|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
RENALGAN-MAX
Ana səhifə > Məhsullar > OTC > RENALGAN-MAX Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
RENALGAN-MAX

TƏRKİBİ:

Təsiredici maddələr: 1 tabletin tərkibində 0,5 q (500 mq) natrium metamizol, 0,005 q (5 mq) pitofenon-hidroxlorid, 0,0001 q (0,1 mq) fenpiverin-bromid vardır.

Köməkçi maddələr: kartof nişastası, kalsium-stearat.

TƏSVİRİ:

Ağ və ya sarımtıl-ağ rəngli yastı və basılmış səthi olan tabletlər

Farmakoterapevtik qrupu:

Analgetiklər ilə kombinəolunmuş sintetik antixolinergik dərman vasitəsi. Pitofenon və analgetiklər.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Daxili orqanların əzələlərinin spazmları zamanı az və orta dərəcədə nəzərə çarpan ağrı sindromu, o cümlədən böyrək, öd kisəsi və bağırsaq sancıları, sidik axarının və kisəsinin spazmları, xroniki kolit, dismenoreya (aybaşı zamanı ağrılar). Köməkçi vasitə kimi – cərrahi və diaqnostik müdaxilələr zamanı ağrının azaldılması üçün. Artralğiya, nevralgiya, işias və mialgiyaların (əzələ gərilməsi) qısamüddətli simptomatik müalicəsi. 

ƏKS GÖSTƏRİŞLƏR: Preparatın komponentlərinə və əsasən də pirazolon törəmələrinə qarşı yüksək həssaslıq, qlükoza-6-fosfatdehidrogenazanın anadangəlmə çatışmazlığı, qaraciyər porfiriyası, qanyaradıcı sistemin (hemopoezin) pozğunluqları, hamiləlik (ilk 3 ay və son 6 həftə), laktasiya dövrü, taxikardiya, ağlıbucaqlı qlaukoma, qalıq sidiyin toplanması ilə müşayiət olunan prostat vəz hipertrofıyası, heqakolon. Kollaptoid (bayılma) hallar. 12 yaşından kiçik uşaqlar. 

EHTİYAT TƏDBİRLƏRİ: Miokard infarktının kəskinləşmə dövründə preparat ehtiyatla yalnız digər analgetiklərin olmadığı təqdirdə təyin edilir. Sistolik arterial təzyiqin 100 mm civə sütunundan aşağı olduğu hallarda preparat ehtiyatla təyin edilir. Aşağıdakı xəstələr preparatı həkim nəzarəti altında və ehtiyatla qəbul etməlidir: qaraciyər və böyrək funksiyasının pozğunluqları, hipotenziyaya və bronxospazma meyllik, qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı yüksək həssaslıq, allergik anamnez. Metamizolun metabolitləri sidiyin qırmızа rəngə boyanmasına səbəb ola bilər. Hemopoietik (qan əmələqətirmə) sistemin pozğunluqları, bronxial astma, allergik komponentli tənəffüs sisteminin xroniki infeksiyaları olan xəstələrə preparat xüsusi ehtiyatla təyin edilməlidir. Belə xəstələr üçün preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək vacibdir. 

Preparatın uzunmüddətli qəbulu zamanı (bir həftədən çox) periferik qanın mənzərəsinə və qaraciyərin funksional vəziyyətinə nəzarət etmək vacibdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Müalicə dövründə ana südü ilə qidalandırma dayandırılmalıdır. 

NƏQLİYYAT VASİTƏLƏRİNİ VƏ DİGƏR  POTENSİAL TƏHLÜKƏLİ MEXANİZMLƏRİ İDARƏETMƏ QABİLİYYƏTİNƏ TƏSİRİ: Məlumat yoxdur. 

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Böyüklərdə və 15 yaşdan böyük uşaqlarda dozalanma 1-2 tabletdən ibarətdir (daha yaxşı olar ki, yeməkdən sonra qəbul edilsin). Gün ərzində 3 dəfəyə qədər belə doza qəbul etmək olar. Zəruri halda təkrar dozanın 6-8 saat sonra qəbulu məsləhətdir. Gündəlik dozası 6 tabletdən çox olmamalıdır. Preparatın tablet formasında tətbiqi inyeksion formanın yeridilməsindən sonra (5 gündən çox olmayaraq) əlavə müalicə kimi məsləhət görülür. 12-15 yaşında uşaqlar üçün birdəfəlik doza ½-1 tablet təşkil edir. Birdəfəlik doza gündə 3 dəfəyə qədər təyin oluna bilər. 12 yaşdan kiçik uşaqlarda preparat istifadə olunmur.

DOZA HƏDDİNİN AŞILMASI: Qusma, ağızda quruluq, akkomodasiyanın pozulması, az nəzərə çarpan arterial hipotenziya, yuxululuq, şüurun dumanlanması, qaraciyər və böyrək funksiyasının pozulması, qıcolmalar. Doza həddinin aşılması əlamətləri meydana çıxan zaman simptomatik müalicə həyata keçirilir. 

ƏLAVƏ TƏSİRLƏRİ:

Allergik reaksiyalar: dəri səpgiləri, qaşınma, övrə (o cümlədən konyunktiva və burun-udlağın selikli qişalarında), angionevrotik ödem, bədxassəli ekssudativ eritema (Stevens-Conson sindromu), toksiki epidermal nekroliz (Layell sindromu), bronxospastik sindrom, anafilaktik şok.

Həzm sistemi: ağızda quruluq, epiqastral nahiyədə yanğı hissi.

Sinir sistemi: başağrısı, başgicəllənmə, görmə qabiliyyətinin pozulmaları.

Sidik sistemi: böyrək funksiyasının pozğunluqları, oliqouriya, anuriya, proteinuriya, interstisial nefrit, diurezin (sidiyin xaric olmasının) çətinləşməsi, sidiyin rənginin qırmızı rəngə boyanması.

Ürək-damar sitemi: arterial qan təzyiqinin azalması, taxikardiya, ürək ritminin pozulması.

Qan sistemi: trombositopeniya, leykopeniya, anemiya, qranulositopeniya (səbəbsiz hərarət qalxması, üşütmə. boğaz ağrısı, stomatit, o cümlədən vaginit və proktitin əmələ gəlməsi kimi əlamətlərlə müşayiət oluna bilər)

Digər: tərləmənin azalması

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Preparatın alkoqol və MSS-ni preparatların sedativ aktivliyini artırmaqla, sakitləşdirən alkoqol tərkibli vasitələr ilə birlikdə istifadəsi xəstənin psixomotor vəziyyətinə təsir göstərə bilər. 

Renalqan-Maksın digər qeyri-narkotik analgetiklərlə birlikdə istifadəsi qarşılıqlı olaraq preparatların toksiki təsirlərini artıra bilər. H2-histamin reseptorlarının antaqonistləri, barbituratlar, kodein eyni zamanda istifadə zamanı natrium metamizolun effektini artırır. Trisiklik antidepressantlar, daxilə qəbul olunan kontraseptivlər (hamiləlik əleyhinə preparatlar), allopurinol qaraciyərdə metamizolun metabolizmini pozur, onun toksikliyini artırır. Sedativ vasitələr və trankvilizatorlar Renalqan-Maksın ağrıkəsici təsirini gücləndirir. Xinin preparatları ilə birlikdə istifadə Renalqan-Maksın antixolinergik təsirini gücləndirə bilər. Renalqan-Maks qan plazmasında siklosporinin konsentrasiyasını azaldır.

YARARLILIQ MÜDDƏTİ: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

SAXLANMA ŞƏRAİTİ: 25°C-dən yuxarı olmayan temperaturda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

BURAXILIŞ FORMASI: 10 tablet, blisterdə. 1 və ya 2 blister (10 və ya 20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır. 

İSTEHSALÇI: «Lekxim-Xarkov» SC Ukrayna, 61115, Xarkov ş. on yeddinci Partsyezd küç., ev 36 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost