|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
RENEPHRIN
Ana səhifə > Məhsullar > Antibakterial > RENEPHRIN Birinci məhsul Əvvəlki məhsul
RENEPHRIN

PREPARATIN SATIŞ ADI: Renefrin

DƏRMAN FORMASI: örtüklü tabletlər 

TƏRKİBİ:

Bir tabletin tərkibi:

Herba Centauri (qızılçətir otu)                   18 mq
Radix Levistici (dərman levistiki kökü)       18 mq
Folia Rosmarini (rozmarin yarpaqları)                                                                                          
Lespedezea capitatae
herbae extractum siccum
(Başlıqlı lespedeza otunun  quru ekstraktı) 20 mq
Natrium sitrat                                         16 mq
Kalium sitrat                                           19 mq

KÖMƏKÇİ MADDƏLƏR: Kalsium karbonat 28 mq, Avicel PH 102 (mikrokristallik sellüloza) 60 mq, laktoza 40 mq, prejelatinləşdirilmiş nişasta 15 mq, maqnezium stearat 4 mq, ISP 75/25 (örtük) 9 mq. 

TƏSVİRİ: Bozumtul-ağ rəngli, hamar səthli, girdə örtüklü tabletlər

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Renefrinin tərkibinə daxil olan komponentlər sidikqovucu, spazmolitik, iltihab əleyhinə və antibakterial xüsusiyyətlərə malikdir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Kompleks müalicədə:

-Sidik kisəsinin və böyrəklərin xroniki infeksion xəstəlikləri (xroniki sistit və pielonefrit);
-Böyrəklərin qeyri-infeksion xroniki iltihabi xəstəlikləri (xroniki qlomerulonefrit, xroniki interstisial nefrit); 
-Sidikdaşı xəstəliyinin profilaktikası məqsədilə (həmçinin, daşlar xaric olunduqdan sonra).

ƏKS GÖSTƏRİŞ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq, aktiv peptik xora.

ƏLAVƏ TƏSİRLƏRİ: Çox nadir hallarda mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, qusma, ishal) və allergik reaksiyalar baş verə bilər. Yüksək həssaslıq və allergik reaksiyaların ilk əlaməti müşahidə olunduqda, preparatın qəbulunu dayandırmaq məsləhət görülür.

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI:

Yaşlılar: 2 tablet gündə 3 dəfə.

Məktəb yaşlı uşaqlar: 1 tablet gündə 3 dəfə.

Xəstəliyin kəskinlik dərəcəsi azaldıqdan sonra preparatla müalicə 2-4 həftə davam etdirilməlidir. Tabletlər az miqdarda su ilə, çeynənmədən qəbul edilməlidir.

DOZA HƏDDİNİN AŞILMASI: Doza artıqlığı halı müəyyən olunmamışdır. Belə hal qeyd olunduqda, simptomatik müalicə aparmaq lazımdır.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Antibakterial dərman vasitələri ilə müştərək istifadəsi mümkündür və məqsədəuyğundur. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən olunmamışdır.

HAMILƏLIK VƏ LAKTASIYA DÖVRÜNDƏ ISTIFADƏSI: Preparatın hamiləlik və laktasiya dövründə mənfi təsirinə dair heç bir dəlil yoxdur. Hamiləlik və laktasiya dövründə yalnız həkimlə məsləhətləşdikdən sonra və ana üçün fayda döl/uşaq üçün potensial riskdən yüksək olduğu hallarda istifadə oluna bilər.

XÜSUSİ GÖSTƏRİŞLƏR: 6 yaşa qədər uşaqlarda preparatın istifadəsi məsləhət görülmür. Böyrəklərin funksional pozğunluqları, iltihabi xəstəlikləri, böyrək və ürək funksiyalarının pozulması ilə əlaqədar inkişaf edən ödemlər zamanı preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.  Sidikdə qan müşahidə olunduqda, sidiyəgetmə pozulduqda və kəskin sidik ləngiməsi hallarında dərhal həkimə müraciət etmək lazımdır. Renefrin labletlərinin tərkibində laktoza mövcuddur. Laktoza keçilməzliyi hallarında preparatın istifadəsi məsləhət görülmür. Preparatla müalicə zamanı çoxlu miqdarda maye qəbulu tövsiyə olunur. Preparat nəqliyyat vasitələrindən istifadə və diqqət tələb edən mexanizmlərlə iş qabiliyyətinə təsir göstərmir.

BURAXILIŞ FORMASI: Blisterdə yerləşdirilmiş 10 örtüklü tablet. Karton qutuya içlik vərəqə ilə birgə qablaşdırılmış 6 blister.

SAXLANMA QAYDASI: 25°С –dən aşağı temperaturda, quru, qaranlıq və uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır.

İSTEHSALÇI: Merkez Lab. Pharmaceutical and Trade Co., Taşdelen, Çamlık məh. Sırrı Çelik Bulvarı Ayça küç. No:6 Çekmeköy / İstanbul / Türkiyə

MARKETİNQ SƏLAHİYYƏTİNİN SAHİBİ: HELBA Pharmaceuticals Inc. Co. ÖVEÇLER 1319.Sok. No: 5/2 ÇANKAYA / ANKARA /TÜRKİYƏ


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost