|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
OSMICAL
Ana səhifə > Məhsullar > Vitamin kompleksləri > OSMICAL Sonrakı məhsul Sonuncu məhsul
OSMICAL

TƏRKİBİ: 10 ml suspenziyada mövcuddur:

AKTİV MADDƏLƏR: 

Kalsium karbonat                    300 mq

Maqnezium hidroksid               150 mq

Vitamin  D3                             3,8 mkq

(xolekalsiferol 150 BV)                      

Sink sulfat                               6 mq

Riboflavin (Vitamin B2)             0,6 mq

Piridoksin (Vitamin B6 )            0,6 mq

Sianokobalamin (Vitamin B12)  5 mkq

Askorbin turşusu (Vitamin C)    20 mq

Alfa-tokoferol (Vitamin E)          4 mq

FARMAKOLOJİ TƏSİRİ: Kalsium, maqnezium, sink və D vitamini çatışmazlığını aradan qaldırır, kalsium-fosfor mübadiləsini tənzimləyir. Sümük toxumasının minerallaşmasını və sümük döyənəyinin formalaşmasını sürətləndirir.  

Kalsium sümük toxumasının yaranması, dişlərin normal minerallaşması, qanın laxtalanma sisteminin funksional fəaliyyəti, sinir və əzələ liflərində impulsların ötürülməsi prosesinin təmin olunması, ürəyin fasiləsiz fəaliyyət göstərməsi üçün vacibdir. Maqnezium kalsium mübadiləsinin tənzimlənməsində, sümüklərin böyüməsi və minerallaşmasında iştirak edir, D vitamini ilə birgə sümük homeostazını təmin edir. Xolekalsiferol (D3 vitamini) kalsium və fosfor mübadiləsini, sümük strukturlarının qurulması prosesini tənzimləyir; kalsium ionlarının bağırsaqlardan sorulmasını, nazik bağırsaqlarda, qaraciyərdə və sümüklərdə zülalların sintezini artırır; fosfatların böyrəklərlə xaric olmasını sürətləndirir. Osteositlərdə DNT sintezini stimulə edir, osteoklastların fəaliyyətini tormozlayır və sümük toxumasının involyusiyasını ləngidir.

Osmikal komponentlərinin sorulması qəbuldan bilavasitə sonra mədədə başlayır, mədədə ionlaşmış kalsiumun 1/3 hissəsi sorulur, bütün orqanizmə paylanır və maksimal miqdarda kalsium sümük toxumasında depolaşır. Xaricolma əsasən nəcislə və sidiklə baş verir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Raxitin müalicəsi və profilaktikası, uşaqlarda kalsium çatışmazlığı əlamətləri (əmgəyin bağlanmasının və dişlərin çıxmasının ləngiməsi, çoxsaylı karies və s.), qıcolma sindromu, spazmofiliya, sınıqlardan sonrakı bərpa dövrü; Diuretiklər, qıcolma əleyhinə preparatlar və qlükokortikoidlərin uzunmüddətli istifadəsi.

ƏKS GÖSTƏRİŞ: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, hiperkalsemiya, hiperparatireodizm, D3 hipervitaminozu, şəkərli diabet.  

ƏLAVƏ TƏSİRLƏRİ: Müəyyən olunmamışdır. 

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI:

6 – 12 aylıq uşaqlar: ½ çay qaşığı gündə 2 dəfə;

1 – 2 yaşlı uşaqlar: 1 çay qaşığı gündə 2 dəfə;

3 – 12 yaşlı uşaqlar : 2 çay qaşığı gündə 2-3 dəfə;

12 yaşdan yuxarı: 2 çay qaşığı gündə 2 dəfə.

Preparat yeməkdən əvvəl qəbul olunur. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik və laktasiya dövründə istifadə oluna bilər. 

DOZA HƏDDİNİN AŞILMASI: Doza artıqlığı hallarında spesifik müalicəsi yoxdur, simptomatik müalicə aparılır. 

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Xolekalsiferol və mineral tərkibli digər preparatlarla birgə istifadə etmək olmaz. Bəzi epilepsiya əleyhinə dərmanlar (fenobarbital, karbamazepin, pirimidon, fenitoin) kalsium ehtiyacını artıra bilər. Mis tərkibli preparatlar, siprofloksasin, norfloksasin, dəmir preparatları, penisillamin və tetrasiklin sink ilə qarşılıqlı təsirdə olduğundan eyni zamanda qəbul edilməməlidir. 

BURAXILIŞ FORMASI: Flakon 200 ml  

İSTEHSALÇI: Helba/Türkiyə 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost