|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
FOZITON
Ana səhifə > Məhsullar > Metabolik prosseslərin requlyatoru > FOZITON Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
FOZITON

TƏRKİBİ: 

Təsiredici maddə:

steril toz şəklində 5 q fruktozo-1,6-difosfat-natrium

(3,75q fruktozo-1,6-fosfat turşusuna ekvivalentdir)

Köməkçi maddə: inyeksiya üçün su.

FARMAKOTERAPEVTİK  QRUPU: Foziton ürək-damar preparatlarına aiddir.

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ: Çoxsaylı müayinələr göstərmişdir ki, Foziton normada hüceyrə membranından keçmir, yalnız hüceyrələr zədələnərkən onlara daxil olur. Preparatın əsas təsir mexanizmi hüceyrə divarı ilə qarşılıqlı təsirdə olaraq, fosfofruktokinazanın  aktivliyini stimulə etməkdən və son nəticədə hüceyrədaxili yüksək energetik fosfatları artırmaqdan ibarətdir. Hüceyrə səthi ilə qarşılıqlı təsirin ilkin nəticəsi kalium ionlarının hüceyrə daxilinə diffuziyasının artması şəklində meydana çıxır. Müəyyən edilmişdir ki, Foziton eritrositləri  hemolizdən qoruyur və  toksik oksigen radikallarının əmələ gəlməsinin qarşısını alır. Foziton ürək əzələsində ATF-in azalmasına imkan vermir, hipokaliemiyanın mənfi təsirlərinin qarşısını alır və ürək fəaliyyətini təmin edir. Foziton ürəyin işemik xəstəliklərində miokardın enerji ehtiyatını təmin edir, qaraciyər və böyrəkləri işemiyadan qoruyur, hemorragik və travmatik şoklar zamanı qan dövranının bərpa edilməsində əhəmiyyətli rol oynayır.Klinik sınaqlar göstərir ki, dəfələrlə qanköçürmə zamanı Foziton eritrositdaxili enerji ehtiyatını artırır, köçürülən plazmada kaliumun konsentrasiyasını azaldır, hüceyrə daxilində normal natrium-kalium nisbətini bərpa edir, eritrositlərin elastikliyini və hemolitik rezistentliyini yüksəldir, parenteral qidalanma zamanı azot mübadiləsini normallaşdırır, kəskin miokard infarktlı və periferik qan damarlarının xəstəlikləri olan xəstələrdə hemodinamikanı yaxşılaşdırır.

FARMAKOKİNETİKASI: Foziton hər kiloqram  bədən kütləsinə 250 mq (250mq/kq) dozada vena daxilinə yeridildikdə, 5 dəqiqədən sonra plazmada orta konsentrasiyası 770 mq-a çatır və tədricən azalır. Yarımparçalanma dövrü 10-15 dəqiqədir. Fozitonun plazmada tükənməsi, onun damarxarici sahəyə yayılması, habelə hüceyrə və eritrosit fosfatazasının fəallaşması nəticəsində ATF əmələ gətirməklə fosfor və fruktozaya hidrolizi ilə əlaqədardır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-Şoklar.

-Ürəyin işemik xəstəliyi (qeyri- stabil stenokardiya, miokard infarktı və onların ağırlaşmaları).

-Kəskin sol mədəcik çatışmazlığı (ağ ciyər ödemi).

-Aritmiyalar.

-Müxtəlif lokalizasiyalı işemiyalar, o cümlədən aşağı ətrafların ağır işemiyaları.

-Metabolik pozğunluqlar ilə əlaqədar hipofosfatemiyalar.

-Massiv transfuziyalar və ürək üzərində əməliyyatlar nəticəsində difosfoqliserat ehtiyatının tükənməsi.

ƏKS  GÖSTƏRİŞLƏR:

-Preparata qarşı yüksək həssaslıq.

-Hiperfosfatemiya.

-Böyrək çatışmazlığı.

XÜSUSİ GÖSTƏRİŞLƏR: Kreatininin klirensi 50 ml/dəq-dən aşağı olan xəstələrin qanında fosfatların səviyyəsini daim nəzarətdə saxlamaq lazımdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:  Hamiləliyin 3 ayında preparatdan istifadə edən qadınlarda hər hansı arzuolunmaz  təsir qeydə alınmamışdır.

EHTİYAT  TƏDBİRLƏRİ: Yeridilərkən Foziton dərialtı toxumaya düşərsə, ağrı və qıcıqlanma törədir.

Fozitonu pH-ı 5,5 olan mühitdə həll olmayan preparatlarla və kalsium duzlarının qələvi məhlulları ilə qarışdırmaq olmaz.

DİGƏR  DƏRMAN  VASİTƏLƏRİ  İLƏ  QARŞILIQLI  TƏSİRİ: Fozitonun digər dərmanlarla qarşılıqlı təsiri qeydə alınmamışdır.

İSTİFADƏ  QAYDASI  VƏ  DOZASI: Foziton yalnız vena daxilinə damcı üsulu ilə yeridilir (1 q/dəq.-yə yaxın sürətlə ).

 5q Foziton 50ml həlledicidə həll olunaraq 10%-li məhlul alınır. Qəbul olunan rejimə əsasən sutkalıq doza 70-150 mq/kq, maksimal doza 250 mq/kq təşkil edir.

1q Foziton 4,6-4,8 mmol qeyri-üzvi fosfat əmələ gətirir.

DOZA  HƏDDİNİN  AŞILMASI: Fozitonun doza artıqlığı simptomları müəyyən edilməmişdir.

ƏLAVƏ  TƏSİRLƏRİ: Əlavə təsirləri müəyyənləşdirilməyib. Foziton orqanizm tərəfindən, əsasən yaxşı qəbul edilir.

BURAXILIŞ  FORMASI: 5 q steril toz şəklində fruktozo -1,6-difosfat natrium, flakonlarda.

50 ml həlledici (inyeksiya üçün su ), flakonlarda.

1 flakon preparat, 1 flakon həlledici, venadaxili  yeridilmə üçün elastik infuziya sistemi və içlik vərəqə karton qutuya qablaşdırılır.

SAXLANMA  ŞƏRAİTİ: 25°C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Həll olunmuş Foziton otaq temperaturunda 24 saat ərzində yararlıdır. Foziton məhlulu tam istifadə olunmazsa, təkrar istifadə edilməsi qadağandır.

YARARLILIQ  MÜDDƏTİ: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN  BURAXILMA  ŞƏRTİ:  Resept əsasında buraxılır.

İSTEHSALÇI: Fiziofarma, Italiya Fisiofarma srl, Nukleo industriale, 84020 Palomonte –(S.A.) - Italy


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost