|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
DECON
Ana səhifə > Məhsullar > Gigiyenik yuyucu vasitələr > DECON
DECON

TƏRKİBİ: Bakteriya lizatları (Streptococcus thermophilus, Bifidobacterium breve, Bifidobacterium animalis lactis, Lactobacillus acidophylus, Lactobacillus bulgaricus), laktat turşusu q.s. pH 4,5, xlorheksidin diqlükonat, natrium kokoanfoasetat, undebenzofen, simetikon, alfa-bisabolol, ətir, su q.s. 140 ml.

XÜSUSİYYƏTLƏRİ:

Dekon vaginal lavanda Avropanın müvafiq orqanları tərəfindən CE nişanı ilə markalanmış tibbi vasitədir.

Dekon vaginal lavanda uşaqlıq yolu mikroflorasının bərpası üçün  və intim gigiyena məqsədilə istifadə olunan bakteriya lizatları, xlorheksidin (0,2%) və süd turşusu (pH 4,5) tərkibli məhluldur.

Dekon vaginal lavanda həssas vaginal floranın fizioloji tarazlığını qoruyan, selikli qişanı effektiv təmizləyən, dərhal təmizlik və xoş təravət hissi yaradan məhluldur.

Tərkibindəki maddələr tam təhlükəsiz olduğundan və qıcıqlanma törətmədiyindən xüsusən tez-tez yuyulmalara zərurət olduqda istifadə etmək məsləhət görülür.

Dekon vaginal lavanda xoşagəlməz ifrazatı xaric edir, buna görə cinsi əlaqədən sonra intim gigiyena məqsədi ilə istifadə etmək məsləhət görülür.

Dekon vaginal lavanda mexaniki təsir göstərir: üzvi toxumaların qalıqlarını və qan laxtalarını xaric edir, müxtəlif anaerob bakteriyalar tərəfindən törədilən amminin spesifik xoşagəlməz qoxusunu aradan qaldırır.

-Natrium kokoanfoasetat (hindqozu ekstraktı) təbii müdafiə baryerlərini qorumaq şərtilə daha zərif yuyulmanı təmin edir.

-Xlorheksidin diqlükonat geniş təsir spektrli antibakterial vasitə olub, qrammüsbət, qrammənfi bakteriyalara güclü bakterisid təsir göstərir, həmçinin virus və göbələk infeksiyalarının inkişafını ləngidir.

-Laktobasill lizatları (Thermophilus, Acidophilus, Biphidus Bulgaricus ştammları) - bu ştammlar sağlam vaginal florada mövcud olub, selikli qişanın effektli müdafiə baryerini təmin edir, infeksiyaların və iltihabi prosesin inkişafının qarşısını alır.

-Süd turşusu uşaqlıq yolunun normal pH-nı (4-4,5) təmin edir, normal mikrofloranın inkişafına şərait yaradır, patogen mikroorqanizmlərin inkişafını tormozlayır.

GÖSTƏRİŞLƏR: Dekon vaginal lavanda dərmanlarla müalicəni əvəz etmir, lakin onu müalicəyə əlavə etmək əhəmiyyətli dərəcədə faydalıdır.

Dekon vaginal lavanda uşaqlıq yolunun normal mikroflorasını bərpa etmək və uşaqlıq yolu gigiyenasını təmin etmək məqsədilə aşağıdakı hallarda istifadə olunur:

- Keçirilmiş xəstəliklərdən və antibakterial dərman vasitələri ilə uzunmüddətli müalicədən sonra 

- Bakterial vaginozlar zamanı 

- Candida vaginalis tərəfindən törədilən göbələk infeksiyalarının müalicəsi zamanı 

- Menstrual qanaxmalardan sonra 

- Hormonal pozğunluqlar, şəkərli diabet və oral kontraseptivlərin qəbulu ilə əlaqədar vaginal mikrofloranın pozulması

- Cinsi əlaqədən sonra intim gigiyena məqsədilə

İSTİFADƏ ÜÇÜN HAZIRLANMA QAYDASI:

İstifadə etməzdən əvvəl əllərinizi təmiz yuyun və aşağıda qeyd olunan bəndləri ardıcıl olaraq yerinə yetirin:

- Balaca qapağı baş barmaqla bir tərəfə əyərək qapağın yarısının hermetikliyini pozun, sonra əks tərəfə əyərək qapağı tamamilə ayırın.

- Qapağı borucuğun üstündə saxlamaqla, borucuğu tamamilə flakondan çıxarın.

- Rahat vəziyyət aldıqdan sonra, borucuğu uşaqlıq yoluna daxil edin və flakonu sıxaraq məhlulu

boşaldın.

İSTİFADƏ QAYDASI: Yerli istifadə üçündür. İstifadə etməzdən əvvəl flakonu çalxalayın. İstənilən rahat vəziyyətdə borucuğu uşaqlıq yoluna daxil etmək mümkündür:

- Tualetdə və ya bidedə oturaq vəziyyətdə.

- Vanna və ya lavanda qəbulu zamanı.

Flakonu ehmalca sıxaraq məhlulu müntəzəm surətdə uşaqlıq yoluna boşaldın.

Vasitəni istifadə etdikdən sonra uşaqlıq yolu su ilə yuyulmamalıdır.

Məhlulda yüngül opalessensiyanın və flakonun dibində çöküntülərin olmasının ehtimalı mümkündür ki, bu təbiidir və məhsulun xarab olmasının və ya keyfiyyətinin dəyişilməsinin yox, laktobasillərin lizatlarının mövcudluğunun göstəricisidir. Flakonu çalxaladıqda məhlulun təbii rəngi bərpa olunur.

ƏKS GÖSTƏRİŞ: Vasitənin istifadəsinə dair hər hansı bir əks göstəriş yoxdur, lakin çox nadir hallarda tərkibindəki maddələrə qarşı yüksək həssaslıq reaksiyalarının baş vermə ehtimalı vardır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Dekon vaginal lavanda hamiləlik və laktasiya dövründə istifadə edilə bilər. İstifadə etməzdən əvvəl müalicə həkimi ilə məsləhətləşmək tövsiyə olunur.

BURAXILIŞ FORMASI: Birdəfəlik istifadə üçün flakon 140 ml. 5 flakon borucuq və istifadə üzrə təlimat ilə birlikdə karton qutuya qablaşdırılır.

İSTEHSALÇI: İ.P.Farma s.r.l., İtaliya

 

 

 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost