|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
CAPTOSPES+H
Ana səhifə > Məhsullar > Ürək-qan damar sistemi > CAPTOSPES+H Birinci məhsul Əvvəlki məhsul
CAPTOSPES+H

TƏRKİBİ

Təsiredici maddə:  1 tabletin tərkibində

50 mq kaptopril

25 mq hidroxlortiazid vardır.

Köməkçi maddələr:  mikrokristallik sellüloza, jelatinləşdirilmiş qarğıdalı nişastası, susuz laktoza, stearin turşusu, maqnezium-stearat.

TƏSVİRİ: Ağ, bir tərəfində bölücü xətti olan girdə tabletlərdir.

FARMAKOTERAPEVTİK  QRUPU: AÇF-ingibitoru və sidikqovucu.

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ: Kaptopril angiotenzinçevirici fermentin (AÇF) ingibitorudur. AÇF-in ingibitorları qan damarlarının daralmasını azaldır və nəticədə qanın damarlarda axmasını asanlaşdırır. Hidroxlortiazid diuretik (sidikqovucu) dərman vasitəsidir.KAPTOSPES+H® yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunur.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Yüksək qan təzyiqi.

ƏKS  GÖSTƏRİŞLƏR: 

 -  kaptoprilə, hidroxlortiazidə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq;

 -  əgər nə vaxtsa Sizin əllərinizdə, dodaqlarınızda, üzünüzdə və dilinizdə səbəbi məlum olmayan şişkinlik olmuşdursa;

 -  əgər Siz revmatoid artrit, ümumi qırmızı qurdeşənəyi və ya sklerodermiya kimi “kollagen damar xəstəliyi” adlanan xəstəliklərdən hər hansı birindən əziyyət çəkirsinizsə və bu barədə həkiminiz bilmirsə;

 -  əgər Siz ürək, böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə və bu barədə həkiminiz bilmirsə.

EHTİYAT  TƏDBİRLƏRİ: 

- əgər Sizdə şəkərli diabet varsa. İnsulinin və ya digər antidiabetik dərman vasitəsinin Sizin tələbatınıza uyğun olan miqdarı KAPTOSPES+H® preparatından istifadə edərkən, xüsusilə müalicənin birinci ayı ərzində dəyişilə bilər – həkimlə məsləhətləşmək lazımdır.

- əgər Siz dializdən istifadə edirsinizsə. Dializ altında olan xəstələrin KAPTOSPES+H® qəbul etdikləri zaman allergik tipli reaksiyaların baş verdiyi barədə məlumatlar vardır. Növbəti dializdən əvvəl həkiminizlə məsləhətləşin.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: KAPTOSPES+H® hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır. Əgər Siz hamilə qalmağı planlaşdırırsınızsa, preparat barədə həkimlə məsləhətləşin.
DİGƏR  DƏRMAN  VASİTƏLƏRİ  İLƏ  QARŞILIQLI  TƏSİRİ: KAPTOSPES+H® qəbul etdiyiniz müddətdə həkiminizlə və ya əczaçı ilə məsləhətləşmədən digər dərman preparatı qəbul etməyin. Bura soyuqdəyməyə, öskürəyə, yüksək temperatura qarşı dərman vasitələri aiddir. Onlar Sizin qan təzyiqini yüksəldə bilər. Əgər Siz, həmçinin aşağıdakı dərman preparatlarını qəbul edirsinizsə həkimlə məsləhətləşməlisiniz:

- iltihabəleyhinə ağrıkəsici preparatlar (məs., indometasin, ibuprofen)

- litium preparatları

- karbenoksolon

- kortikosteroidlər

- kortikotropin (AKTH)

- karbamazepin (epilepsiya və ağrı kimi sinir sistemi pozğunluqlarının müalicəsi üçün

  istifadə olunan dərman vasitələri)

- bəzi işlədici preparatlar

- göbələk əleyhinə istifadə olunan inyeksiya dərman formaları (amfoterisin)

- miorelaksantlar (cərrahi əməliyyatlar zamanı istifadə olunan preparatlar)

- xolestiramin qətranı

- kolestipol

- allopurinol (podaqranın müalicəsi üçün)

- prokainamid və diqoksin (aritmiyanın müalicəsi üçün)

- immunosupressantlar (məs., azatioprin və siklofosfamid)

- kalsium duzları

- kalium əlavələri və ya tərkibində kalium olan əvəzedicilər

- diuretiklər (sidikqovücular)

- orqanizmdə kaliumun miqdarını artıran digər dərman vasitələri (heparin kimi)

- alfa-blokatorlar (məs., minoksidil) kimi damargenişləndirici dərman vasitələri

- klonidin

- diabet zamanı istifadə olunan dərman vasitələri

- psixi vəziyyətlərdə istifadə olunan preparatlar və bəzi antidepressantlar

- yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan digər preparatlar

KAPTOSPES+H® –IN QİDA VƏ İÇKİ İLƏ QƏBUL EDİLMƏSİ: Az miqdarda alkoqol preparatın təsirini dəyişdirmir. Lakin, Siz həkiminizlə Sizə alkoqolun tövsiyə olunan miqdarı barədə məsləhətləşməlisiniz.

KAPTOSPES+H® yeməkdən əvvəl və ya sonra qəbul edilə bilər.

NƏQLİYYAT VASİTƏLƏRİNİ VƏ POTENSİAL TƏHLÜKƏLİ  MEXANİZMLƏRİ  İDARƏETMƏ  QABİLİYYƏTİNƏ  TƏSİRİ: Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir, lakin əgər Siz preparatın qəbulundan sonra yüngül başgicəllənmə hiss edirsinizsə, o zaman nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etməyin və həkiminizlə məsləhətləşin.

KAPTOSPES+H® –ın BƏZİ İNQREDİYENTLƏRİ BARƏDƏ MÜHÜM MƏLUMAT:

KAPTOSPES+H® tabletlərinin tərkibində köməkçi maddə kimi laktoza monohidrat vardır. Ona görə də KAPTOSPES+H® laktozaya qarşı irsi həssaslığı olan xəstələr tərəfindən qəbul edilməməlidir.

İSTİFADƏ  QAYDASI  VƏ  DOZASI: Adi doza gündə 1 və ya 2 tabletdir. Tabletləri səhərlər, günün eyni vaxtında qəbul etmək tövsiyə olunur. Əgər Siz yaşlısınızsa və ya diabetdən əziyyət çəkirsinizsə və ya böyrəklərlə bağlı problemləriniz varsa, o zaman çox ehtimal ki, həkiminiz preparatın əlavə təsirlərindən qaçmaq üçün Sizin müalicənizi preparatın mümkün olan ən aşağı dozası ilə başlayacaqdır. KAPTOSPES+H® uşaqlarda istifadə olunmur. Həkim Sizə başqa cür məsləhət verməyənə qədər KAPTOSPES+H®  tabletlərinin qəbulunu davam etdirin. Hətta özünüzü yaxşı hiss etsəniz də həkimin təyinatına əməl edin.

ƏLAVƏ  TƏSİRLƏRİ: Bütün dərman vasitələrində olduğu kimi KAPTOSPES+H® da bəzi hallarda əlavə təsir göstərə bilər. Əgər Siz preparatdan istifadə zamanı aşağıdakı əlavə təsirləri müşahidə etsəniz, preparatın qəbulunu dayandırın və həkiminizlə əlaqə saxlayın:

Əllərin, üzün, dodaqların və ya dilin şişməsi, tənəffüsün çətinləşməsi, boğaz ağrısı və ya qızdırma, ağır başgicəllənmə və ya bayılma, güclü abdominal ağrı, ürəyin qeyri-adi sürətli və ya qeyri-ritmik döyünməsi, sarılıq (dərinin/gözlərin saralması), qəflətən, gözlənilmədən baş verən səpgi və ya yanma hissi, dərinin qızarması və qabıq qoyması.

Bəzi hallarda KAPTOSPES+H® başgicəllənməyə, səpgilərə, tükün tökülməsinə, dəriyə qan dolmasına və ya dərinin avazımasına, dad hissinin dəyişməsinə, abdominal ağrıya, diareya və ya qəbizliyə, ətrafların soyumasına, öskürəyə, yuxu pozğunluğuna, yuxuyameylliyə, baş ağrısına, tənəffüsdə problemlərə, ümumi əzginliyə və narahatlığa səbəb ola bilər. Əgər bu əlamətlər davam edərsə və ya narahatlıq yaradarsa, bu barədə həkiminizə məlumat verin.

KAPTOSPES+H® tabletlərindən istifadə zamanı bəzi hallarda purpura (dərinin qəhvəyi və ya qırmızı-qonur rəngli olması), qan damarlarının iltihabı, ksantopsiya (“sarı görmə”), podaqra, trombositopeniya (qeyri-adi göyərmə və ya qansızma), neytropeniya və ya aqranulositoz (bu zaman infeksiya baş verə bilər, ağ qan cisimciklərinin çatışmazlığı nəticəsində boğaz ağrısı və ya qızdırma) baş verə bilər.

Bəzi hallarda xəstələr KAPTOSPES+H® tabletlərinin birinci  1 və ya 2 dozasını qəbul edərkən başgicəllənmə hiss edə bilərlər. Əgər bu Sizdə baş verərsə, bu əlamətlər keçənə qədər uzanın.

Nadir hallarda qanda, böyrəklərdə və ya qaraciyərdə pozğunluqlar yarana və latent diabet

üzə çıxa bilər. Həkiminiz Sizin vəziyyətinizin monitorinqini apara, qanı və sidiyi yoxlamaq üçün testlər keçirə bilər.Çox nadir hallarda aşağıdakı halların yarandığı barədə məlumatlar olmuşdur: çaşqınlıq, depressiya, döş qəfəsində ağrı, ürək tutması, iflic, görmənin dumanlanması, burunun axması, ağız suyu vəzilərinin şişməsi, mədə xorası, dərinin işığa qarşı həssaslığının yüksəlməsi, əzələlərdə və oynaqlarda ağrılar, əzələ spazmları, yorğunluq, döşlərdə şiş, impotensiya, qanın miqdarca və kimyəvi tərkibcə dəyişməsi.

Əgər Siz hər hansı narahatlıq yaradan əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə məlumat verin.

DOZA  HƏDDİNİN  AŞILMASI: Doza həddinin aşılması zamanı həkiminizə müraciət edin. Əgər həkiminizi tapa bilməsəniz yaxınlıqdakı xəstəxanaya müraciət edin.

Əgər Siz bir dozanı qəbul etməyi yaddan çıxarmısınızsa, o zaman onu xatırlayan kimi qəbul edin, lakin heç vaxt ikiqat doza qəbul etməyin.

BURAXILIŞ  FORMASI: 10 tablet, blisterlərdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA  ŞƏRAİTİ: 25°C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ  MÜDDƏTİ: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Preparatın görünüşündə hər hansı dəyişiklik olarsa, ondan istifadə etmək olmaz.

APTEKDƏN  BURAXILMA  ŞƏRTİ: Resept əsasında buraxılır.

İSTEHSALÇI: Specifar S.A. 1, 28 Octovriou str.  Ag Varvara 123 51 Athens-Greece.


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost