|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
SPECILID
Ana səhifə > Məhsullar > İltihab əleyhinə > SPECILID
SPECILID

TƏRKİBİ:

Təsiredici maddə:  1 tabletin tərkibində 100 mq Nimesulid vardır.

Köməkçi maddələr:  hiproloz, natrium-dokuzat, laktoza monohidrat, natrium nişasta qlikolyatı, mikrokristallik sellüloza, hidrogenləşdirilmiş bitki yağı, maqnezium-stearat.

TƏSVİRİ: Ağımtıl, bir tərəfində bölücü xətti olan girdə tabletlərdir.

FARMAKOTERAPEVTIK QRUPU:

Qeyri-steroid iltihabəleyhinə dərman vasitəsi.

FARMAKOLOJI XÜSUSIYYƏTLƏRİ:

Spesilid, sulfonanilid törəməsi olan qeyri-steroid iltihab əleyhinə preparatdır (QSİƏP). Güclü iltihab əleyhinə, ağrıkəsici, qızdırmasalıcı təsirə malikdir. Təsir mexanizmi prostoqlandinlərin sintezini blokada etməsi ilə bağlıdır.Selektiv olaraq SOQ-2 fermentini blokada etdiyi üçün iltihab ocağındakı prostoqlandinlərin sintezini mədənin selikli qişasında və böyrəklərdə olan prostoqlandinlərə nisbətən  daha çox  tormozlayır.

Uzun müddətli istifadədə xəstələr tərəfindən yaxşı keçirilir.Qəbul edildikdən 1-2 saat sonra qanda maksimal  konsentrasiya toplayır. T ½  dövrü 2-3 saatdır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-Orta intensivlikli  ağrı ilə müşahidə olunan dayaq-hərəkət aparatının iltihabi xəstəlikləri

- Müxtəlif mənşəli artritlər

-Ginekoloji, uroloji, cərrahi əməliyyatdan sonrakı ağrılar

ƏKS GÖSTƏRİŞLƏR:

- Nimesulidə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq (allergiya);

- Aspirin və ya digər qeyri-steroid iltihabəleyhinə dərman maddəsi qəbul edərkən  allergiya (məs., təngnəfəslik, burunun axması və ya tutulması, səpgi) baş vermişdirsə;

- Mədə və 12-barmaq bağırsaq xorası ;

- kəskin mədə-bağırsaq qanaxması ;

- Ağır böyrək və qaraciyər çatışmazlığı;

- Hamiləlik və laktasiya dövrü;

-12 yaşdan aşağı uşaqlar.

EHTİYAT TƏDBİRLƏRİ: Preparatdan istifadə etməzdən əvvəl həkimə söyləyin:

- bəzi şəkərlərə qarşı həssaslığınız varsa

- əgər nimesulidlə müalicə müddətində preparatın qaraciyərin vəsiyyətinə təsirini  göstərən əlamətlər inkişaf edərsə, Siz nimesulidin qəbulunu dərhal dayandırmalı və həkimə müraciət etməlisiniz. Preparatın qaraciyərə təsirini göstərən əlamətlərə iştahanın itməsi, ürəkbulanma, qusma, abdominal ağrı, daimi yorğunluq və  sidiyin tünd rəngdə olması aiddir. Əgər Siz nə vaxtsa peptik xoradan, mədə-bağırsaq qanaxmasından, xoralı kolitdən və ya Kron xəstəliyindən əziyyət çəkmisinizsə Spesilidi qəbul etməzdən əvvəl bu barədə həkiminizə məlumat verməlisiniz.

- əgər Spesilidlə müalicə müddətində qızdırmanız qalxarsa və/və ya qripəbənzər əlamətlər (ümumi ağrı hissi, nasazlıq və titrətmə) inkişaf edərsə preparatın qəbulunu dayandıraraq həkimə məlumat verməlisiniz.

- əgər Siz ürək və ya böyrək xəstəliklərindən əziyyət çəkirsinizsə, Spesilidi qəbul etməzdən əvvəl bu barədə həkiminizə məlumat verməlisiniz. Speslidin təsirindən böyrəklərin funksional vəziyyəti daha da pisləşə bilər.

- əgər Siz yaşlısınızsa həkim Spesilidin Sizin böyrəklərinizdə, mədənizdə, ürəyinizdə və ya qaraciyərinizdə problem yaratmayacağına əmin olmalıdır.

- əgər Siz hamilə olmağı planlaşdırırsınızsa, bu barədə həkiminizi məlumatlandırmalısınız, belə ki Spesilid mayalanmanı aşağı sala bilər.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin.Hamiləliyin III trimestrində Spesilid əks göstərişdir. Spesilid hamilə olmağa çalışan qadınlara tövsiyə olunmur. Tərkibində nimesulid olan dərman vasitələrinin hamiləliyin hansı müddətində adekvat yararlılığı məlum olmadığından hamiləliyin ilk iki trimestrində belə preparatların təyin edilməsi tövsiyə olunmur.Nimesulidin ana südünə keçib-keçməməsi məlum olmadığından, laktasiya dövründə preparat əks göstərişdir.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Əgər bu vaxta qədər aşağıda göstərilən hər hansı dərman vasitəsi qəbul etmisinizsə və ya hazırda qəbul edirsinizsə, Spesiliddən istifadə etməzdən əvvəl bu barədə həkiminizə və ya əczaçıya məlumat verin, belə ki, onlar Spesilidlə qarşılıqlı təsirə girə bilər:

- qanın laxtalanma qabiliyyətini aşağı salan preparatlar (antikoaqulyantlar, aspirin və ya digər salisilatlar)

- ürək çatışmazlığının və ya qan təzyiqinin müalicəsi üçün istifadə olunan sidikqovucu preparatlar (diuretiklər)

- depressiyanın və oxşar vəziyyətlərin müalicəsi üçün istifadə olunan litium prepartları

- metotreksat

- siklosporin

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Spesilidi həmişə həkimim tövsiyə etdiyi qaydada qəbul edin. Əgər bunu unutmusunuzsa həkiminizlə və ya əczaçı ilə aydınlaşdırın. Preparatın adi dozası gündə 2 dəfə 1 tabletdir (100 mq), yeməkdən sonra qəbul olunur. Spesilid mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmayaraq istifadə olunmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Mədə-bağırsaq xəstəlikləri:

Bəzi hallarda: qıcqırma, ürəkbulanma, mədədə ağrılar.

Sinir sisteminin xəstəlikləri:

Bəzi hallarda: baş ağrısı, başgicəllənmə, yuxululuq

Allergik reaksiyalar:

Bəzi hallarda: qaşınma, səpgi, tər ifrazının güclənməsi.

Nadir hallarda: eritema , dermatit .

Digər pozğunluqlar:

Bəzi hallarda: ödem, oliquriya.

Nadir hallarda: trombositopeniya.

DOZA HƏDDİNİN AŞILMASI: Digər dərman vasitələrində olduğu kimi, preparat tövsiyə olunan dozadan artıq qəbul edilməməlidir. Lakin, təsadüfən  bu baş verərsə müalicə həkiminə müraciət etmək və ya yaxınlıqdakı xəstəxanaya getmək lazımdır. QSİƏP-lə doza həddinin aşılması zamanı, adətən. əzginlik, yuxuyameyllik, ürəkbulanma, qusma, və epiqastral nahiyədə ağrı baş verir və bunlar dəstəkləyici müalicə nəticəsində aradan qalxır. Mədə-bağırsaq sistemində qansızma baş verə bilər. Nadir hallarda olsa da hipertenziya, kəskin böyrək çatışmazlığı, tənəffüsün zəifləməsi və koma baş verə bilər. QSİƏP-ın qəbulu zamanı anafilaktik reaksiyaların baş verməsi barədə məlumat vardır və bu, doza həddinin aşılması zamanı da baş verə bilər. QSİƏP-dan istifadə zamanı doza həddinin aşılması baş verərsə simptomatik və dəstəkləyici müalicə aparılmalıdır. Xüsusi antidotu yoxdur.

BURAXILIŞ FORMASI:10 tablet, blisterlərdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25°C-dən aşağı  temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTI:

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.Preparatın görünüşündə hər hansı vizual dəyişiklik olarsa, istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Resept əsasında buraxılır.

İSTEHSALÇI: Specifar S.A.1, 28 Octovriou str. Ag Varvara 123 51Athens-Greece.


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost