof. Q. Y. Nikolaeviç, İsam Ahmed Abdallah Obeid, t.e.n. dr. Şamil Şükürov və b-nın çıxışları oldu. Mühazirələr yuxarıda sadalanan ölkələrin tanınmış Uro-androloqları tərəfindən “Kişi sonsuzluğunun müalicəsində uroloji sübut ”, “Laproskopik urologiyada təcrübəmiz”, “ Hamilə qadınlarda pielonefritin müalicə prinsipləri”, “ Böyük həcimli prostatlarda TUR-Pi”, “ Posterior uretra cərrahiyəsində yeniliklər və təcrübələrimiz” və s. mövzuları əsasında məruzə olunmuş, Urologiya və Andrologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılmışdır. Həmçinin həkimlər üçün sosial proqram təşkil edilmişdir. Konqresdaxili sərgidə “Velfar” şirkətinin stendi quraşdırılmışdır. Konqres iştirakçılarına “Velfar” şirkətinin yeni preparatı olan “Renefrin” və yanaşı digər preparatları haqqında məlumat verildi. Təqdim olunan preparatlara dair müxtəlif suallar cavablandırıldı, həkimlərə bukletlər təqdim olundu. 

“ Azərbaycan uroloqlarının 1 ci Beynəlxalq Konqresi”
“ Azərbaycan uroloqlarının 1 ci Beynəlxalq Konqresi”

04-05.05.2015 tarixlərində Bakı şəhəri, Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə inistitutunda Azərbaycan Uroloqlar Assosiasiyası, MOM və Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə inistitutunun təşkilatı dəstəyi ilə “ Azərbaycan uroloqlarının 1 ci Beynəlxalq Konqresi” keçirildi. Konqresdə “ Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyalar tətbiqi” üzrə məruzələr oxundu. Konqresdaxili sərgidə “Velfar” şirkətinin stendi quraşdırılmışdır. Konqres iştirakçılarına “Velfar” şirkətinin yeni preparatı olan “Renefrin” və yanaşı digər preparatları haqqında məlumat verildi. Təqdim olunan preparatlara dair müxtəlif suallar cavablandırıldı, həkimlərə bukletlər təqdim olundu. 

“Virus hepatitləri dünya səhiyyəsinin mühüm problemidir”
“Virus hepatitləri dünya səhiyyəsinin mühüm problemidir”

 Müasir dövrdə virus hepatitləri bütün dünyada səhiyyənin əsas problemini təşkil edir. Dünyada təkcə В virus hepatiti ilə yoluxmuş 2 milyard insan mövcuddur, onlardan 350 milyondan çoxu xroniki xəstədir, 700 minədək insan isə hər il bu xəstəlikdən dünyasını dəyişir. Eləcə də, 170 milyonadək insan xroniki C virus hepatiti xəstəsidir. Virus hepatitləri probleminin aktuallığını bir daha vurğulamaq, həlli yollarını axtarmaq və problemə dair digər çoxsaylı məsələləri müzakirə etmək məqsədi 15.04.2015 il tarixində Bakı şəhəri, “Four sezon” otelində “Virus hepatitləri dünya səhiyyəsinin mühüm problemidir” mövzusunda  konfrans keçirilmişdir. Konfransda ölkəmizin tibb sahəsinin aparıcı mütəxəssisləri ilə yanaşı xaricdən dəvət olunan alimlərdə məruzə ilə çıxış ediblər, fikir mübadiləsi aparıblar. Konfrans  iştrakçılarına “Welfar” şirkəti və preparatları haqqında  məlumat verildi.

Birinci Azərbaycan-Alman-Türk konqresi
Birinci Azərbaycan-Alman-Türk konqresi

11.04.2015-13.04.2015-ci il tarixində Bakı şəhəri, “Monolit Plaza” otelində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan-Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan-Alman-Türk tibb konqresi keçirildi. Konqresə 500-dən çox azərbaycanlı və əcnəbi həkim qatılıb. Konqresdə ölkəmizin tibb sahəsinin aparıcı mütəxəssisləri ilə yanaşı, Almaniyanın və Türkiyənin universitet klinikalarından dəvət olunmuş 14 professor iştirak edib.  Konqres  iştrakçılarına “Velfar” şirkəti və preparatları haqqında  məlumat verildi.

“Mogulair” və “Sedastat” preparatlarının təqdimatı
“Mogulair” və “Sedastat” preparatlarının təqdimatı

20.02.2015-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik korpusunun II Uşaq xəstəlikləri kafedrasında “Welfar” əczaçılıq şirkətinin preparatlarının təqdimatı keçirildi. Kafedranın müdiri, professor  A.A.Əyyubova “Mogulair”  preparatının bronxial astma və allergik rinitin müalicəsində, həmçinin  “Sedastat” preparatının  uşaqlarda əsəbilik, həyəcan və sinir oyanıqlığı ilə müşayiət olunan hallarda istifadəsinə dair məlumat verdi.  Preparatlar haqqında müxtəlif suallar cavablandırıldı, həkimlərə bukletlər və nümunələr təqdim olundu.

Azərbaycan-Türkiyə Cərrahiyyə və Qastroenterologiya günləri
Azərbaycan-Türkiyə Cərrahiyyə və Qastroenterologiya günləri

6-7.06.2014 tarixlərində Bakı şəhəri, “Akademik M. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində” Azərbaycan-Türkiyə Cərrahiyyə və Qastroenterologiya günləri keçirildi. Günlər  Cərrahiyyə və Qastroenterologiya problemləri, həmçinin gələcək inkişaf yolunu müəyyənləşdirmək üzrə təşkil olunmuşdur. Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə bu sahə üzrə vəziyyətin təhlil edilməsi, vətəndaşlara yalnız paytaxtda deyil, bölgələrdə də yüksək səviyyəli ixtisaslaşmış tibbi yardımın göstərilməsinə nail olmaqdır.“Günlərin” açılış mərasimi ARSN-nin səlahiyyətli nümayəndəsinin, “Günlərin”  Təşkilat komitəsinin sədri akad. B.Ağayev, “Günlərin”  Təşkilat komitəsinin sədr müavini prof. Dr. Ə. Özden, Türkiyə Qaraciyər xəstəlikləri Dərnəyinin sədri prof. Dr. Y. Çakaloğlunun çıxışları ilə başlandı. Mühazirələr Azərbaycan və Türkiyənin tanınmış cərrah-qastroenteroloqları tərəfindən “Hepatit B müalicəsində yeniliklər”, “Kəskin pankreatitin müalicəsində az-invaziv cərrahiyyənin müasir prinsipləri”, “Hepatit C müalicəsi: Biz hardayıq?”, “Kəskin pankreatitin diaqnostikası və konservativ müalicəsi”, “Öd daşı xəstəliyinin müalicəsində cərrahi müdaxilə növünün seçimi”, “Kəskin pankreatitdə cərrahi müalicə” mövzuları əsasında məruzə olunmuş, cərrahiyyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılmışdır. Konqresdaxili sərgidə “Velfar” şirkətinin baneri quraşdırılmışdır. Konqres iştirakçılarına “Velfar” şirkətinin yeni preparatı olan “Parastamik” və yanaşı digər preparatları haqqında məlumat verildi. Təqdim olunan preparatlara dair müxtəlif suallar cavablandırıldı, həkimlərə bukletlər və nümunələr təqdim olundu. 

Nevropatoloqların Beynəlxalq Konfransı
Nevropatoloqların Beynəlxalq Konfransı

18-20.06. 2014 tarixlərində Bakı şəhəri, H. Əliyev adına  Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə nazirliyinin dəstəyi ilə NEVROPATOLOQLARIN BEYNƏLXALQ KONFRANSI keçirildi. Konfransda  “Baş ağrıları”, “İnsult”, “Demensiyalar”  və “Depressiyaların diaqnozu və müalicəsi”nə aid mövzular Dimos Mitsikotas, Ces Olesen, Valeria Kaso, Fuad İsmayılov, Rövşən Həsənov, Fabio Blandini və Zaza Katsarava tərəfindən məruzə olundu.  Konfransdaxili sərgidə “Velfar” şirkətinin stendi quraşdırılmışdır. Sərgidə konfrans iştrakçılarına  “Velfar” şirkəti və preparatları haqqında  məlumat verildi.

Azərbaycan Travmatoloq və Ortopedlərin I-ci qurultayı
Azərbaycan Travmatoloq və Ortopedlərin I-ci qurultayı

17.05.2014  tarixində Bakı şəhəri,  "Hyatt Regency" mehmanxanasında Azərbaycan travmatoloq və ortopedlərinin I qurultayı öz işinə başlamışdır.
  Qurultayının keçirilməsində əsas məqsəd ölkəmizdə bu sahə üzrə vəziyyətin təhlil edilməsi, vətəndaşlara yalnız paytaxtda deyil, bölgələrdə də yüksək səviyyəli ixtisaslaşmış tibbi yardımın göstərilməsinə nail olmaqdır.
  Azərbaycanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan travmatologiya və ortopediya sahəsi ilə bağlı məlumat verilmişdir. Son on ildə Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı nəticəsində yeni tikilən və əsaslı təmirdən çıxan 500-dən artıq tibb ocağının ən müasir avadanlıqla təchiz edildiyi, hazırda ən ucqar bölgələrdə belə mürəkkəb əməliyyatların aparılması diqqətə çatdırılmışdır. Qurultayda Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan və digər regionlarda çalışan travmatoloq-ortopedlərin bölgələrdəki vəziyyəti və çatışmazlıqlarla bağlı məruzələri dinlənildi. Eyni zamanda, qurultayda bu sahədə çalışan mütəxəssislərin uğur və problemləri, yeni formalaşan rezidentura təhsil sisteminin təşkili və inkişaf yolları ilə bağlı müzakirələr aparıldı. Konqresdaxili sərgidə “Velfar” şirkətinin stendi quraşdırılmışdır. Konqres iştrakçılarına  “Velfar” şirkətinin yeni preparatları olan “Carecal” və “Parastamik”-lə yanaşı digər prepartları haqqındada  məlumat verildi. Təqdim olunan preparatlara dair  müxtəlif suallar cavablandırıldı, həkimlərə bukletlər və nümunələr təqdim olundu. 

Qaraciyər xəstəliklərinin diaqnostika və müalicəsinin müasir vəziyyəti mövzuda konfrans
Qaraciyər xəstəliklərinin diaqnostika və müalicəsinin müasir vəziyyəti mövzuda konfrans

27.02.2014 tarixində Bakı şəhəri, “JW Mariott” otelinin “Şərq” zalında təşkil olunmuş “Qaraciyər xəstəliklərinin diaqnostika və müalicəsinin müasir vəziyyəti” mövzusunda konfrans keçirildi.

 Konfransda “Alkoqollu hepatit”, “Qaraciyər ensefalopatiyası”, “Xroniki B viruslu hepatitin müalicəsinə müasir yanaşma”,“Xroniki C viruslu hepatitin müalicəsinin müasir prinsipləri” mövzuları  A.Hüseynova, A.Nağıyev, T.Eyvazov, G.Ağayeva, Y.Alxazov tərəfindən məruzə olundu.

Konfransdaxili sərgidə “Velfar” şirkətinin stendi quraşdırılmışdır. Sərgidə konfrans iştrakçılarına  “Velfar” şirkəti və preparatları haqqında  məlumat verildi.

XIII Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqların Konqressi
XIII Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqların Konqressi

12.09.2013-13.09.2013  tarixində Bakı şəhəri, Azərbaycan Tibb Universitetində “XIII Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqların Konqresi” keçirildi. Tədbirin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra universitetin akt zalında konqresin açılışı olub. Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 19 ölkədən 105 elm xadimi və tibb mütəxəssisinin, eləcə də ölkəmizin tibb ictimaiy-yətinin nümayəndələri iştirak etdilər.

Açılış mərasimində çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır. Rektor bildirib ki, sentyabrın 15-dək davam edəcək bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır. Bu isə ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.

Sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XIII Beynəlxalq Konqresi işini Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, akademik Böyükkişi Ağayevin sədrliyi ilə sessiyalarda davam etdirmişdir.

Sessiyalarda "Xroniki B hepatitinin müalicəsində immunoterapiyanın perspektivi", "Xroniki pankreatitin endoskopik müalicəsi", "Türkiyədə qaraciyər transplantasiyası" və s. mövzularda məruzələr dinlənilmiş, cərrahiyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılmışdır.

Konqresdaxili sərgidə sponsor olaraq“Velfar” şirkətinin stendi quraşdırılmışdır. Sərgidə konqres iştrakçılarına  “Velfar” şirkəti və preparatları haqqında  məlumat verildi. Preparatlar haqqında müxtəlif suallar cavablandırıldı, həkimlərə bukletlər və nümunələr təqdim olundu. 

 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost