|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
CASSOL
Ana səhifə > Məhsullar > OTC > CASSOL Sonrakı məhsul Sonuncu məhsul
CASSOL

TƏRKİBİ: 30 q məlhəmin tərkibində

 

Aktiv maddə:

Hamamelis virginiana sulu ekstraktı 1,5 q

Pantenol 1,5 q

Centella asiaticanın titrlənmiş ekstraktı 0,3 q

Köməkçi maddələr: Stearil spirti, təmizlənmiş su, sepinoe p 600, lanolin anhidrat, bərk vazelin, maye vazelin, fenoksietanol, lanolin spirti, vitamin E, lanolin, lavanta yağı, dinatrium EDTA.

FARMAKOLOJİ TƏSİRİ: Təbii mənşəli dermatoprotektor vasitədir.

Hamamelis virginiana büzüşdürücü, hemostatik və iltihab əleyhinə təsirlərə malikdir. İltihab, bakteriya və yanıq əleyhinə təsir göstərir, regenerasiyanı sürətləndirir. Zədələnmiş nahiyədə ödemi aradan qaldırır, venoz qan damarlarını tonuslandırır, dərialtı qansızmaların geri sorulmasına səbəb olur.

Centella asiatica fibroblastların çoxalmasını ləngidir, lizosomal membranları sabitləşdirir, fibroblastlarda kollagen sintezinin müxtəlif mərhələlərinə təsir göstərərək, onun miqdarını artırır. Qranulyasiya toxumasının normal inkişafını və epidermis üçün normal zəminin yaradılmasını təmin edir. Elastik toxumanın inkişafını sürətləndirir, venaların divarının kollagen quruluşunu bərpa edir, toxuma ödemini azaldır və yaraların nekrotik kütlələrdən təmizlənməsinə və sağalmasına səbəb olur.

Pantenol-dekspantenol  pantoten turşusunun törəməsi olub, suda həll olan B qrup vitaminlərə aiddir. Koenzim A-nın tərkib hissəsi olub, hüceyrədaxili metabolik proseslərdə iştirak edir. Dərinin və selikli qişaların regenerasiyasını stimullaşdırır, hüceyrə metabolizmini normallaşdırır, kollagen liflərinin möhkəmliyini artırır. Optimal molekul çəkisi, hidrofillik və aşağı polyarlıq xüsusiyyətlərinə görə xaricə istifadə olunduqda dəridən tez absorbsiya olunur, dəri zədələnmələri zamanı epitelizasiyanı və çapıqlaşmanı sürətləndirir. Yüngül iltihab əleyhinə təsir göstərir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Birinci və ikinci dərəcəli yanıqlar, günəş yanıqları.

 

Lokal dəri yaraları, trofik xoralar, fistullar, süd vəzi giləsi çatları və yaraları.

Kiçik cərrahi müdaxilələr, sünnət   zamanı yaraların regenerasiyasını sürətləndirmək məqsədilə.

Körpələrdə bişməcələrin müalicəsi .

Dərinin çapıq dəyişkənlikləri (həmçinin, yanıqlar, zədələnmələr və cərrahi müdaxilələrdən sonra inkişaf edən keloid çapıqlar) zamanı masaj məqsədilə.  

Aşağı ətraf venalarının varikoz genəlməsi (həmçinin, estrogen və/və ya progesteron tərkibli dərman preparatlarının qəbulundan sonra meydana çıxan).

Babasil və anus çatları.

Sklerodermiya.

Doğuşdan və ginekoloji müdaxilələrdən sonra toxumaların zədələnməsi (aralığın cırılması, epiziotomiya).

Quru, çatlamış və həssas dəriyə  qulluq məqsədilə.

DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI: Gündə 1-2 dəfə zədələnmiş nahiyəyə (yara səthi antiseptiklərlə təmizləndikdən sonra) nazik təbəqə şəklində çəkilir.

 

ƏKS GÖSTƏRİŞ: Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq, dərin və sulanan yaralar, superinfeksiyalı yaralarda (təkrar infeksiyalaşmış yaralarda).

 

ƏLAVƏ TƏSİRLƏRİ: Allergik reaksiyalar, dəridə həssaslığın artması, qaşınma, qızartı və suluqlar.

 

XÜSUSİ GÖSTƏRİŞ: Preparat gözə ve selikli qişalara tətbiq olunmamalıdır. Təsadüfən gözlə təmas halında bol su ilə yuyulmalıdır.

 

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik dövründə istifadə oluna bilər. Preparatla müalicə müddəti ərzində hamiləlik inkişaf edərsə, bu barədə həkimə məlumat vermək lazımdır.

 

Preparatın laktasiya dövründə istifadəsinə dair məlumat mövcud deyil.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Müəyyən olunmamışdır.

 

BURAXILIŞ FORMASI: Tubda 30 q məlhəm.

 

SAXLANMA QAYDASI: 25°C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

 

YARARLILIQ MÜDDƏTİ: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.

 

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır.

 

MARKETİNG SƏLAHİYYƏTİNİN SAHİBİ: Helba Pharmaceuticals Inc.Co., Türkiyə.

 

İSTEHSALÇI: Argis Pharmaceuticals Inc.Co., Türkiyə.


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost