|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
DEMOTON-D
Ana səhifə > Məhsullar > Vitamin kompleksləri > DEMOTON-D Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
DEMOTON-D

TƏRKİBİ:

Təsiredici maddələr: hər flakonda 3500 BV Retinola ekvivalent miqdarda Retinol Palmitat, 220 BV xolekalsiferol, 10,20 mq DL-Alfa-tokoferol (11.20 mq DL-Alfa-tokofe-rola ekvivalent), 125 mq askorbin turşusu, 5.800 mq Kokarboksilaza tetrahidrat (3.510  mq Tiaminə ekvivalent), 5.670 mq riboflavin natrium fosfat dihidrat, (4.140 mq Ribofla-vinə ekvivalent), 5.500 mq Piridoksin-hidroxlorid (4.530 mq Piridoksinə ekvivalent),  0.006 mq Sianokobalamin, 0.414 mq Fol turşusu, 16.150 mq Dekspantenol ( 17 250 mq pantenol turşusuna ekvivalent), 0.069 mq D-Biotin, 46.000 mq Nikotinamid vardır.

FARMAKOLOJİ QRUP: Polivitamin

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: K vitaminini istisna etməklə, böyüklərin və 11 yaşdan yuxarı olan uşaqların metabolizm proseslərində zəruri olan,  suda və yağda həll olan bütün vitaminlərin balanslaşdırılmış kombinasiyası.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-Vitamin çatışmazlığı və orqanizmin vitaminlərə olan tələbat dövrləri (cərrahi əməliyyatdan əvvəl və sonrakı dövrlər, hamiləlik və s.);

-Müxtəlif mənşəli neyropatiyalar (diabetik,alkoqol və s.;)

-Mədə-bağırsaq xəstəlikləri;

-Enteral qidaqəbulu çatışmazlığı zamanı (anoreksiya, qida borusunun və mədə-bağırsaq traktının stenozu, qısa bağırsaq sindromu və s.);

-Ürək-damar sistemi xəstəliklərinin kompleks müalicəsi;

-Polinevritlər, nevralgiyalar;

-Onkoloji xəstəliklər zamanı kimyəviterapiyadan sonra (kaxeksiya, asteniya);

-Onkohematoloji xəstəliklərin kompleks müalicəsi;

-İnfeksion xəstəliklərin kompleks müalicəsi;

ƏKS GÖSTƏRIŞLƏR: Preparatın hər bir komponentinə qarşı yüksək həssaslıq, 11 yaşa qədər uşaqlar

XÜSUSI GÖSTƏRIŞLƏR: Hamiləlik və laktasiya dövründə  preparatın istifadəsi həkim nəzarəti altında aparılmalıdır.

Orta dərəcəli iltihabi enterokoliti olan xəstələrdə preparatın venadaxilinə qəbul olunması qanda qlutaminpiruvattransaminazaların (QPT) artmasına səbəb ola bilər. Bu halda müalicəni dayandırmaqla transaminazaların əvvəlki səviyyəsini bərpa etmək mümkündür. Bu səbəbdən belə hallarda transaminazaların səviyyəsinə nəzarət etmək lazımdır.

Demoton-D-nin tərkibinə qlikoxol turşusu daxil olduğuna görə preparatla təkrar və uzunmüddətli müalicə aparıldığı zaman sarılıq və ağır xolestazı olan xəstələrin qaraciyər funksiyasına nəzarət olunmalıdır.

Preparatın tərkibində Vitamin A (retinol) olduğundan, eyni zamanda tərkibində A vitami-ni olan digər dərman qəbul edildikdə, preparatın gündəlik  dozası uyğunlaşdırılmalıdır.Demoton-D-nin tərkibində vitamin K yoxdur, lakin ehtiyac olarsa, vitamin K ayrılıqda təyin oluna bilər. Orta dərəcəli iltihablı enterokoliti olan Bu halda, müalicəni dayandırmaqla transaminazaların əvvəlki səviyyəsini bərpa etmək mümkündür. Bu səbəbdən, belə hallarda transaminazaların səviyyəsinə nəzarət etmək  lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Böyüklərə və 11 yaşdan yuxarı uşaqlara: gündə 1 flakon

Yüksək tələbat olan hallarda (məsələn, ağır yanıqlar) tələb olunan doza 2-3 dəfə artırıla bilər.

VENADAXİLİ İNYEKSİYA:  Liofilizati 5ml inyeksiya üçün mayedə həll etməli. Toz tam həll olana qədər çalxalamali. Tədricən venadaxili inyeksiya, yaxud fizioloji məhlulda və ya qlükoza məhlulunda həll edərək venadaxili infuziya şəklində istifadə edilməli.

ƏZƏLƏ DAXİLİ İNYEKSİYA: Liofilizatı  2,5 ml inyeksiya üçün mayedə həll etməli.

EHTİYAT TƏDBİRLƏRİ: Yaşlılarda istifadə üçün xüsusi ehtiyat tədbirləri göstərilməmişdir.11 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞİLİQLİ TƏSİRİ: Digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməmişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik və laktasiya dövründə preparat istifadəsi haqqında xüsusi klinik tədqiqatlar aparılmadığından,  bu dövrdə preparatın istifadəsi tövsiyə olunmur.

NƏQLİYYAT VASİTƏSİNİ VƏ POTENSİAL TƏHLÜKƏLİ MEXANİZMLƏRİ İDARƏETMƏ QABİLİYYƏTİNƏ TƏSİRİ: Preparat nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir

DOZA HƏDDİNİN AŞILMASI: A və D vitaminlərinin yüksək dozada istifadəsi hipervitaminoz hallarına səbəb ola bilər (Simptomlar hiperkalsiemiya nəticəsində əmələ gəlir).

BURAXILIŞ FORMASI: İnyeksiya məhlulu hazırlamaq üçün toz, şüşə flakonlarda. 1 və ya 10 flakon  içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 250C-dən yüksək olmayan  temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTİ: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Resept əsasında buraxılır.

İSTEHSALÇI: DEMO S.A.Pharmaceutical industry21st km National Road Athens-Lamia145 68 Athens-Greece 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost