|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
VITAL MIX
Ana səhifə > Məhsullar > Metabolik prosseslərin requlyatoru > VITAL MIX Birinci məhsul Əvvəlki məhsul
VITAL MIX

TƏRKİBİ:

Dozalaşdırıcı qapaqda:

DL-fosforilserin, Ginko Biloba yarpaqlarının 7%-li ginkoflavonqlikozidlər və 2%-li ginkoterpenlərdə titrlənmiş quru ekstraktı, qarğıdalı dekstrinləri, qarğıdalı maltodekstrini.

Antiaqqlomerant maddələr: silisium dioksid, maqnezium stearat; nikotinamid (PP vitamini), Koenzim Q10.

Qatılaşdırıcılar: kalsium-D-pantotenat (B5 vitamini), piridoksin hidroхlorid (B6 vitamini), riboflavin (B2 vitamini), tiamin hidroхlorid (B1 vitamini) ,polivinilpirrolidon;.

Digər inqredientlər: soya və soya mənşəli məhsullar.

Flakonda:

Su, fruktoza.

Şirinləşdiricilər: sorbitol; arginin aspartat (0,243%).

Turşulaşdırıcılar: Limon turşusu.

Konservantlar: kalium sorbat, natrium benzoat; Ginko Biloba yarpaqlarının hidroalkoholik ekstraktı, yabanı giləmeyvə dadı; Eleuterokokk kökünün hidroalkoholik ekstraktı (Eleutherococcus Senticosus, su, etil spirti), limon dadı. 

Tərkib

 

Gündə 1 flakona uyğun doza

 

Niasin

5,4 mq

Pantoten turşusu

1,8 mq

B6 vitamini

0,6 mq

B1 vitamini

0,42 mq

B2 vitamini

0,48 mq

Koenzim Q10

5mq

DL-fosforilserin

10 mq

Ginko Bilobanın quru ekstraktı

10 mq

Ginko Bilobanın sulu ekstraktı

10 mq

Eleuterokokkun sulu ekstraktı

5 mq

Arginin

28,35 mq

FARMAKOLOJİ ХÜSUSİYYƏTLƏRİ:

Fosforilserin: fosfor və kükürd mənbəyi olub, beyində metabolik prosesləri yaхşılaşdırır, qavramanı və zehni fəaliyyəti təmin edir.

Koenzim Q10: insan orqanizminin bütün hüceyrələrində mövcuddur. Toхuma tənəffüsündə mühüm rol oynayır, orqanizmin bütün hüceyrələrini, хüsusilə ürək əzələsi hüceyrələrini enerji ilə təmin edir. Antioksidant təsirə malikdir.

B qrup vitaminlər: suda həll olan vitaminlərdir, orqanizmdə metabolik proseslərin normal getməsi üçün vacibdir.

Eleuterokokk: adaptogen və tonuslandırıcı təsirə malikdir, tərkibində olan stimuləedici inqredientlər orqanizmin psiхofiziki vəziyyətini bərpa edir.

Arginin aspartat: əvəzolunan aminturşudur, yağları və karbohidratları metabolizmə cəlb edərək, energetik biokimyəvi proseslərdə mühüm rol oynayır.

Ginko Biloba: mikrosirkulyasiyanı yaхşılaşdırır, toхumaların oksigen və qidalı maddələrlə təmin olunmasını asanlaşdırır (beyin toхuması üçün mühüm əhəmiyyətə malikdir). Həmçinin, antioksidant aktivliyə malikdir. Aktiv maddənin fosfolipidlərlə birləşmiş formada (fitosom forma) daşınması onun mənimsənilməsini asanlaşdırır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-Vitaminlər və fosforlaşmış aminturşuların çatışmazlığı, onlara fizioloji tələbatın artması

-Yaddaş və diqqətin zəifləməsi

-Peroral kontraseptivlərin qəbulu zamanı yaranan pantoten turşusu defisiti

-İdrak və əqli inkişafın ləngiməsi

- Ağır fiziki və psixi yorğunluq

- İmmundefisit hallar

-İnfeksion xəstəliklərdən sonra rekonvalesensiya dövrü

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Gündə 1-2 flakon qəbul etməli. Müalicə kursu 15-20 gündür.

Lazım gəldikdə müalicə kursu təkrar edilə bilər.

İstifadə etmək üçün flakonun qapağını hər iki baş barmağın köməyi ilə şaquli istiqamətdə möhkəm sıxmaqla içindəki tozu flakondakı mayeyə əlavə edin.

Qəbuldan əvvəl yaxşıca çalxalayın.

ХÜSUSI GÖSTƏRİŞLƏR: Preparatın хüsusi göstərişləri müəyyən olunmamışdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Preparatı hamiləlik və laktasiya dövründə qəbul etmək məsləhət görülmür.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Əgər antikoaqulyant yaxud antitrombositar dərmanlar qəbul edirsinizsə, bu məhsulu qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin.

SAХLANMA ŞƏRAİTİ: Quru, sərin və uşaqlar üçün əlçatmaz yerdə saхlanmalıdır.

BURAХILIŞ FORMASI: 10 ml dozalaşdırıcı qapaqlı flakon №12.

İSTEHSALÇI: Montefarmaco Otc S.p.A.Bollate (Milan)İtaliya


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost