|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
PARAZOL
Ana səhifə > Məhsullar > Antibakterial > PARAZOL Sonrakı məhsul Sonuncu məhsul
PARAZOL

TƏRKİBİ: Hər 5 ml siropun tərkibində:

AKTİV MADDƏLƏR:

Balqabaq toxumlarının ekstraktı (Cucurbita pepo seed extract)     225,0 mq
Sarımsaq ekstraktı (Allium sativum extract)                              50,0  mq                                

Keçibuynuzu meyvəsi ekstraktı (Ceratoni asiliqua fruit extract)      6,25 mq
Nanə yarpağı ekstraktı (Mentha piperita leaf extract)                     1,5 mq 

Adi kəklikotu ekstraktı (Thymus vulgaris herba extract)                25,0 mq

Adi boymadərən çiçəyi ekstraktı (Achillea millefolium flos extract)  25,0 mq

Razyana meyvəsi ekstraktı (Foeniculum vulgare fruit extract)        15, 0 mq

KÖMƏKÇİ MADDƏLƏR:

Natrium benzoat            5 mq

Kalium sorbat                 5 mq

Ksantan kitrəsi             2,5 mq

Sorbitol                     3000 mq

Qliserin                       250 mq

Çiyələk aromatı              20 mq

Saf su                               q.s

ATC KOD: P02

FARMAKOLOJİ QRUPU: Bitki tərkibli antihelmint preparat

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ: Parazol – bitki mənşəli preparat olub, antihelmint, hepatoprotektor, antioksidant, öd qovucu xüsusiyyətlərə malikdir. 
Balqabaq toxumlarının ekstraktı - antihelmint, hepatoprotektor, ödqovucu, iltihabəleyhinə və antiseptik təsirlərə malikdir. Parazolun antihelmint  təsiri balqabaq toxumunun tərkibində olan fitosterin-kukurbitol maddəsinə əsaslanır ki, bu maddə qurd yumurtalarına məhvedici təsir göstərir. Balqabaq toxumunun hepatoprotektor təsiri nəticəsində hepatositlərərə membranstabilləşdirici təsir göstərir. Balqabaq toxumlarının tərkibinə həmçinin arqinin, qlutamin turşusu, vitamin (B3, B4, B9, E) və minerallar (Fe, Mg, Cu, Mn,Ca,Zn,Se)daxildir.

Keçibuynuzu meyvəsi ekstraktı-bağırsağın normal işini bərpa edir, maddələr mübadiləsini və immun sistemini gücləndirir. Antianemik, antiparazitar, antifunqal, immunomodulyator, antibakterial  təsir göstərir və allergik xəstəliklərin müalicəsində istifadə olunur. 
Sarımsaq ekstraktı - tərkibində fitonsid, allisin maddələri olduğundan bakteriosid və antiparazitar təsirlərə malikdir. İştahanı artırır, həzm fermentlərinin və ödün sintezini sürətləndirir, həzm proseslərini normallaşdırır, sakitləşdirici təsir göstərir. Bağırsaq helmintozu, dizenteriya kimi patologiyaların müalicəsində effektlidir.

Nanə ekstraktı - həzm prosesini normallaşdırır, meteorizmi, qurd invaziyasının yaratdığı intoksikasiyanın fəsadlarını, xüsusən ürəkbulanmanı aradan qaldırır, sakitləşdirici və spazmolitik təsir göstərir.

Adi boymadərən ekstraktı- iltihab əleyhinə, antibakterial, iştahagətirici, büzüşdürücü və qansaxlayıcı təsirlərə malikdir, bağırsaq sancısını götürür, ödqovucu təsir göstərir, dispeptik pozğunluqları aradan qaldırır.

Adi kəklikotu ekstraktı- güclü antiseptik, ağrıkəsici, iltihab əleyhinə, spazmolitik və sakitləşdirici təsirlərə malikdir,  bağırsaq sancısını və meteorizmi aradan qaldırır, bağırsaq mikroflorasını normallaşdırır.

Razyana meyvəsi ekstraktı-spazmolitik və köp əleyhinə təsirlərə malikdir, həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır. Hepatoprotektor və antimikrob təsir göstərir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-Nematodozlar: Askaridoz, Trixosefalyoz, Ankilostomoz, Enterobioz, Trixinellyoz

-Trematodozlar: Opistorxoz, Fasillyoz

-Sestodozlar: Tenioz, Himenolepidoz, Teniarinxinoz

-Lyambliozun kompleks müalicəsi

-Qarışıq helmintozlar

-Dispeptik pozğunluqlar, xroniki spastik qəbizlik

-Ödçıxarıcı yolların diskineziyası

-Qaraciyərin toksik zədələnmələri

-Antibiotiklərlə müalicədən sonra, bağırsaq disbakteriozu  

DOZALANMA VƏ QƏBUL QAYDASI: Preparat yemək zamanı daxilə qəbul olunur.

İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.

Böyüklər: 1 çay qaşığı (5 ml) gündə 3 dəfə

Uşaqlar: ½  çay qaşığı (2,5ml) gündə 3 dəfə

Minimum müalicə müddəti 10 gündür.

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü. 

ƏLAVƏ TƏSİRLƏRİ: Düzgün dozalanma zamanı heç bir əlavə təsir hal-hazırkı dövrə qədər qeydə alınmamışdır.

BURAXILIŞ FORMASI: Flakonda 150 ml sirop, xüsusi dozalaşdırıcı qapaqla və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25°С –dən aşağı otaq temperaturunda və uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTI: Reseptsiz buraxılır.

İSTEHSALÇI: Argis Pharmaceuticals Inc.Co., Batı Sitesi məh. Gersan Sanayi Sitesi 2307 Sok. No: 80-82-84 Ergazi 06171 Ankara/ Türkiyə

MARKETİNQ SƏLAHİYYƏTİNİN SAHİBİ: Helba Pharmaceuticals Inc. Co.Yenibosna Merkez Mah. 29 Ekim Street, Istanbul Vizyon Park A1 Plaza No:17/1 Bahcelievler-Istanbul/ Türkiyə


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost