|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
LEVOPLUS
Ana səhifə > Məhsullar > Həzm sistemi > LEVOPLUS Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
LEVOPLUS

TƏRKİBİ:

Aktiv maddə: Su, 50%-li laktuloza məhlulu (16,6%), həll olan akasya lifləri (8,3%), laktitol, mannitol (8,3%), qlserin, dimetilpolisiloksan, bentonit, inulin (0,8%), natrium karboksimetillsellüloza.

Köməkçi maddələr: kalium sorbit, natrium saxarin, limon dadı.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Laktuloza sintetik disaxarid olub,yoğun bağırsağa dəyişilməmiş şəkildə düşərək qısazəncirli yağ turşularına qədər parçalanır,bağırsaqdaxili pH-ı azaldıb,osmotik təzyiqi artırmaqla bağırsaq peristaltikasını stimulə edir, nəcisin konstitensiyasına təsir edir. Preparatın tərkibindəki komponentlər saprofit bifidogen bakteriyalara qida olmaqla onların çoxalmasını sürətləndirir,normal mikrofloranı bərpa edir.

 İnulin mədənin xlorid turşusunun və bağırsaq fermentlərinin təsiri altında fruktoza və fruktoza zəncirlərinə parçalanaraq qana sorulur. İnulin vitamin və mineralların mənimsənilməsinidə iştrak edir (əsasən Са,Mg,Zn,Сu,Fe və Р). Parçalanmamış hissəsi orqanizmi radionuklid, yağ turşuları, kimyəvi maddələr, ağır metallar kimi zərərli maddəllərdən təmizləyir.Eyni zamanda inulin orqanizmdən şlakları xaric olunmasını təmin edir.

 Həll olan akasiya lifləri güclü absorbsiya təsirinə malik olub  bağırsaq mikroqovucuqlarını təmizləyir,mədə-bağırsaq traktındakı zərərli metabolitlərlə birləşərək xaric olunmasını təmin edib mikrofloraını bərpa edir, həzm və sorulma proseslərini yaxşılaşdırır.

 Qliserol nəcis kütlələrini yumşaldaraq bağırsağın selikli qişasına sürüşkənlik verir,defekasiya aktını yüngülləşdirir.

 Simetikon-yüksək molekulyar polimerdir. Faza ayrıcığının sərhədində səthi dartılmanı azaldaraq  MBT selikli qişasında  və ximusda olan qaz qovucuqlarının əmələ gəlməsini və xaric olmasını təmin edir. Nəticədə qaz qovucuqlarının miqdarı azalır, bağırsaqdaxili təzyiq azalır. Eyni zamanda simetikon  həzm sisteminin selikl qişasında qoruyucu təbəqə yaradıb aqressiv faktorların dağıdıcı təsirindən qoruyur.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: 

- Qəbizlik (o cümlədən yaşlı insanlarda xroniki qəbzlik,hamilələrdə,uşaqlarda)

- Tibbi məqsədlə (yoğun bağırsaqda keçirilən əməliyyat  zamanı,babasil,anal çatlar və s.)

ƏKS GÖSTƏRİŞLƏR:

- Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq

- Qalaktozemiya

- Bağırsaq keçməməzliyi

XÜSUSİ GÖSTƏRİŞLƏR: Şəkərli diabet zamanı istifadəsi ehtiyatlı olmalıdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi təhlükəsizdir.

ƏLAVƏ TƏSİRLƏRİ:

MBT tərəfindən: meteorizm,qarın nahiyəsində sancı, ürəkbulanma,qusma.

Digər pozğunluqlar: ishal nəticəsində yaranan elektrolit disbalansı.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Preparat gündə 2 dəfə yemək zamanı qəbul olunur. Klininki effekt 3 gündən sonra müşahidə olunur.

Böyüklərə və 14 yaşdan böyük uşaqlara  15 – 40 ml (Başlanğıc doza); 20 ml (Saxlayıcı doza)

7 -14 yaşlı uşaqlara 15 ml (Başlanğıc doza); 10 ml (Saxlayıcı doza)

3 - 7 yaşlı uşaqlara 5 - 10 ml (Başlanğıc doza); 5 -10 ml (Saxlayıcı doza)

0 - 3 yaşlı uşaqlara 5 ml (Başlanğıc doza); 5 ml (Saxlayıcı doza)

BURAXILIŞ FORMASI: Flakon 180 ml,dozalayıcıqapaqla

SAХLANMA ŞƏRAİTİ: 25ºC-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ: Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz.

İSTEHSALÇI: MONTEFARMACO OTC S.p.A.-Bollate (Milan)


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost