|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
MİRTAZİN
Ana səhifə > Məhsullar > Sinir sistemi > MİRTAZİN Sonrakı məhsul Sonuncu məhsul
MİRTAZİN

BEYNƏLXALQ PATENTLƏŞDİRİLMƏMİŞ ADI: Mirtazapine 

TƏRKİBİ:

Təsiredici maddə:  hər bir tabletin tərkibində 30 mq mirtazapin vardır.

FARMAKOTERAPEVTİK QRUPU: Antidepressant. 

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ:

Mirtazapin sedativ təsirli tetrasiklik antidepressantdır. Preparat klinik təzahüründə məmnunluq, sevinc hisslərinin olmaması, marağın itməsi (angedoniya), psixomotor tormozlanma, yuxu pozğunluğu (xüsusən erkən oyanma şəklində), çəki itkisi, həmçinin intihar fikirləri və əhval-ruhiyyənin gün ərzində dəyişkənliyi kimi simptomları əks etdirən depressiv vəziyyətlərdə yüksək effektə malikdir.  

Preparatın antidepressiv effekti müalicəyə başladıqdan 1-2 həftə sonra başlayır.

Mirtazapin mərkəzi sinir sistemində yerləşən presinaptik α2-adrenoreseptorların antaqonisti olub, sinir impulslarının mərkəzi noradrenergik və serotoninergik ötürülməsini sürətləndirir. İmpulsların ötürülməsinin sürətlənməsi yalnız 5-НТ1-serotonin reseptorları hesabına baş verir, 5-НТ2- və 5-НТ3-serotonin reseptorlarını isə mirtazapin blokadaya alır. Mirtazapinin hər iki enantiomeri antidepressiv aktivliyə malikdir, S (+) enantiomer  α2-adrenoreseptorları və 5-НТ2-serotonin reseptorlarını, R (-) enantiomer isə 5-НТ3-serotonin reseptorlarını blokadaya alır.

Mirtazapinin sedativ təsiri onun H1–histamin reseptorları ilə antaqonist təsiri ilə bağlıdır. Mirtazapin adətən xəstələr tərəfindən yaxşı qəbul edilir. Terapevtik dozalarda praktik olaraq m-xolinoreseptorları blokadaya almır və ürək-damar sisteminə təsir göstərmir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Depressiv vəziyyətlər, həmçinin: 

-angedoniya

-psixomotor tormozlanma

-yuxusuzluq

-bədən kütləsinin azalması

-intihara meyillilik

-həyata marağın itməsi

-əhval-ruhiyyə dəyişkənliyi

ƏKS GÖSTƏRİŞLƏR: Mirtazapinə və ya preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq. Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan xəstələrdə istifadə olunmamalıdır. 18 yaşa qədər uşaqlarda mirtazapinin effektliliyi və təhlükəsizliyi müəyyən olunmadığından, preparatın uşaqlarda istifadəsi məsləhət görülmür.  

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Tabletlər çeynənmədən, maye ilə daxilə qəbul edilir.

Böyüklər: effektli gündəlik doza 15 mq-la 45 mq arasında dəyişir, başlanğıc doza 15 mq və ya 30 mq təşkil edir.

Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır.

BURAXILIŞ FORMASI: Örtüklü tabletlər, 30 mq №30 

İSTEHSALÇI: COMBINO PHARM S.L., İspaniya


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost