|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
KIDACOL
Ana səhifə > Məhsullar > Həzm sistemi > KIDACOL Sonrakı məhsul Sonuncu məhsul
KIDACOL

TƏRKİBİ: Hər  5 ml-də:   

Şüyüd toxumunun yağı                                             2,5 mq

Zirə meyvəsinin yağı                                                 0,02 mq

Darçın qabıqlarının yağı                                             0,0113 mq

Hil toxumunun yağı                                                  0,15 mq

Nanə yarpağı yağı                                                     2,5 mq

Çobanyastığı çiçəyi ekstraktı (toz)                             0,333 mq

Adi boymadərən ekstraktı                                         0,166 mq

Əzvay yarpağı ekstraktı                                            0,066 mq

Ballınanə (Dərman limonotu) yarpağı ekstraktı          0,333 mq

KÖMƏKÇİ MADDƏLƏR:  Natrium bikarbonat , tvin 80, sukraloza, çiyələk dadlandırıcısı, natrium metilhidroksibenzoat E 219, natrium propilhidroksibenzoat E217, deionizə olunmuş su                     

FARMAKOTERAPEVTİK QRUPU: Köp əleyhinə və spazmolitik vasitə 

ATC KODU:  A03AX

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Kidakol həzm prosesini yaxşılaşdıran, mədə-bağırsaq traktının hərəkətini tənzimləyən, həzm prosesi pozulmaları simptomlarını, köp, köplə əlaqədar sancı və spazmları aradan qaldıran effektiv və təhlükəsiz vasitədir. Şüyüd qazqovucu, spazmolitik, antibakterial və iltihab əleyhinə təsirə malikdir. Zirə, darçın və hil yağları sancı və köpü aradan qaldırır, həzmi yaxşılaşdırır, qusma əleyhinə təsir göstərir. Nanə yağı spazmolitik, köpqovucu, iştahgətirici, qusma əleyhinə və antiseptik təsir göstərir, bağırsaqların peristaltikasını yaxşılaşdırır, ağrını və spazmı aradan qaldırır. Dərman çobanyastığı ekstraktı iltihab əleyhinə, antiseptik, spazmolitik, köpqovucu və sedativ təsirlərə malikdir. Adi boymadərən ekstraktı antibakterial, iltihab əleyhinə və qusma əleyhinə təsir göstərir. Əzvay ekstraktı iştahgətirici, köpqovucu, ödqovucu, antiseptik və iltihab əleyhinə təsirlərə malikdir, həzm fermentlərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır, zərərli toksik məhsulları neytrallaşdırır. Ballınanə (Dərman limonotu) ekstraktı sakitəşdirici, spazmolitik, köpqovucu, həzmi yaxşılaşdırıcı, sidikqovucu təsir göstərir, tənəffüs və ürək fəaliyyətini normallaşdırır.

GÖSTƏRİŞLƏR:

Müxtəlif mənşəli dispeptik pozğunluqlar:

-Köp və sancı 

-Qarın nahiyyəsində ağrı

-Qida gəyirməsi və qusma

-Bağırsaq spazmları (o cümlədən, yenidoğulmuşlarda və südəmər uşaqlarda)

ƏLAVƏ TƏSİRLƏRİ: Müşahidə olunmamışdır 

ƏKS GÖSTƏRİŞLƏR:  Tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq 

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI:

Preparat yeməkdən 1 saat sonra daxilə qəbul olunur.

2 aya qədər: 2,5 ml ( ½ çay qaşığı) gündə 1- 4 dəfə

2 aydan 2 yaşa qədər: 5 ml (1 çay qaşığı) gündə 1- 4 dəfə

2 yaşdan yuxarı: 10 ml (2 çay qaşığı) gündə 1- 4 dəfə

İstifadədən əvvəl çalxalanmalı. Sutkalıq doza həddi aşılmamalıdır.

DOZA HƏDDİNİN AŞILMASI: Doza artıqlığı halı müəyyən olunmamışdır. Doza həddinin aşılması halında simptomatik müalicə aparılır. 

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur. 

XÜSUSI GÖSTƏRİŞLƏR: Appendisit, bağırsaq  keçməməzliyi kimi hallarda istifadə edilməməlidir.

BURAXILIŞ FORMASI: Flakon 150 ml.

SAXLANMA ŞƏRAİTİ:Qablaşdırmada, quru, sərin və uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.                                                                       

YARARLILIQ MÜDDƏTİ: Flakon açılmadan 36 ay, flakonun qapağı açıldıqdan sonra 2 həftə yararlıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.                                                      

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır

İSTEHSALÇI: Argis Pharmaceuticals Inc.Co.Batı Sitesi məh. Gersan Sanayi Sitesi 2307 Sok. No: 80-82-84 Ergazi 06171 Ankara/ Türkiyə

MARKETİNQ SƏLAHİYYƏTİNİN SAHİBİ: HELBA Pharmaceuticals Inc. Co. Yenibosna Merkez Mah. 29 Ekim Street, İstanbul Vizyon Park A1 Plaza No:17/1 Bahçelievler-İstanbul/ Türkiyə 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost