|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
FUNGALAC LAK
Ana səhifə > Məhsullar > OTC > FUNGALAC LAK Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
FUNGALAC LAK

TƏRKİBİ: 15 ml mayenin tərkibi:

Aktiv maddələr:

Çay ağacı yarpağı yağı (Melaleuca alternifolia leaf oil)    0,028 q

(tərkibinə Limonene, Linalool daxildir)     

Mixək yağı (Eugenia caryophylus oil)                            0,028 q

tərkibinə Eugenol daxildir)              

Limon otu yağı (Cymbopogon schoenanthus oil)              0,069 q

(tərkibinə Citral, Citronellol, Eugenol, Geraniol,

Limonene, Linalool daxildir)           

Ətirşah yağı (Peralgonium odorantissimum oil)              0,028 q

tərkibinə Citral, Citronellol, Geraniol,

Limonene, Linalool daxildir)           

Gənəgərçək yağı (Rucinus communis (Castor) oil)          0,554 q

Klotrimazol                                                              0,097 q

Undesilen turşusu                                                     0,028 q

Köməkçi maddələr: Denaturasiyaolunmuş spirt, propilen qlikol, emulgin HPS. 

TƏSVİRİ: Şəffaf maye.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Bu məhsul dırnağa qulluq, xüsusilə göbələk infeksiyasına meylli dırnaqlar üçün məsləhət görülür. Bu məhsulun tərkibində olan maddələr göbələk infeksiyalarını müalicə edir,  dərini qidalandırır, sakitləşdirir və zədələnmiş dırnaq təbəqəsini qoruyur. 

Funqalak dırnaq  və  dırnaqətrafı  yumşaq  toxumaya  çəkdikdən  sonra  qısa  müddətə  toxumalara  tam  sorulur  və  özündən  sonra  heç  bir  iz  qoymur. Funqalak  şəfaf maye olub, dırnağa  çəkdikdə  xoş iyə (tərkibindəki bitkilərin xoş rayihələrinin qarışığı) malikdir. Tam  olaraq  dırnaq  toxumasına  sorulur, yerli  göbələk  əleyhinə,  virus  əleyhinə və  antibakterial  təsir  göstərir.

Çayağacı yağı- güclü antiseptik, göbələk əleyhinə, virus əleyhinə, iltihab əleyhinə  və antibakterial təsirlərə malikdir. İltihab əleyhinə və ağrıkəsici təsir göstərir. Yaraları təmizləyir və dezinfeksiya edir, regenerasiyanı sürətləndirir, qıcıqlanmanı, qaşınmanı və ödemi aradan qaldırır. Epidermisin müdafiə gücünü artırır. Allergik və həşərat dişləmələrindən sonrakı səpgilərin aradan qaldırılmasında effektlidir.

Mixək yağı- antiseptik və iltihab əleyhinə təsir göstərir. Ayaqda xoşagəlməz qoxunu, qıcıqlanmanı, qaşınmanı və qabıqlanmanı aradan qaldırır.

Ətirşah yağı- dezodorasiyaedici (ayaqda xoşagəlməz qoxunu götürür) təsir göstərir, dərini tonuslandırır və qıcıqlanmanı aradan qaldırır.

Limon otu yağı- dəriyə sərinləşdirici və yumuşaldıcı təsir göstərir, xoşagəlməz qoxunu aradan qaldırır.

Gənəgərçək yağı- dərini yumşaldır, yerli qan dövranını yaxşılaşdırır, regenerasiya prosesini sürətləndirir. Dırnaqların möhkəmlənməsi və yenilənməsini sürətləndirir. Virus və göbələk əleyhinə təsir göstərir. Ekzema və dermatitlərin müalicəsində yüksək effektə malikdir.

Klotrimazol- imidazol törəmələrinə aid göbələk əleyhinə vasitədir, əksər patogen göbələklərə–dermatofitlər (Epidermophyton floccoTearetsum, Microsporum sp., Trichophyton sp.), blastomikozlar və maya göbələkləri (Candida sp., Cryptococcus neofo Torulosis sp., Aspergillus sp., Cladosporium sp., Madurella sp.), dimorfik göbələklər (Blastomyces dermatitidis, Coccidioides immitis, Histoplasma capsulatum), həmçinin Nocardia cinsindən olan aktinomisetlərə qarşı yüksək aktivliyə malikdir.

Kiçik dozalarda funqistatik, böyük dozalarda isə funqisid təsir göstərir. Antimikotik təsirlə yanaşı antibakterial və ibtidai əleyhinə təsirlərə malikdir.

Undesilen turşusu- güclü funqistatik, büzüşdürücü və quruducu təsir göstərir, Trichophyton, Epidermophyton, Microsporum cinsli dermatofitlərə qarşı yüksək aktivliyə malikdir.

Müalicəvi  lakın istifadəsindən   1-2  həftə  sonra  dırnağın  qalınlaşmış  hissəsinin  aşkar  nazikləşməsi,  normal  dırnaq  toxumasının  əmələ  gəlməsi,  dırnağın zədələnmiş  nahiyyəsinin kəskin  ovulmasının  qarşısının  alınması,  zədələnmiş  toxumada  qara  rəngli  iltihab  ocağının tam  olaraq  yox  olması,  dırnaq  səthinin  hamarlaşması, dırnağın  daha  möhkəm  olması  müşahidə  olunur. Funqalak  dırnaqların  elastikliyini  bərpa  edərək  qırılmasının  qarşısını  alır. Onixomikozların  müalicəsində  Funqalak  monoterapiya  kimi  istifadə  oluna  bilər.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Dırnaqların və dırnaqətrafı yumşaq toxumaların göbələk infeksiyaları:

- Distal  dırnaqətrafı  onixomikoz

- Lateral  onixomikoz

- Total  onixomikoz

- Ağ  səthi  onixomikoz

- Proksizmal  dırnaqətrafı  onixomikoz

- Kandidoz  onixomikoz

- Distrofik  onixomikoz

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI: İstifadədən  əvvəl  mütləq  çalxalanmalıdır.  Dırnaqlar  yuyulub,  qurudulmalıdır. Dırnaq boyalıdırsa, istifadədən əvvəl boyanı təmizləyin. Sonra  müalicəvi  lak  flakonun  qapağındakı  xüsusi  fırça  ilə  dırnaq  və  dırnaqətrafı  toxumaya  çəkilməlidir. Lak dırnağın bütün sahəsinə  çəkildikdən  sonra  qurumaq  məqsədi  ilə  2  dəqiqə  gözləmək  lazımdır. 

Gün  ərzində  ən  azı  2  dəfə  çəkmək  lazımdır. Tam  müalicə  kursu  3-6  aydır. Müalicəvi lak çəkildikdən və tam quruduqdan sonra  dırnaqları  yumaq  və  ya  dırnağa  hər  hansı  kosmetik  vasitə (kosmetik  dırnaq  lakı) çəkmək  olar. Preparatın  gözə  və  ağız  boşluğuna  düşməsinə imkan  verilməməlidir.

XÜSUSİ GÖSTƏRİŞLƏR: Müalicə  müddətində  dırnaq  və  dırnaqətrafı  yumşaq  toxuma üzərində  istənilən  kosmetik  alətlə (manikür-pedikür  dəsti) kosmetik  prosedur  həyata  keçirilməsi  yalnız  şəxsi  kosmetik  alətlərdən  istifadə  ilə  məsləhət  görülür,  lakin prosedurdan  əvvəl  kosmetik  alətlər  mütləq  dezinfeksiya  edilməlidir. İctimai istifadədə  olan  alətlərdən (gözəllik  salonları  və  s. ) istifadə  məsləhət  görülmür, belə  ki,  bu  zaman  kosmetik  alətlə  yenidən  göbələk  və  ya  digər  infeksiyaya  yoluxa  bilərsiniz. 

ƏKS GÖSTƏRİŞLƏR: Zədələnmiş dəriyə  və tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq olan halda istifadə olunmamalıdır.  

Gözlə təmasından qorunun. Qıcıqlanma və ya allergik reaksiya müşahidə olunarsa  istifadəsini dayandırın.

Ancaq yerli istifadə üçün nəzərdə tutulub və daxilə qəbul edilməməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ: Heç  bir əlavə təsiri müşahidə olunmamışdır. 

DOZA HƏDDİNİN AŞILMASI: Doza artıqlığı riski yoxdur.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən olunmamışdır.  

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.  

PEDİATRİYADA  İSTİFADƏSİ: Uşaqlarda istifadəsi tövsiyə olunmur.

BURAXILIŞ FORMASI: Qapağında xüsusi fırçası olan şüşə flakonda 15 ml maye.1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

SAXLANMA ŞƏRAİTİ: 15-25°С- temperaturda, qablaşdırmasında və uşaqların əli çatmayan  yerdə saxlamaq lazımdır. 

YARARLILIQ MÜDDƏTİ: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.        

APTEKDƏN BURAXILMA ŞƏRTİ:  Reseptsiz buraxılır.

İSTEHSALÇI: S-LAB Sp. z o.o. ul.Kiełczowska 2, 55-095 Mirków/ POLŞA


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost