|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
VENERİN
Ana səhifə > Məhsullar > OTC > VENERİN Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
VENERİN

TƏRKİBİ:

Aktiv maddə:hər kapsulun tərkibində 100 mq doksisiklin (doksisiklin hiklat şəklində) var.

Köməkçi maddələr:mikrokristallik sellüloza, talk, maqnezium stearat, susuz kolloidal silisium dioksid, natrium lauril sulfat.

TƏSVİRİ: Ağ rəngli gövdə və qeyri-şəffaf mavi başlıqdan ibarət olan kapsullar.  

FARMAKOTERAPEVTİK QRUPU: Tetrasiklin qrupuna aid antibiotik. 

FARMAKOLOJİ TƏSİRİ:Tetrasiklin qrupuna aid geniş təsir spektrli antibiotikdir. Mikrob hüceyrəsi ribosomunun 30S subvahidi ilə qarşılıqlı təsirdə olaraq, zülal sintezini tormozlayır və bakteriostatik təsir göstərir. Əksər qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir: Streptococcus spp., Treponema spp., Staphylococcus spp., Klebsiella spp., Enterobacter spp. (E. aerugenes daxildir), Neisseria gonorrhoeae, Neisseria meningitidis,Haemophilus influenzae, Chlamydia spp., Mycoplasma spp., Ureaplasma urealyticum, Listeria monocytogenes, Rickettsia spp., Typhus exanthematicus, Escherichia coli, Shigella spp., Campylobacter fetus, Vibrio cholerae, Yersinia spp., Brucella spp., Francisella tularensis, Bacillus anthracis, Bartonella bacilliformis, Pasteurella multocida, Borrelia recurrentis, Clostridium spp. (Clostridium difficile istisna olmaqla), Actinomyces spp., Fusobacterium fusiforme, Calymmatobacterium granulomatosis, Propionibacterium acnes; bəzi ibtidailər: Entamoeba spp., Plasmodium falciparum. Preparat Acinetobacter spp., Proteus spp., Pseudomonas spp.. Serratia spp., Providencia spp., Enterococcus spp. kimi mikroorqanizmlərə təsir göstərmir. Bir sıra mikroorqanizmlərdə doksisiklinə qarşı dözümlülüyün inkişafı qrup daxilində çarpaz rezistentliyə səbəb ola bilər (belə ki, doksisiklinə davamlı ştammlar eyni zamanda bütün tetrasiklin qrupuna qarşı davamlıdır).

FARMAKOKİNETİKA:

Sorulma

Biomənimsənilməsi tez və yüksəkdir (təxminən 100%). Qida qəbulu preparatın sorulmasına cüzi dərəcədə təsir göstərir. 200 mq dozada qəbul etdikdə 2 saatdan sonra qan plazmasında maksimal qatılığa (2,6-3 mkq/ml) çatır, 24 saatdan sonra qan plazmasında aktiv maddənin qatılığı 1,5 mkq/ml-ə qədər azalır.

Müalicənin ilk günündə 200 mq, sonraki günlərdə 100 mq dozada qəbul etdikdə, doksisiklinin qan plazmasında qatılığı 1,5-3 mkq/ml təşkil edir.

Paylanma

Doksisiklin plazma zülalları ilə davamsız birləşir (80-90%), orqan və toxumalara yaxşı keçir, onurğa beyni mayesinə isə pis keçir (plazmadakı qatılığın 10-20%-i). Onurğa beyni qişalarında iltihabi proses olduqda, onurğa beyni mayesində doksisiklinin qatılığı artır.

Paylanma həcmi: 1,58 l/kq təşkil edir. Daxilə qəbul olunduqdan 30-45 dəqiqə sonra doksisiklin qaraciyər, böyrəklər, ağ ciyərlər, dalaq, sümüklər, dişlər, prostat vəz, göz toxumaları, plevral və assitik mayelər (döş və qarın boşluğu mayeləri), öd, sinovial ekssudat, alın və əng ciblərinin ekssudatında terapevtik qatılıqda müəyyən olunur.  Qaraciyər funksiyaları normal olduqda, preparatın öddəki qatılığı plazmadaki qatılığından 5-10 dəfə çox olur. Ağız suyunda plazmadakı qatılığın 5-27%-i təyin olunur. Doksisiklin plasentar baryeri keçir, az miqdarda döş südü ilə xariç olur. Dentin toxumasında (dişlərdə) və sümüklərdə toplanır.

Metabolizm

Doksisiklinin çox az hissəsi metabolizmə uğrayır.

Xaricolma

Birdəfəlik qəbul zamanı yarımxaricolma dövrü 16-18 saat, təkrar dozaların qəbulundan sonra 22-23 saat təşkil edir. Qəbul olunan dozanın təxminən 40%-i böyrəklərlə, 20-40%-i isə qeyri-aktiv şəkildə (xelatlar) bağırsaqlarla xaric olur.

Xüsusi klinik vəziyyətlərdə farmakokinetika

Böyrək funksiyaları pozulmuş xəstələrdə bağırsaqlarla xaricolma artdığından preparatın yarımxaricolma dövrü dəyişmir. Hemodializ və peritoneal dializ doksisiklinin qan plazmasındakı qatılığına təsir göstərmir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksiyalar:

Tənəffüs yolları infeksiyaları: faringit, kəskin bronxit, ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşməsi, traxeit, bronxopnevmoniya, xəstəxanaxarici pnevmoniya, ağ ciyər absesi, plevranın empiyeması.

LOR orqanlarının infeksiyaları: otit, sinusit, tonzillit.

Sidik-cinsiyyət sistemi infeksiyaları: sistit, pielonefrit, bakterial prostatit, uretrit, uretrosistit, urogenital mikoplazmoz, kəskin orxoepididimit; endometrit, endoservisit, salpinqooforit (kombinəolunmuş müalicə şəklində); həmçinin cinsi yolla ötürülən infeksiyalar: urogenital xlamidioz, penisillinlərə qarşı allergiyası olan xəstələrin sifilisi, ağırlaşmamış qonoreya (alternativ müalicə kimi), zöhrəvi limfoqranulomatoz.

Mədə-bağırsaq traktı və öd çıxarıcı yolların infeksiyaları: vəba, yersinioz, xolesistit, qastroenterokolit, basil və ya amöb mənşəli dizenteriya, “səyahətçi diareyası”.

Dəri və yumşaq toxumaların infeksiyaları (həmçinin, heyvan dişləmələrindən sonra inkişaf edən yaraların infeksiyaları, ağır sızanaq xəstəliyi (kombinəolunmuş müalicənin tərkibində)).

Digər xəstəliklər: frambeziya, legionellyoz, müxtəlif lokalizasiyalı xlamidioz (həmçinin, prostatit və proktit), rikketsioz, Ku qızdırması, yatalaq (səpgili və qayıdan gənə yatalağı), Laym xəstəliyi, tulyaremiya, taun, aktinomikoz, malyariya; gözün infeksion xəstəliklərinin kombinəolunmuş müalicəsi- traxoma, leptospiroz, psittakoz, ornitoz, sibir xorası (həmçinin ağ ciyər şəkli), bartonellyoz, qranulositar erlixioz; göyöskürək, brusellyoz, osteomielit, sepsis, yarımkəskin septik endokardit, peritonit.

Cərrahi əməliyyatdan sonrakı irinli ağırlaşmaların profilaktikası;  Plasmodium falciparum tərəfindən törədilmiş malyariya, xloroxin və/və ya pirimetamin-sulfadoksinə davamlı ştammların yayıldığı ərazilərə qısamüddətli (4 aydan az) səyahət.

ƏKS GÖSTƏRİŞ:Tetrasiklinlərə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 8 yaşa qədər uşaqlar, qaraciyər və/və ya böyrəklərin ağır funksional pozğunluğu, porfiriya.

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI:

Müalicə müddəti adətən 5-10 gün təşkil edir. Yemək zamanı daxilə qəbul olunur.

Yaşlılar və bədən çəkisi 50 kq-dan çox olan 8 yaşdan yuxarı uşaqlar: müalicənin ilk günü 200 mq bir-iki qəbula, sonra hər gün 100 mq olmaqla qəbul edilir. Ağır infeksiyalar zamanı bütün müalicə müddətində hər gün 200 mq olmaqla qəbul edilir.

Bədən çəkisi 50 kq-dan az olan 8-12 yaşlı uşaqlar: müalicənin ilk günündə doza 4 mq/kq/gün, sonrakı günlərdə isə 2 mq/kq/gün olmaqla qəbul olunur (1-2 dəfəyə qəbul etməklə). Ağır infeksiyalar zamanı preparat hər gün 4 mq/kq dozada olmaqla bütün müalicə müddətində qəbul olunur.

Bəzi xəstəliklər zamanı dozalanma xüsusiyyətləri:

Streptococcus pyogenes tərəfindən  törədilmiş infeksiyalar zamanı doksisiklin 10 gündən az qəbul olunmur.

Ağırlaşmamış  qonoreya zamanı:

Yaşlılar tam sağalma baş verənə qədər 100 mq gündə 2 dəfə (orta hesabla 7 gün müddətində), yaxud bir gün ərzində 600 mq-300 mq gündə 2 dəfə (ikinci doza birinci dozadan 1 saat sonra qəbul edilmək şərtilə) qəbul edilməlidir.

Birincili sifilis zamanı 100 mq gündə 2 dəfə 14 gün müddətində, ikincili sifilis zamanı 100 mq gündə 2 dəfə 28 gün müddətində qəbul edilir.

Chlamydia trachomatis tərəfindən törədilən ağırlaşmamış urogenital infeksiyalar, Ureaplasma urealyticum tərəfindən törədilmiş servisit, qeyri-qonokokk uretriti zamanı 100 mq gündə 2 dəfə 7 gün ərzində qəbul olunur.

Sızanaqların müalicəsi üçün gündə 100 mq olmaqla, 6-12 həftə müddətində təyin olunur.

Malyariya (profilaktik məqsədlə): səyahətdən 1-2 gün əvvəl, səyahət ərzində və səyahətdən sonraki 4 həftə ərzində 100 mq gündə 1 dəfə olmaqla qəbul olunur; 8 yaşdan yuxarı uşaqlara 2 mq/kq dozada olmaqla gündə 1 dəfə təyin olunur.

“Səyahətçi” diareyası (profilaktik məqsədlə): səyahətin ilk günü 200 mq (bir və ya iki qəbula), sonra bütün səyahət ərzində 100 mq gündə 1 dəfə qəbul olunur (3 həftədən çox olmamaq şərtilə).

Leptospirozun müalicəsi: 100 mq gündə 2 dəfə 7 gün ərzində;

Leptospirozun profilaktikası: 200 mq həftədə 1 dəfə səyahət ərzində və 200 mq səyahətin sonunda.

Tibbi abort zamanı infeksiyaların profilaktikası məqsədilə- müdaxilədən 1 saat əvvəl 100 mq və müdaxilədən sonra 200 mq qəbul olunur.

Yaşlılar üçün maksimal gündəlik doza 300 mq (ağır qonokokk infeksiyası zamanı 5 gün ərzində 600 mq) təşkil edir. Bədən çəkisi 50 kq-dan çox olan 8 yaşdan yuxarı uşaqlar üçün gündəlik doza 200 mq, çəkisi 50 kq-dan az olan 8-12 yaşlı uşaqlar üçün doza bütün müalicə ərzində 4 mq/kq təşkil edir. 

Böyrək çatışmazlığı (kreatinin klirensi 60 ml/dəq.-dən aşağı olduqda) və/və ya qaraciyər çatışmazlığı zamanı doksisiklinin tədricən orqanizmdə toplanması baş verdiyindən (hepatotoksik təsir riski), gündəlik dozanın azaldılması tələb olunur.

ƏLAVƏ TƏSİRLƏRİ: Mədə-bağırsaq sistemi tərəfindən: iştahsızlıq, ürəkbulanma, qusma, udqunmanın pozulması, ishal, enterokolit, psevdomembranoz kolit.

Dermatoloji və allergik reaksiyalar: örə, fotosensibilizasiya, angionevrotik ödem, anafilaktik reaksiyalar, sistem qırmızı qurdeşənəyinin kəskinləşməsi, makulopapulyoz və eritematoz səpgilər, perikardit, eksfoliativ dermatit.

Qaraciyər tərəfindən: qaraciyərin zədələnməsi (preparat uzun müddət istifadə olunduqda və ya qaraciyər/böyrək çatışmazlığı olan xəstələrdə).

Böyrəklər tərəfindən: preparatın antianabolik təsiri ilə əlaqədar qalıq sidik cövhəri azotunun miqdarının artması.

Qanyaradıcı sistem tərəfindən: hemolitik anemiya, trombositopeniya, neytropeniya, eozinofiliya, protrombin aktivliyinin azalması.

Sinir sistemi tərəfindən: kəllədaxili təzyiqin xoşxassəli yüksəlməsi (iştahsızlıq, qusma, baş ağrısı, görmə sinirinin ödemi), vestibulyar pozğunluqlar (başgicəllənmə və müvazinətin pozulması).

Qalxanabənzər vəz tərəfindən: uzun müddət doksisiklin qəbul edən xəstələrdə qalxanabənzər vəz toxumasının keçici tünd şabalıdı rəngə boyanması müşahidə oluna bilər.

Dişlər və sümüklər tərəfindən: osteogenezin ləngiməsi, uşaqlarda dişlərin normal inkişafının pozulması (dişlərin rənginin dəyişməsi, emalın hipoplaziyası).

Digər: kandidoz (stomatit, qlossit, proktit, vaginit).

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: qaraciyərin zədələnməsi ilə əlaqədar meydana çıxan əlavə təsirlərin güclənməsi- qusma, qızdırma, sarılıq, azotemiya, qaraciyər transaminazalarının səviyyəsinin yüksəlməsi, protrombin müddətinin uzanması.

Müalicəsi: simptomatikdir. Mədənin yuyulması, çoxlu maye, aktiv kömür və osmotik işlədicilərin qəbulu tövsiyə olunur. Hemodializ və peritoneal dializ az effektli olduğundan məsləhət görülmür.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Alüminium, maqnezium, kalsium tərkibli antasidlər, dəmir preparatları, natrium hidrokarbonat, maqnezium tərkibli işlədicilər doksisiklinin sorulmasını ləngitdiyindən, bu preparatların qəbulu ilə doksisiklin qəbulu arasında 3 saat interval olmalıdır.

Doksisiklinin bağırsaq mikroflorasına təsiri nəticəsində protrombin indeksi azaldığından, dolayı təsirli antikoaqulyantların dozasının korreksiya olunması tələb olunur.

Doksisiklini hüceyrə divarının sintezini pozmaqla təsir göstərən bakterisid antibiotiklərlə birgə istifadə etdikdə sonuncunun effektliliyi azalır.

Doksisiklin hamiləlik əleyhinə vasitələrin etibarlılığını azalda və estrogen tərkibli hormonal hamiləlik əleyhinə vasitələrin qəbulu zamanı asiklik qanaxma riskini yüksəldə bilər.

Etanol, barbituratlar, rifampisin, karbamazepin, fenitoin və digər mikrosomal oksidləşmə stimulyatorları doksisiklinin metabolizmini sürətləndirir və qan plazmasında onun qatılığını azaldır.

Doksisiklin və retinolun eyni zamanda qəbulu kəllədaxili təzyiqin artmasına səbəb ola bilər.

XÜSUSİ GÖSTƏRİŞLƏR: Tetrasiklin sırasından olan digər preparatlara qarşı çarpaz davamlılıq və ya yüksək həssaslıq inkişaf edə bilər.

Tetrasiklinlər protrombin müddətini artıra bildiyindən, koaqulopatiyalı (laxtalanma pozğunluğu) xəstələrə təyin olunarkən ciddi nəzarət tələb olunur.

Tetrasiklinlərin antianabolik təsiri nəticəsində qanda qalıq azotun miqdarı arta bilər. Bu hal böyrək funksiyaları normal olan xəstələr üçün əhəmiyyətli deyil, lakin böyrək çatışmazlığı olan xəstələrdə azotemiyanın inkişafına səbəb ola bilər. Belə xəstələr ciddi həkim nəzarətində saxlanmalıdır.

Preparatın uzunmüddətli istifadəsi zamanı dövri olaraq qanın laborator göstəricilərini, qaraciyər və böyrək funksiyalarını yoxlamaq lazımdır.

Fotodermatitin inkişaf riski olduğundan, doksisiklinlə müalicə müddətində və müalicədən sonrakı 4-5 gün ərzində günəş şüalarından mümkün qədər qorunmaq lazımdır.

Preparatın uzunmüddətli istifadəsi disbakterioza və bununla əlaqədar hipovitaminoza (xüsusilə B qrup vitaminlərin) səbəb ola bilər.

Dispeptik əlamətlərin inkişafının qarşısını almaq məqsədilə preparatın yemək zamanı qəbulu məsləhət görülür.

NƏQLİYYAT VASİTƏLƏRİ VƏ POTENSİAL TƏHLÜKƏLİ MEXANİZMLƏRDƏN İSTİFADƏ QABİLİYYƏTİNƏ TƏSİRİ: Öyrənilməmişdir.

BURAXILIŞ FORMASI: 100 mq kapsullar. 8 kapsul blistеrlərdə. 1 blistеr (8 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25ºC -dən aşağı tеmpеraturda, qaranlıq, quru və uşaqların əli çatmayan yеrdə saхlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Rеsеpt əsasında buraхılır.

İSTEHSALÇI: Chanelle Medical, İrlandiya


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost