|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
DEMOTON B NEO
Ana səhifə > Məhsullar > Vitamin kompleksləri > DEMOTON B NEO Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
DEMOTON B NEO

DƏRMAN FORMASI: İnyeksiya üçün məhlul

TƏRKİBİ:

Təsiredici maddələr: hər 2 ml məhlulun tərkibində (1 ampulda) 10 mq tiamin HCl (B1vitamini), 4 mq piridoksin HCl (B6 vitamini), 4 mq riboflavinə ekvivalent miqdarda riboflavin natrium fosfat (B2 vitamini), 40 mq nikotinamid (B3 vitamini) və 6 mq dekspantenol (B5 provitamini) vardır.

Köməkçi maddələr: fenol, xlorid turşusu, inyeksiya üçün su.

TƏSVİRİ: Demoton-B NEO inyeksiya məhlulu xarakterik qoxusu olan şəffaf, sarı rəngli məhluldur.

FARMAKOTERAPEVTİK QRUPU: Vitaminlər.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Demoton-B NEO məhlulu B1-B2-B3-B5-B6 vitaminlərinin effektiv kombinasiyasıdır.

B1vitamini (Thiamin HCl) adenozin trifosfat turşusu (ATF) ilə birləşərək tiaminpirofosfat kofermentini əmələ gətirir. Tiaminpirofosfat karbohidrat mübadiləsində piruvat və alfa-keto turşuların dekarboksilləşməsində mühüm rol oynayır.

B1vitamini  hüceyrələrin enerji ehtiyacını təmin etmək üçün tələb olunan enerjinin hasil edilməsində vacib rol oynayır.

B2 vitamini (Riboflavin) orqanizmdə flavin adenin dinukleotid (FAD) və flavin mononukleotid (FMN) kofermentləri şəklində mövcud olub, toxuma tənəffüsündə böyük  rol oynayır.

B3 vitamini (Nikotinamid) bədən tərəfindən niasin mənbəyi kimi istifadə olunur. Bu vitamin lipid mübadiləsində, toxuma tənəffüsündə və qlikogenolizdə vacib rol oynayır.

B5 provitamini (Dekspantenol) koenzim-A-nın əmələ gəlməsi üçün vacib olub, karbohidrat, zülal və yağların mübadiləsində və sintezində böyük əhəmiyyət kəsb edir.

B6 vitamini (Piridoksin HCl) zülal, karbohidrat və yağların mübadiləsində koferment kimi iştirak edir. Zülal mübadiləsi zamanı aminturşuların dekarboksilləşməsində, triptofanın niasin və serotoninə çevrilməsində, aminturşuların aminsizləşməsi və sulfidləşməsində mühüm rol oynayır.

Ümumilikdə, bu vitamin kompleksi karbohidrat mübadiləsinə katalitik təsir göstərir və mərkəzi sinir sistemi, qalxanabənzər vəzi, qaraciyər, homeopatik orqanlar, mədə-bağırsaq traktı, dəri və selikli qişaların normal fəaliyyəti üçün vacibdir.

Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, B qrup vitamin kompleksinin çatışmazlığı orqanizmin infeksiyalara qarşı müqavimətini kəskin şəkildə azaldır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- B qrupu vitaminlərinin hipovitaminozu

- İzoniazid sırasından olan vərəm əleyhinə dərmanların və antibiotiklərin qəbulu zamanı

- İmmunçatışmazlığı vəziyyətləri (reanimasiya və intensiv terapiyada olan xəstələr, cərrahi əməliyyatlardan sonra, gec sağalan yaralar, yanıqlar və zədələnmələr zamanı)

- Bağırsaqlarda sorulmanın və mikrofloranın pozulması ilə müşayiət olunan mədə-bağırsaq traktı xəstəlikləri (bağırsaq disbakteriozu, malabsorbsiya sindromu)

- Müxtəlif mənşəli polineyropatiya, nevrit və nevralgiyalar

- Onurğa sütununun iltihabi-degenerativ xəstəlikləri (radikulit, osteoxondroz, lümbaqo)

- Mübadilə pozğunluqları ilə gedən xəstəliklər (şəkərli diabet, ateroskleroz, tireotoksikoz, miokardiodistrofiya və s.)

- Göz xəstəliklərinin kompleks müalicəsi

ƏKS GÖSTƏRİŞLƏR: Demoton B Neo-nun tərkibində olan hər hansı inqrediyentə qarşı yüksək həssaslıq.

XÜSUSİ XƏBƏRDARLIQLAR VƏ EHTİYAT TƏDBİRLƏRİ: Preparat vena daxilinə ehtiyatla istifadə olunmalıdır. Yüksək dozalarda uzun müddət təyin edilməsi hepatotoksik təsirə səbəb ola bilər. Şəkərli diabet xəstələrində və hiperurikemiya hallarında xüsusilə diqqətli olmaq lazımdır.

Dərmanın yaşlılarda istifadəsi ilə bağlı hər hansı xüsusi xəbərdarlıq və ehtiyat tələb edən hal yoxdur.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Heyvanlar üzərində teratogen təsirlə bağlı hər hansı tədqiqat aparılmamışdır. Mövcud tədqiqatlar arasında inkişaf pozğunluğu, yaxud embriotoksiklik halları qeydə alınmasa da, Demoton B Neo-nun istifadəsinin riskli olması fikrini istisna etmək  üçün kifayət qədər məlumat yoxdur.  Buna görə də ehtiyat tədbiri kimi, həkim tərəfindən qəbulunun mütləq olduğu bildirilmədiyi təqdirdə dərman vasitəsinin hamiləlik dövründə istifadəsindən yayınmaq lazımdır. Kifayət qədər məlumat olmadığından preparat laktasiya dövründə istifadə olunmamalıdır.

NƏQLİYYAT VASİTƏLƏRİNİ VƏ POTENSİAL TƏHLÜKƏLİ MEXANİZMLƏRİ İDARƏETMƏ QABİLİYYƏTİNƏ TƏSİRİ: Dərman vasitəsinin nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə t heç bir təsiri müşahidə edilməmişdir.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: B1vitamini oksidləşdirici-reduksiyaedici maddələr ilə uyğunlaşa bilir, neytral və qələvi məhlullarda (məs., karbonatlar, sitratlar, barbituratlar, eritromisin laktobionat IV) isə qeyri-stabildir. Hiposulfat duzlarına malik olan məhlullarla uyuşmazlığa malikdir.

B6 vitamini  DOFA-dekarboksilazanın təsiri ilə fəallaşır. Buna görə də DOFA-dekarboksilazanın inhibitoru olan LEVODOPA ilə birlikdə istifadə olunmamalıdır. Yanaşı istifadə olunduqda fenobarbital və fenitoinin terapevtik təsirini zəiflədir.

Nikotinamid  dərmanların antihipertenziv təsirini gücləndirir və izoniazidin aqonistidir.

İSTIİFADƏ QAYDASI VƏ DOZASI: Əzələdaxili, venadaxili inyeksiya və ya venadaxili infuziya şəklində. Əzələdaxili, yaxud venadaxili parenteral istifadənin müddəti xəstənin reaksiyasından və həkimin təyinatından asılıdır. Xəstənin vəziyyətindən asılı olaraq gündə bir, yaxud iki ampul təyin olunmalıdır.

DOZA HƏDDİNİN AŞILMASI: Gün ərzində 2 – 7 q dozada olmaqla (yaxud >0,2 q/gün >2 ay ərzində) B6 vitamini qəbul edən xəstələrdə ataksiya, əl və ayaqlarda quruma ilə müşayiət olunan hissi neyropatiya inkişaf etmişdir. Preparatın qəbulu dayandırıldıqda əlamətlər azalır. Hissetmənin tam normallaşması 6 aya qədər çəkə bilər.

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar müşahidə olunmuşdur. B2 vitaminini (Riboflavin) qəbul etdikdən sonra sidiyin sarı-narıncı rəngə boyanması (sidiyin rənginin dəyişməsi) qeyd olunmuşdur. B6 vitamininin yüksək dozalarda uzunmüddətli qəbulu zamanı periferik nevroloji reaksiyalar, xüsusilə paresteziya, toxunma hissinin zəifləməsi və yuxululuq halları müşahidə olunmuşdur. B1 vitamininin parenteral təyini tez keçən hipotenziyaya və çox nadir hallarda anafilaktik şoka səbəb ola bilər. B5 vitamininin parenteral təyini nadir hallarda dəri reaksiyalarına gətirib çıxarır.

BURAXILIŞ FORMASI: 2 ml məhlul, şüşə ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTİ: Yararlılıq müddəti etiketin və ya qutunun üzərində (EXP göstəricisi) qeyd olunmuşdur. Qeyd olunan tarix verilmiş ayın son gününə müvafiqdir.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Resept əsasında buraxılır.

İSTEHSALÇI: DEMO S.A., Pharmaceutical Industry, 21st km National Road Athens - Lamia, 14568 Kryoneri, Afina, Yunanıstan

 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost