|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
Tariximiz

Tariximiz

Velfar şirkətinin bünövrəsi  1995-ci ildə “Odlar Yurdu-95” topdansatış əczaçılıq şirkətinin yaradılması ilə qoyulmuşdur. Əczaçılıq sektorunun sürətli inkişafı və dərman preparatlarına hər artan tələbat “Odlar Yurdu-95” şirkətinin sürətlə təkamülünə səbəb olmuş və 2001-ci ildə bu şirkətin bazası üzərində “Spesfarma” və “Ünalfarma” əczaçılıq marketinqi şirkətlərinin təməli qoyulmuşdur.Bu şirkətlər Azərbaycan əczaçılıq bazarında ilk əczaçılıq marketinqi şirkətlərindəndir.

Zaman geçdikcə Azərbaycan əczaçılıq bazarı sürətli inkişaf və geniş əczaçılıq fəaliyyəti üçün kiçik olduğundan yeni bazarların fəth edilməsinə ehtiyac yaranmış və şirkət genişlənərək bir sıra dünya ölkələrində “qız” əczaçılıq-marketinq şirkətlərinə başlanğıc vermişdir.

2009-cu ildə bütün ölkələrdə fəaliyyət göstərən şirkət filialları birləşərək vahid “Velfar” şirkətini yaratmış və mərkəzi ofisi Türkiyədə yerləşən uluslararası bir şirkətin təməli qoyulmuşdur.

Bünövrəsi qoyulan gündən əsas məqsədi dünya əczaçılıq bazarını yüksək keyfiyyətli dərman preparatları ilə təmin etmək və insanların həyat keyfiyyətini artırmaq olan  «Velfar» əczaçılıq şirkəti daim bu yolda uğurla addımlamış və hazırki mekəmməl səviyyəsinə çatmışdır.

Yalnız satış-marketinq prosesi ilə öz fəaliyyətini məhdudlaşdırmayan “Velfar” şirkəti 2010-cu ildən etibarən bir sıra yeni dərman molekullarının istehsalına start vermişdir. Hazırda şirkət bu istiqamətdə- dünya və Azərbaycan əczaçılıq bazarını ən yeni dərman molekulları ilə zənginləşdirmək amalına yetişmək üçün səylə çalışır.   

Dünya vətəndaşının lazım olan yerdə, lazım olan anda tələb olunan dərman vasitəsini və ya dərman vasitələri haqqında ətraflı məlumatı əldə edə bilməsi üçün “Velfar” əczaçılıq şirkəti geniş fəaliyyət şəbəkəsi qurmağı və daim qloballaşmaya doğru irəliləməyi qarşısına məqsəd qoymuşdur.

Biz 20 illik zəngin tarix və təcrübəmizə və sürətli təkamülümüzə arxalanaraq, Sizə sağlam və yüksək keyfiyyətli həyat vəd edirik.

Liderlik və struktur

Velfar şirkətinin mərkəzi ofisi Türkiyə Cümhuriyyətində yerləşmiş və digər ölkələrdə fəaliyyət mərkəzi ofislə bağlı şəkildə qurulmuşdur.

Velfar şirkətinin idarəedici rəhbərliyi şirkət üçün önəmli qərarların alınmasında və personalın bütöv olaraq idarə olunmasında liderlik edir.Bu, şirkətin maliyyə- strateji  problemləri tez bir zamanda həll etməsinə və daim vəziyyətdən uğurla çıxmasına xidmət edir.

Iş fəaliyyətinin qurulmasında hər üç prinsipdən- məhsul, personal və ərazi prinsiplərindən istifadə olunur. Bu şirkətin bütün səhiyyə sahələrini tam, tez və keyfiyyətli məlumatla təmin etməsinə imkan yaradır.

Hər bir işçi üçün konkret vaxt ərzində əldə olunacaq hədəflərin müəyyənləşdirilməsi və vaxtında bu hədəflərə çatmaq üçün işçinin müxtəlif vasitələrlə təmin edilməsi, sağlam və səmərəli iş mühitinin yaradılması şirkətin əsas məqsədinə yetişməyə təkan verir.

İnkişaf edən əczaçılıq bazarında daha geniş imkanlara malik olmaq və insanları innovativ dərman preparatları ilə daha tez və daha uğurla təmin etmək üçün Velfar şirkətinin nəzdində Araşdırma və inkişaf şöbəsi fəaliyyət göstərir.

Əmtəə çantasını daim təkmilləşdirən şirkət yeni əczaçılıq bazarlarının tutulmasına da böyük önəm verir və bir çox Asiya ölkələrində fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi bütün ölkələrdə ən ucqar əraziləri belə əhatə etmək üçün şirkətin nəzdində 5 Regional Qrup təsis edilmişdir. Bu qruplar mərkəzi qruplarla üfiqi iş əlaqələri yaradaraq, rəhbərlikdən şaquli asılılıq üzrə fəaliyyət göstərir.

Əsas dəyərlərindən biri peşəkar kadrların yetişdirilməsi olan Velfar şirkətində mütəhərrik iş mexanizminə malik Marketinq şöbə fəaliyyət göstərir. Bu şöbə məhsulun bütün həyat sikli dövrlərində inkişaf etdirilməsini, məhsul haqqında dolğun və etibarlı məlumatın istehlakçıya çatdırılmasını təmin edir.

Velfar şirkətinin strukturu burada çalışan hər bir fərdin maraqlarını qorumaqla şirkətin ümumi marağının, əsas məqsədinin əldə olunmasına və qorunmasına yönəlmiş şəkildə qurulmuşdur.


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost