|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
APETON
Ana səhifə > Məhsullar > Vitamin kompleksləri > APETON Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
APETON

TƏRKİBİ: Hər 5 ml siropun tərkibində:

AKTİV MADDƏLƏR:

Üzüm tumu ekstraktı (Vitis vinifera seed extract)                               130,00 mq

İyli şüyüd meyvəsi ekstraktı (Anethum graveolens fruit extract)             30,25 mq

Anis meyvəsi ekstraktı (Pimpinella anisum fruit extract)                       33,40 mq

Adi zəncəfil kökümsovu ekstraktı (Zingiber officinale rhizome extract)    15,00 mq

Cirə meyvəsi ekstraktı (Cuminum cyminum fruit extract)                     10,00 mq

Nanə yarpağı ekstraktı (Mentha piperitae leaf extract)                         33,40 mq

Uzun bibər meyvəsi ekstraktı (Piper longum fruit extract)                    15,00 mq        

Göbələk diastazası (Fungal diastase- fungal alpha amylase)                 50,00 mq

Pepsin                                         5,00 mq

Tiamin hidroxlorid (Vitamin B1)       0,25 mq

Riboflavin (Vitamin B2)                  0,25 mq

Piridoksin (Vitamin B6)                  0,30 mq

Askorbin turşusu (Vitamin C)          8,50 mq

Sianokobalamin (Vitamin B12)   0,00015 mq

Fol turşusu                                0,050 mq

L-karnitin                                 500,00 mq

L-lizin hidroxlorid                        10,00 mq

KÖMƏKÇİ MADDƏLƏR: 

Natrium benzoat             5 mq

Kalium sorbat                 5 mq

Ksantan kitrəsi               2,5 mq

Sorbitol                          3000 mq

Qliserin                          250 mq

Nanə aromatı                 20 mq

Saf su                            q.s

ATC KOD: A15

FARMAKOTERAPEVTİK QRUPU: Təbii mənşəli iştahagətirici 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Apeton –bitki ekstraktları, həzm fermentləri və vitaminlərdən ibarət kombinəolunmuş təbii mənşəli iştahagətirici preparatdır. 

Üzüm toxumu ekstraktı güclü antioksidant təsir göstərir, hepatoprotektor təsirə malikdir. 

Şüyüd meyvəsinin tərkibindəki efir yağları həzm vəzilərinin sekresiyasını sürətləndirir, həzm traktının motorikasını tənzimləyir, iştahanı yaxşılaşdırır, orqanizmdə maddələr mübadiləsini normallaşdırır.

Anis meyvəsi iltihab əleyhinə, antiseptik, spazmolitik, köp əleyhinə təsirlərə malikdir. MBT-nın sekretor funksiyasını yüksəldir, bağırsaqlarda saya əzələlərin spazmının yaranmasının qarşısını alır.

Adi zəncəfil kökümsovu sinqiberen adlı terpenlər qrupundan olan üzvi maddə ilə zəngindir, həzmi yaxşılaşdırır və iştahagətirici təsiri vardır.

Cirə öd sekresiyasını və həzm vəzilərinin fəaliyyətini sürətləndirir, bağırsaqda çürümə və qıcqırma proseslərini zəiflədir, bağırsaqlarda saya əzələlərin spazmının yaranmasının qarşısını alır. Həzm prosesini normallaşdırır.

Nanə yarpağı tərkibindəki efir yağları və terpenoidlər hesabına iştahagətirici, həzmi yaxşılaşdırıcı, spazmolitik effekt göstərir.

Uzun bibər meyvəsi güclü antiseptik təsirə malik olub, MBT-nın müxtəlif xəstəlikləri zamanı istifadə olunur.

Göbələk amilazası və pepsin- həzm fermentləri olub, qidanın həzm olunmasını və mənimsənilməsini yaxşılaşdırır.

B qrup vitaminləri maddələr mübadiləsində iştirak edir.

C vitamini oksidləşmə-reduksiya proseslərində iştirak edir, karbohidrat mübadiləsini tənzimləyir, immunostimulyator təsir göstərir, proteolitik fermentləri aktivləşdirir, öd sekresiyasını stimullaşdırır.

L-karnitin vitaminəbənzər maddə olub, maddələr mübadiləsini tənzimləyir, lipolizi aktivləşdirir və iştahanı artırır. 

L-lizin- orqanizm üçün vacib aminturşu olub, lipid və zülal mübadiləsini stimullaşdırır, anabolik təsir göstərir. Orqanizmdə L-karnitinin miqdarını artırır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:  

- İştahsızlıq

- Həzm pozğunluqları

- Bağırsaqlarda köp və sancı

- Normal maddələr mübadiləsini tənzimləmək üçün

- Orqanizmin vitaminlərə tələbatının artma dövrü

- Keçirilmiş infeksion xəstəliklərdən və antibiotiklərlə müalicədən sonrakı dövr.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

Uşaqlar: 2.5 ml (½ çay qaşığı ) gündə 3 dəfə yemək zamanı daxilə qəbul etməli.

Böyüklər: 5 ml (1 çay qaşığı) gündə 3 dəfə yemək zamanı daxilə qəbul etməli.

Məsləhət görülən sutkalıq dozanı aşmamalı. Qəbul etməzdən əvvəl flakonu çalxalamalı.

Çöküntü preparatın keyfiyyətsizliyinin əlaməti kimi qəbul olunmamalıdır.

ƏKS GÖSTƏRİŞ: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 

BURAXILIŞ FORMASI: Flakonda 150 ml sirop, xüsusi dozalaşdırıcı qapaqla və  içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25°С –dən aşağı otaq temperaturunda və uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.  

YARARLILIQ MÜDDƏTİ: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır.

İSTEHSALÇI: Argis Pharmaceuticals Inc.Co., Batı Sitesi məh. Gersan Sanayi Sitesi 2307 Sok. No: 80-82-84 Ergazi 06171 Ankara/ Türkiyə

MARKETİNQ SƏLAHİYYƏTİNİN SAHİBİ: Helba Pharmaceuticals Inc. Co.Yenibosna Merkez Mah. 29 Ekim Street, Istanbul Vizyon Park A1 Plaza No:17/1 Bahcelievler-Istanbul/ Türkiyə


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost