|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
FUNGALAC KREM
Ana səhifə > Məhsullar > OTC > FUNGALAC KREM Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
FUNGALAC KREM

TƏRKİBİ:  20 g kremin tərkibində:

Aktiv maddələr:

Çayağacı yarpaqlarının yağı 

(Melaleuca alternifolia leaf oil)  0,2 q

(tərkibinə Limonene daxildir)                                                                             

Klotrimazol                            0,2 q                          

Pantenol                                0,2 q

Tokoferol asetat (E vitamini)      0,1q

Triklozan                                0,1q

 Köməkçi maddələr: Stearil spirti, maye parafin, dimetikon,isopropil miristat, isopropil palmitat, qliserin, stearet-20, su. 

TƏSVİRİ: Homogen kütlə.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Bu məhsul ayaq dırnaqlarına və ayaq dərisinə qulluq məqsədilə, xüsusilə göbələk infeksiyasına meyilli ayaqlar və dırnaqlar üçün məsləhət görülür.  Məhsulun tərkibində olan maddələr göbələk infeksiyalarını müalicə edir,  dərini və dırnaqları qidalandırır, nəmləndirir, qıcıqlanmanı və qabıqlanmanı aradan qaldırır.  

Çayağacı yağı- güclü antiseptik, göbələk əleyhinə, virus əleyhinə, iltihab əleyhinə  və antibakterial təsirlərə malikdir. İltihab əleyhinə və ağrıkəsici təsir göstərir. Yaraları təmizləyir və dezinfeksiya edir, regenerasiyanı sürətləndirir, qıcıqlanmanı, qaşınmanı və ödemi aradan qaldırır. Epidermisin müdafiə gücünü artırır. Allergik və həşərat dişləmələrindən sonrakı səpgilərin aradan qaldırılmasında effektlidir.

Klotrimazol- imidazol törəmələrinə aid göbələk əleyhinə vasitədir, əksər patogen göbələklərə- dermatofitlər (Epidermophyton floccoTearetsum, Microsporum sp., Trichophyton sp.), blastomikozlar və maya göbələkləri (Candida sp., Cryptococcus neofo Torulosis sp., Aspergillus sp., Cladosporium sp., Madurella sp.), dimorfik göbələklər (Blastomyces dermatitidis, Coccidioides immitis, Histoplasma capsulatum), həmçinin Nocardia cinsindən olan aktinomisetlərə qarşı yüksək aktivliyə malikdir.

Kiçik dozalarda funqistatik, böyük dozalarda isə funqisid təsir göstərir. Antimikotik təsirlə yanaşı antibakterial və ibtidai əleyhinə təsirlərə malikdir.

Triklozan- xlor tərkibli fenol birləşməsi olub, antiseptik təsir göstərir. Əksər qrammüsbət və qrammənfi bakteriyalara qarşı aktivdir, güclü göbələk əleyhinə təsirə malikdir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- Dırnaqların (onixomikoz) və dırnaqətrafı yumşaq toxumaların göbələk infeksiyaları

- Ayaq dərisində qalınlaşma, xoşagəlməz qoxu və qabıqlanma ilə müşayiət olunan göbələk infeksiyaları (epidermofitiya)

- Çimərlik dövründə,ümumi hovuz, hamam və s. Istifadə zamanı göbələk infeksiyalarına yoluxmanın profilaktikası

- Tərləməyə meyilli ayaqlarda göbələk infeksiyalarının inkişafının qarşısını almaq və dezodorasiya məqsədilə

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI: Təmiz, quru dırnağa, dırnaq ətrafındakı dəriyə, barmaq aralarına və ayaq dərisinə çəkillir. Gün ərzində 2 dəfə istifadə edilir. 

ƏKS GÖSTƏRİŞLƏR: Zədələnmiş dəriyə  istifadə etməyin. Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq olan hallarda istifadə etməyin.  Ancaq yerli istifadə üçün nəzərdə tutulub və daxilə qəbul edilməməlidir. 

ƏLAVƏ TƏSİRLƏR: Heç  bir əlavə təsir müşahidə olunmamışdır. 

DOZA HƏDDİNİN AŞILMASI: Doza artıqlığı riski yoxdur.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə olunmamışdır.  

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.  

PEDİATRİYADA İSTİFADƏSİ: Uşaqlarda istifadəsi tövsiyə olunmur.

BURAXILIŞ FORMASI: 20 q krem tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 15-25°С- temperaturda, qablaşdırmasında və uşaqların əli çatmayan  yerdə saxlamaq lazımdır. 

YARARLILIQ MÜDDƏTİ: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.        

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır. 

İSTEHSALÇI: S-LAB Sp. z o.o. ul.Kiełczowska 2, 55-095 Mirków/POLŞA 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost