|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
DEMOTON-T
Ana səhifə > Məhsullar > Vitamin kompleksləri > DEMOTON-T Birinci məhsul Əvvəlki məhsul
DEMOTON-T

TƏRKİBİ: 1 ampulda vardır:

Vit B1-75mq

Vit B2-10mq

Vit B6-25mq

Vit B12-0,750mq

Vit A-15000 BV

Vit D-1000 BV

Vit E-10mq

Nikotinamid-125mq

Dekspantenol-30mq

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Demoton-T yağda və suda həll olan vitaminlərin unikal kombinasiyasından ibarətdir. Demoton-T vitamin müalicəsində seçim preparatı kimi orqanizmin fəaliyyətini tez bərpa edir və müxtəlif orqanların funksiyasına müsbət təsir edir. Demoton-T hemopoetik və stimullaşdırıcı vasitədir, çünki onun tərkibində çoxsaylı enzimatik mexanizmlərin funksiyasını tənzimləyir.

Vit B1 (tiamin-hidroxlorid) insan orqanizmində fosforlaşma proseslərinin nəticəsində çoxsaylı ferment reaksiyalarının kofermenti olan kokarboksilazaya çevrilir.Tiamin-pirofosfat Vit B1-in aktiv fizioloji forması olub, dekarboksilazanın prostetik qrup funksiyasını yerinə yetirir, karbohidrat mübadiləsində vacib rol oynayan piruvatın və ketoqlutar turşusunun metabolizmində iştirak edir. Vit B1 hüceyrələrin enerji mübadiləsində iştirak edir (Krebs sikli, asetilxolin sintezi və s.).

Vit B2 (riboflavin) toxuma tənəffüsünün və görmə həssaslığının katalizatorudur. Flavinmononukleotid (FMN) və flavinadenindinukleotid (FAD) riboflavinin aktiv formalarıdır. FAD və FMN oksidləşmə-reduksiya reaksiyalarında flavoproteinlər üçün koenzim funksiyasını yerinə yetirir. Riboflavin DNT-nin formalaşmasında əsas rol oynayır, hemoqlobin sintezində iştirak edir, toxumaların regenerasiya proseslərini təmin edir.

Vit B6 (piridoksin-hidroxlorid) maddələr mübadiləsində vacib rol oynayır. Mərkəzi və periferik sinir sisteminin fəaliyyətini normallaşdırır. Fosforil formalarda sinir toxumalarında fəaliyyət göstərən zəruri fermentlərin kofermentidir. Amin turşularının metabolizmində, katexolaminlərin, histaminin və dopaminin biosintezində, triptofanın nikotin turşusuna və serotoninə çevrilməsində iştirak edir.

Vit B12 (siankobalamin) nukleotidlərin sintezində, eritrositlərin və sinirlərin mielin qişasının formalaşmasında iştirak edir, orqanizmin inkişafı üçün çox vacibdir. Fol turşusunun  sintezi üçün zəruridir.

Nikotinamid toxuma tənəffüsündə, karbohidrat və yağ mübadiləsində, proteidlərin metabolizmində iştirak edən nikotinamidadeninnukleotid (NAD) və onun fosfatı (NADF) fermentlərinin komponentidir.

Vit A (retinol) bioloji aktivliyə malikdir, dəridə, qaraciyər toxumalarında və digər orqanlarda mübadilə proseslərini normallaşdırır. Opsin ilə birgə retinal rodopsini formalaşdırır. Rodopsin işığa adaptasiya proseslərində vacib rol oynayır və torlu qişanın işığahəssas piqment çubuqlarının biosintezi üçün zəruridir.

Vit D (xolekalsiferol) parathormon və kalsitoninin iştirakı ilə fosfor-kalsium mübadiləsini tənzim edir. Vit D uşaqlarda raxit simptomlarının və böyüklərdə osteomalyasiyanın qarşısını alır.

Vit E (tokoferol-asetat) antioksidant təsirə malikdir, hem və zülalların biosintezində, hüceyrə proliferasiyasında, toxuma tənəffüsündə və digər toxuma metabolizm proseslərində iştirak edir; eritrosit hemolizin qarşısını alır, kapillyarların yüksək keçiriciliyinin və davamsızlığının qarşısını alır. Vit E cinsiyyət vəzilərinin funksiyasına, sinir və əzələ toxumalarına müsbət təsir göstərir; qaraciyərdə  Vit A-nın toplanmasını təmin edir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-Vitamin çatışmazlığı və orqanizmin vitaminlərə yüksək tələbatı;

-Cərrahi əməliyyatdan əvvəl və sonrakı dövr;

-Mədə-bağırsaq pozğunluqları, xora, kolit;

-Polinevritlər, nevralgiyalar, periferik parez və ifliclər;

-Uzunmüddətli və ağır gedişli xəstəliklərdən sonra rekonvalessensiya dövrü;

-Ürək-damar, infeksion və dəri xəstəlikləri (kombinəedilmiş müalicə);

-Hamiləlik və laktasiya dövründə hipovitaminozların və vitamin çatışmazlığının müalicə və profilaktikası;

-Asteniya;

-Anemiya;

-Şüa xəstəliyi;

-Hipertireoz;

-Xroniki alkoqolizm;

-Göz xəstəlikləri (hemeralopiya, konyüktivit, keratit, irit, katarakta, buynuz qişanın xorası).

ƏKS GÖSTƏRİŞLƏR:

-Preparatın tərkibinə daxil olan hər hansı vitaminə qarşı hiperhəssaslıq;

-Hemofiliya;

-2 yaşa qədər uşaqlar;

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Demoton-T  0.9% -li fizioloji natrium-xlorid məhlulunda və ya 5%-li dekstroza məhlulunda həll olunub damcı üsulu ilə vena daxilinə yeridilir. Preparatın orta dozası  hər gün 1 ampul. Müalicə kursu  5-10 gün təşkil edir.

ƏLAVƏ TƏSİRLƏRİ: Adi dozalarda əlavə effektlər müşahidə edilmir. B qrup vitaminlərinə qarşı həssas olan xəstələrdə allergik reaksiyalar ola bilər, lakin preparatın qəbulu dayandırıldıqda, bu, keçib gedir. Yüksək dozalarda Vit A və Vit D hipervitaminozu əmələ gələ bilər.

BURAXILIŞ FORMASI: İnfuziya üçün məhlul , ampula 10 ml №1.Ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: Quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTİ: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Resept əsasında buraxılır

İSTEHSALÇI: DEMO S.A. Pharmaceutical Industry 21st km. Nat. Road, Athens  Lamia145 68 Athens, GREECE

 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost