|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
HELPAS PORTAĞAL VƏ VİT C
Ana səhifə > Məhsullar > OTC > HELPAS PORTAĞAL VƏ VİT C Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
HELPAS PORTAĞAL VƏ VİT C

TƏRKİBİ:  Bir sorma tabletin tərkibi:

AKTİV MADDƏLƏR:

Gülxətmi kökü ekstraktı (Marshmallow root extract)   30 mq

Kəklikotu ekstraktı (Thyme herba extract)                7,1 mq

Sürvə yarpaqlarının ekstraktı (Sage leaves extract)  13,3 mq

Exinaseya ekstraktı (Echinacea purpurea extract)         1 mq

Vitamin C ( natrium L-askorbat şəklində)                   21 mq

Evkalipt yağı (Eucalyptus oil)                                  1,6 mq

KÖMƏKÇİ MADDƏLƏR: Portağal yağı, dadlandırıcı, şəkər, qlükoza, limon turşusu, rəngləndirici beta-karotin, ərəb saqqızı, krem tartar.                                                    

TƏSVİRİ: Narıncı rəngli, portağal dadlı,dəyirmi sorma tabletlər.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Bu peparatın tərkibində olan maddələr:

- Boğaz nahiyəsini tam əhatə edir, iltihab əleyhinə, ağrıkəsici və yumşaldıcı təsir göstərir

- İmmun sistemi gücləndirir

- Bəlğəmin xaric edilməsini asanlaşdırır.

Gülxətmi kökü ekstraktının tərkibində olan selikli (yapışqan) maddələr udlaq selikli qişasını nəmləndirir, yerli iltihab əleyhinə və reflektor bəlğəmgətirici təsir göstərir, bəlğəmin ayrılmasını asanlaşdırır.

Sürvə və Evkalipt yağı yuxarı tənəffüs yollarının selikli qişa membranlarının  fəalliyyətini normallaşdırır, yumşaldıcı, antibakterial və iltihab əleyhinə təsir göstərir.

Kəklikotu tənəffüs yollarının sekretor fəaliyyətini və kirpikli epitelin hərəkətliliyini yüksəldir, bəlğəmin xaric edilməsini asanlaşdırır. Mukolitik, bronxolitik və iltihab əleyhinə təsirlərə malikdir.

C vitamini immun sistemi gücləndirir.

Bu preparat ağız boşluğu və udlağın normal fəalliyyətinə dəstək olduğu və təbii bədən müqavimətini gücləndirdiyi üçün tövsiyə olunur. Udqunmanı asanlaşdırır, səsin batmasını və boğaz ağrısını aradan qaldırır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Yuxarı tənəffüs yollarının quru öskürək, boğaz ağrısı, səsin batması, boğazda quruluq və qıcıqlanma kimi simptomlarla müşayiət olunan kəskin və xroniki xəstəlikləri:

- faringit

- laringit

- traxeit

- ağız boşluğunun və diş ətinin infeksion-iltihabi xəstəlikləri (stomatit, gingivit)

- tonzillektomiyadan sonrakı dövr.

DOZALANMA VƏ İSTİFADƏ QAYDASI: 1 sorma tablet gün ərzində 4 dəfə qəbul oluna bilər.

Sorma tabletin ağız boşluğunda yavaş-yavaş əriməsini gözləmək lazımdır. Çeynəmək və ya udmaq olmaz. Sorma tablet sorularkən yemək qəbul etmək olmaz.

XÜSUSİ GÖSTƏRİŞLƏR: Sorma tablet ancaq sorma şəklində, ağız boşluğu və udlaqda yerli istifadə üçün nəzərdə tutulub. Tətbiq etdikdən sonra hər hansı bir maye ilə ağız boşluğunu yaxalamayın.

ƏKS GÖSTƏRİŞLƏR: Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq olan halda istifadə etməyin. Tövsiyə edilən gündəlik dozanı aşmayın. Qida əlavəsi çoxşaxəli pəhriz əvəzedici kimi istifadə edilməməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ: Heç  bir əlavə təsir müşahidə olunmamışdır.

DOZA HƏDDİNİN AŞILMASI: Doza artıqlığı riski yoxdur.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən olunmamışdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.

UŞAQLARDA İSTİFADƏSİ: Uşaqlarda istifadəsi tövsiyə olunmur.

BURAXILIŞ FORMASI: Hər blisterdə 12 sorma tablet olmaq şərti ilə 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25°С-dən aşağı temperaturda, qablaşdırmasında və uşaqların əli çatmayan  yerdə saxlamaq lazımdır. Rütubətdən, günəş işığından və temperatur dəyişikliyindən qorunmalıdır.

YARARLILIQ MÜDDƏTİ: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.      

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır.

MARKETİNQ SƏLAHİYYƏTİNİN SAHİBİ: Helba Pharmaceuticals Inc.Co., Türkiyə

İSTEHSALÇI: Nazhan Food Domestic and Foreign Trade Co., Ltd. Sti., Türkiyə


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost