|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
BRONCHOFIT
Ana səhifə > Məhsullar > OTC > BRONCHOFIT Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
BRONCHOFIT

TƏRKİBİ: Hər 5 ml siropun tərkibində:

Aktiv maddələr

Gülxətmi kökü ekstraktı (Marshmallow root extract)            0,073 q

Kəklikotu ekstraktı (Thyme extract)                                  0,032 q

Quşüzümü ekstraktı (Elderberry fruit extract )                    0,022 q

Cökə çiçəklərinin ekstraktı (Linden flower extract)                0,02 q

Arı balı                                                                        0,354 q

C vitamini ( natrium L-askorbat şəklində)                          0,007 q

Sitrus bioflavonoidləri 95%                                             0,001 q

Əzvay ekstraktı                                                             0,001 q

Köməkçi maddələr: Şəkər, limon turşusu E-330, albalı şirəsi, albalı dadı, limon dadı, natrium benzoat, təmizlənmiş su.

TƏSVİRİ: Şəffaf, qatı maye şəklində, limon və albalı dadlı sirop

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Bronxofit- bitki tərkibli bəlğəmgətirici və öskürək əleyhinə siropdur.

Arı balı -Tarixən bal insanlar tərəfindən müxtəlif xəstəliklərin müalicəsində istifadə edilmişdir. Tərkibi 75-80% karbohidratlar (qlükoza, saxaroza, fruktoza), vitaminlər (B1 B2, B6, E, C, fol turşusu) və üzvi turşularla zəngindir. Antiseptik və antibakterial xüsusiyyətlərə malik olub boğaz ağrılarının və öskürəyin müalicəsində istifadə olunur, immun sistemini gücləndirir, orqanizmin xəstəliklərə qarşı davamlılığını artırır.

Gülxətmi kökü ekstraktının tərkibində olan selikli (yapışqan) maddələr bürüyücü, yerli iltihab əleyhinə və reflektor bəlğəmgətirici təsir göstərir, bəlğəmin ayrılmasını asanlaşdırır.

Kəklikotu bəlğəmin xaric edilməsini asanlaşdırır.

Əzvay və C vitamini immun sistemi gücləndirir.

Cökə çiçəkləri tərlədici, antibakterial və bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Tərkibində olan selikli (yapışqan) maddələr tənəffüs yollarının selikli qişasını bürüyərək qıcıqlanmanı və öskürəyi aradan qaldırır.

Quşüzümü meyvələri bəlğəmgətirici və tərlədici xüsusiyyətlərə malikdir, bronxospazmı aradan qaldırır, qatı bəlğəmin xaric olmasını asanlaşdırır.

Sitrus bioflavonoidləri qan damarlarının divarını mökəmləndirir, kapillyar keçiriciliyini normallaşdırır, tənəffüs yollarının selikli qişasında ödemi aradan qaldırır. C vitaminin təsirini gücləndirir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- Qrip, yuxarı tənəffüs yollarının katarı, laringit, faringit, traxeit, bronxit, bronxopnevmoniya, bronxial astma

- Zökəm və zökəmdən sonrakı ağırlaşmalar

- Müxtəlif etiologiyalı öskürəklər.

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI:

3 yaşdan yuxarı uşaqlara: 1 çay qaşığı (5 ml ) gündə 5 dəfə.

Böyüklərə: 1 xörək qaşığı (15 ml ) gündə 3 dəfə.

Tövsiyə olunan gündəlik doza uşaqlar üçün 25 ml və böyüklər üçün 45 ml təşkil edir.

XÜSUSİ GÖSTƏRİŞLƏR: Siropu qəbul etdikdən sonra yaxın müddət ərzində hər hansı bir maye qəbulu məsləhət görülmür.

ƏKS GÖSTƏRİŞLƏR: Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq olan hallarda istifadə olunmamalıdır. Tövsiyə edilən gündəlik doza həddini aşmaq olmaz. Qida əlavəsi çoxşaxəli pəhriz əvəzedicisi kimi istifadə edilməməlidir.

ƏLAVƏ TƏSİRLƏR: Heç  bir əlavə təsir müşahidə olunmamışdır.

DOZA HƏDDİNİN AŞILMASI: Doza artıqlığı riski yoxdur.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən olunmamışdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.

BURAXILIŞ FORMASI: Flakonda 120 ml sirop. Xüsusi doza qapağı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ:15-25°С- temperaturda, qablaşdırmasında, işıq düşməyən və uşaqların əli çatmayan  yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.      

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır.

İSTEHSALÇI: S-LAB Sp. z o.o. ul.Kiełczowska 2, 55-095 Mirków/ POLŞA


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost