|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
HEMET
Ana səhifə > Məhsullar > Hepatoprotektor > HEMET
HEMET

TƏRKİBİ:

Ademetionin                                                                100 mq

Alfa-lipoy turşusu                                                          100 mq

Alaqanqal toxumu ekstraktı (Silybum marianum fruit extract) 70 mq

Ənginar yarpağı ekstraktı (Cynara scolymus leaf extract)     100 mq

Zəncirotu kökü ekstraktı (Taraxacum officinalis radix extract) 75 mq

Xolin bitartarat                                                              100 mq

Tiamin hidroxlorid (Vitamin B1)                                          5 mq

Riboflavin (Vitamin B2)                                                     5 mq

Piridoksin (Vitamin B6)                                                     5 mq

Sianokobalamin (Vitamin B12)                                     0,005 mq

Fol turşusu                                                                 0,25 mq

Selenium                                                                   0,05 mq                      

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Ademetionin - antidepressiv aktivliyə malik hepatoprotektordur. Xoleretik, xolekinetik, detoksikasiyaedici, regenerator, antioksidant, antifibroz və neyroprotektor təsirlərə malikdir. Ademetionin hepatositlərdə endogen fosfatidilxolinin sintezini artırır, hepatositlərin keçiriciliyini, palyarlaşmasını və öd turşularının xaric olmasını yaxşılaşdırır. Hepatositlərdə toplanmış öd turşularını konyuqasiya və sulfatlaşma yolu ilə neytrallaşdırır, onların toksik təsirini aradan qaldırır və qaraciyər biokimyəvi göstəricilərini normallaşdırır. Hepatositlərdə dərmanların katabolitləri ilə birləşərək, onların toksik təsirinin qarşısını alır.

Alfa-lipoy turşusu - endogen antioksidant rolunu oynayır, hepatoprotektor, hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik təsirlərə malikdir. Qanda insulinlə sinergist təsir göstərərək qlükozanın miqdarını azaldır, qaraciyərdə qlikogenin miqdarını artırır, insulinə qarşı rezistentliyi aşağı salır. Lipid və karbohidrat mübadiləsində iştirak edir, xolesterin mübadiləsini stimulə edir, qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırır.

Alaqanqal ekstraktı - hepatoprotektor, antioksidant təsirlərə malikdir. Tərkibindəki bioloji aktiv komponent olan silmarin öd ifrazını stimulə edərək yağların həzmini və yağda həll olunan vitaminlərin mənimsənilməsini yaxşılaşdırır.

Ənginar ekstraktı - ödqovucu, hepatoprotektor, sidikqovucu, iltihab əleyhinə təsirlərə malikdir. Ənginarın bioloji aktiv komponentləri ağır metall duzlarının və digər toksiki maddələrin orqanizmdən ekskresiyasını sürətləndirir, zədələnmiş hepatositlərin regenerasiyasını stimulə edir, qaraciyərdə maddələr mübadiləsini  yaxşılaşdırır, böyrəklərdə daşları xaric edir.

Zəncirotu ekstraktı - tərkibindəki acı maddələr həzm vəzilərinin sekresiyasını stimulə edərək iştahanı artırır, mədə-bağırsaq traktının işini tənzimləyir və yüngül işlədici təsir göstərir. Antitoksik, antihelmint, yarasağaldıcı, ağrıkəsici, iltihab əleyhinə, sidikqovucu təsirlərə malikdir. Yorğunluq hissini aradan götürür, tonusu yüksəldir.

Selen - güclü antioksidant təsir göstərir, qlutationperoksidaza fermentinin tərkibinə daxil olub, hidroperoksidləşməni ləngidir, bioloji membranları sərbəst radikallarını zədələyici təsirindən qoruyur. E vitamini ilə sinergist təsir göstərir.

GÖSTƏRİŞLƏR:

-Qaraciyər və öd yollarının xəstəlikləri (xroniki hepatit, xolesistit, qaraciyərin piy hepatozu)

-Qaraciyər və böyrəklər üzərində əməliyyatdan qabaq və sonrakı dövrlər

-Böyrəklərin funksional pozğunluğu

-Hiperxolesterinemiya

-Xroniki intoksikasiya

-Şəkərli diabet və allergik xəstəliklərin kompleks müalicəsində istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ: Preparatın təsiredici maddələrinin teratogen təsiri və onların digər dərmanlarla qarşılıqlı təsiri haqqında məlumat yoxdur. 

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik zamanı istifadəsinə icazə verilmir. Laktasiya dövründə həkim məsləhətinə ehtiyac var. 

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Preparat su ilə bütöv olaraq udulmalı, çeynənilməməlidir. 1həbdən  gündə 2 dəfə yeməkdən asılı olmayraq  daxilə qəbul edilir. 

BURAXILIŞ FORMASI: Örtüklü həb N60  

İSTEHSALÇI: Argis Pharmaceuticals Inc.Co., Türkiyə 

MARKETİNQ SƏLAHİYYƏTİNİN SAHİBİ: Helba Pharmaceuticals Inc.Co.,Türkiyə 

 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost