|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
ABROLEN
Ana səhifə > Məhsullar > OTC > ABROLEN Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
ABROLEN

TƏRKİBİ:

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 30 mq Ambroksol-hidroxlorid vardır.

Köməkçi maddələr: hidroksietil sellüloza, sorbitol məhlulu, qliserol, benzoy turşusu, moruq aromatizatoru, propilenqlikol, tartat turşusu, təmizlənmiş su.

TƏSVİRİ: Zəif özlü, şəffaf və rəngsiz, moruq qoxulu şərbətdir.

FARMAKOTERAPEVTİK QRUPU: Abrolen mukokinetik ( epitelinin bəlğəmgətirici funksiyasını stimullaşdırır) və mukolitik xassələrə malikdir. O, traxeya-bronx ağacında sekretin hərəkətini asanlaşdırır, bu yolla bəlğəmin toplanmasını azaldır, nəticədə tənəffüs yaxşılaşır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Kəskin və xroniki bronxit  (emfizema, traxeobronxit, xroniki astmatik bronxit) tənəffüs yollarında bəlğəmi əritmək üçün köməkçi vasitə kimi. Preparat, həmçinin yuxarı abdominal nahiyədə aparılan cərrahi əməliyyatdan sonra tənəffüs sistemində baş verə biləcək fəsadların qarşısını almaq üçün təyin olunur. O, kəskin bronxit zamanı uyğun antibiotiklə birlikdə təyin olunmalıdır.

ƏKS GÖSTƏRİŞLƏR:

-Ambroksola və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.

 -Əgər Siz öskürək əleyhinə və ya atropinəbəzər təsir göstərən dərman vasitəsi qəbul edirsinizsə.

EHTİYAT TƏDBİRLƏRİ: Bronxial motor funksiyası pozulmuş (nadir hallarda bədxassəli tərpənməz kiprik sindromu) xəstələrə preparat, bronxların şirə ifrazının ləngiməsi təhlükəsi olduğuna görə ehtiyatla təyin olunur.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ: Abrolen hamiləlik müddətində, xüsusilə birinci trimestrdə qəbul olunmamalıdır. Preparat ana südünə nüfuz etdiyi üçün laktasiya dövründə istifadə olunmamalıdır.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ TƏSİRİ: Abrolen öskürək əleyhinə istifadə olunan digər preparatlarla kombinə edilməsi öskürək refleksinin tormozlanması nəticəsində bronxial şirə ifrazının təhlükəli dərəcədə ləngiməsinə səbəb ola bilər. Kombinəedilmiş müalicə üçün təyinatı ehtiyatla qiymətləndirilməlidir. Abrolen paralel olaraq antibiotiklərlə birlikdə istifadə olunduqda onların, xüsusilə-amoksisillinin, sefuroksimin, ampisillinin, doksisillinin və eritromisinin bronxial sekretə və bronxların selikli qışasına nüfuz etməsini gücləndirir. Bronxit sindromunun müalicəsi üçün istifadə olunan digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə hec bir məlumat yoxdur.

NƏQLİYYAT VASİTƏLƏRİNİ VƏ DİGƏR POTENSİAL TƏHLÜKƏLİ MEXANİZMLƏRİ İDARƏETMƏ QABİLİYYƏTİNƏ TƏSİRİ: Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Preparat yeməkdən əvvəl qəbul olunur. Böyüklərə və 12 yaşdan böyük uşaqlara: gündə 2 dəfə 1-2 ölçü qaşığı (iki bərabər hissəyə bölünməklə gündə 60-120 mq). Bu doza rejimi tənəffüs sisteminin kəskin pozğunluğunda və kəskin xroniki vəziyyətlərin müalicəsinin başlanğıcı üçün ( 10 günə qədər davam edə bilər) təyin olunur. Uzunmüddətli istifadə üçün təyin olunduqda doza yarıya qədər azaldıla bilər.

5-12 yaş arası uşaqlar: gündə 2-3 dəfə ½ ölçü qaşığı.

2-5 yaş arası uşaqlar: gündə 3 dəfə ¼ ölçü qaşığı.

2 yaşa qədər uşaqlar: gündə 2 dəfə ¼ ölçü qaşığı.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda:

-mədə-bağırsaq traktına ürəkbulanma və abdominal ağrı.

-allergik reaksiyalar dəri səзgisi, üzün şişməsi, ağır tənəffüs çatışmazlığı, temperaturun titrətmə ilə müşaiyət olunan yüksəlməsi baş verə bilər.

Preparat, tərkibində olan sorbitol və qliserolun hesabına işlədici təsir göstərə bilər.

DOZA HƏDDİNİN AŞILMASI: Doza həddinin aşılması zamanı ürəkbulanma, qusma, udlağa qan axını, mədə və abdominal nahiyədə ağrı müşahidə oluna bilər. Çox nadir hallarda arterial təzyiqin aşağı düşməsi baş verə bilər. İntoksikasiya zamanı ilk yardım kimi qusma törədilir və maye (çay, süd) qəbul edilir. Əgər Abrolen 1-2 saat əvvəl qəbul edilmişdirsə, mədə yuyulur. Xəstə monitorinq altında olmalıdır. Abrolen sürətləndirilmiş diurez və hemodializ vasitəsilə orqanizmdən xaric olmur.

BURAXILIŞ FORMASI: 125 ml şərbət, kəhrəba rəngli şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTİ: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Şərbətin şəffaflığında gözlə görünən dəyişiklik olarsa, onu istifadə etmək olmaz.

APTEKDƏN BURAXİLMA ŞƏRTİ: Resept əsasında buraxılır.

İSTEHSALÇI: Specifar S.A. 1,28 Octovriou küç. Ag Varvara 123 51 Yunanıstan.


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost