|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
GLUTHION
Ana səhifə > Məhsullar > Antioksidantlar > GLUTHION
GLUTHION

TƏRKİBİ:

Təsiredici maddə: 1 flakonda 600 mq reduksiya olunmuş Qlutationun liofilizə olunmuş tozu vardır

Köməkçi maddə: natrium-hidroksid

Həlledici: inyeksiya üçün su

DƏRMAN FORMASI: inyeksiya üçün məhlul 

BEYNƏLXALQ PATENTLƏŞDİRİLMƏMİŞ ADI (İNN): Qlutation

FARMAKOTERAPETİK QRUPU: Antidotlar, detoksikantlar, antioksidantlar

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

- Qlutation güclü hepatoprotektor, antioksidant və detoksikant təsirlərə malikdir

- Qlutation zülalların sulfidril və disulfid qruplarında mövcud olan ağır metal ionlarını neytrallaşdırır

- Qlutation lipid mübadiləsinə təsir göstərərək aterosklerozun qarşısını alır və qocalmanı ləngidir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- Sisplatin və analoqları ilə kimyəvi müalicə zamanı neyrogen zədələnmələrin profilaktikası

- Müxtəlif mənşəli qaraciyər xəstəliklərinin və qaraciyər sirrozunun müalicəsi

- Müxtəlif mənşəli intoksikasiyalar

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Orta ağırlıqlı vəziyyətlərdə: gündə 1 ampulun möhtəviyyatı (600 mq) əzələ daxilinə və ya aşağı sürətlə (2-3 dəqiqə ərzində) vena daxilinə yeridilir. 
Ağır vəziyyətlərdə: gündə 2 ampulun möhtəviyyatı (1200 mq) əzələ daxilinə və ya aşağı sürətlə (2-3 dəqiqə ərzində) vena daxilinə yeridilir. Preparatı təyinatdan asılı olaraq venadaxili damcı üsulu ilə yeritmək olar.

Məhsulun istifadəsi ilə bağlı daha ətraflı məlumat üçün həkimə/əczaçıya müraciət edilməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda ürəkbulanma, qusma və baş ağrısı ola bilər. İstifadə zamanı meydana gələn dəri səpgiləri müalicə dayandırıldıqdan sonra keçir.

İçlik vərəqədəki təlimatlara riayət əlavə təsir riskini aşağı salır.

Preparatın qəbulu zamanı içlik vərəqədə göstərilmiş və ya göstərilməmiş hər hansı əlavə təsir baş verərsə, bu barədə həkimə bildirmək vacibdir.

ƏKS GÖSTƏRİŞLƏR: Preparatın tərkibindəki hər hansı maddəyə qarşı yüksək həssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR: Əzələdaxili istifadə zamanı əsas maddə həlledici ilə tam həll edilməlidir: məhlul şəffaf və rəngsiz olmalıdır.

Venadaxili istifadə zamanı əsas maddə öz həlledicisi ilə (inyeksiya üçün su) həll edilə bilər və ləng birbaşa, yaxud 20 ml steril məhlula əlavə edilərək damcı üsulu ilə yeridilə bilər.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Qlutationun digər dərman vasitələri ilə xüsusi uyuşmazlığı haqqında məlumat qeyd edilməmişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Eksperimental tədqiqatlar zamanı Qlutionun embriotoksik təsiri müəyyən olunmamışdır, lakin hamilələrdə bu preparat yalnız xüsusi göstəriş olduqda və həkim nəzarəti altında istifadə olunmalıdır.

BURAXILIŞ FORMASI: Toz və inyeksiya məhlulu üçün həlledici. İçərisində 600 mq liofilizə olunmuş toz olan 10 flakon və 4 ml həlledici olan 10 ampul içlik vərəqə ilə birlikdə karton  qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTİ: 3 il. Qablaşdırmanın üzərində göstərilmiş yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti qablaşdırılması açılmamış və düzgün şəraitdə saxlanılmış məhsula şamil olunur. Hazırlanmış məhlul otaq temperaturunda təxminən 2 saat, 0°- 5°C temperaturda isə 8 saat ərzində sabitdir.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Resept əsasında buraxılır.

İSTEHSALÇI: Laboratorio Farmaceutico C.T.S.r.l. Strada Solaro, 75/77 Sanremo (İM) İtaliya


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost