|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
NEO-ENTEROSOL
Ana səhifə > Məhsullar > OTC > NEO-ENTEROSOL Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
NEO-ENTEROSOL

TƏRKİBİ:

Təsiredici maddə: 1 kapsulda 2 mq Loperamid-hidroxlorid vardır.

Köməkçi maddələr: laktoza monohidrat, maqnezium-stearat, titan 4-oksid (E 171), koşenil qırmızı A (E 124), brilliant yaşılı (E 133), natrium lauril sulfat, jelatin, təmizlənmiş su.

TƏSVİRİ: Neo-Enterosol kapsullarının qapağı qırmızı, gövdəsi ağ rəngdədir. Kapsulun möhtəviyyatı ağ, iysiz tozdur.

FARMAKOTERAPEVTİK QRUPU: Diareya əleyhinə dərman vasitəsi

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Neo-Enterosol böyüklərdə və 9 və ondan yuxarı yaşı olan uşaqlarda qəflətən baş verən qısamüddətli (kəskin) diareyanın və böyüklərdə uzun müddət davam edən (xroniki) diareyanın müalicəsi üçün istifadə olunur. O nəcis kütləsinin bərkiməsinə və defekasiya aktı tezliyinin azalmasına səbəb olur.

ƏKS GÖSTƏRİŞLƏR:

-Loperamidə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.

-9 yaşa qədər yaş dövrü.

-əgər həkiminiz Sizdə mədə-bağırsaq sisteminin hərəki fəaliyyətinin zəif olduğunu bildirmişdirsə, o zaman Neo-Enterosol qəbul etməkdən çəkinmək lazımdır. Məsələn:

.qəbizlik

.qarında köp (xüsusilə ağır dehidratasiyası olan uşaqlarda və ya QİÇS-li Pasiyentlərdə)

.bağırsağın iltihabı (kolitin hər hansı forması).

Kəskin dizenteriya (əlamətləri: nəcisdə qanın olması və yüksək temperatur) zamanı Neo-Enterosol qəbul etmək olmaz.

 Əgər yuxarıda göstərilənlərə aid hər hansı şübhə olarsa həkimə müraciət edilməlidir.

EHTİYAT TƏDBİRLƏRİ: Əgər Siz qaraciyər xəstəliyindən əziyyət çəkirsinizsə, Neo-Enterosol etməzdən əvvəl bu barədə həkiminizə məlumat verin.  Ola bilər ki, Sizin daha diqqətli müayinəyə ehtiyacınız olsun və ya dozanın dəyişdirilməsi lazım gəlsin.

Neo-Enterosol yalnız diareyanın simptomatik müalicəsi üçün istifadə olunur. Əgər Sizdə diareya baş vermişdirsə, o zaman Siz çoxlu miqdarda maye və duz itirəcəksiniz. Siz itirdiyiniz mayenin yerini doldurmaq üçün çoxlu miqdarda maye qəbul etməlisiniz. Bu, xüsusilə uşaqlar üçün vacibdir. Həkiminiz Sizə itirdiyiniz maye və düz müqabilində diareyanın davam etdiyi müddətdə tərkibində şəkər və duzlar olan (oral rehidratasiyaedici müalicə) xüsusi toz təyin edə bilər.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:  Əgər Siz hamiləsinizsə və ya buna şübhəniz varsa və ya hamilə olmağı planlaşdırırsınızsa, o zaman Neo-Enterosol qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşməniz lazımdır. Laktasiya dövründə Neo-Enterosol qəbul etmək olmaz, belə ki, preparat az miqdarda ana südünə nüfuz edir. Siz uyğun müalicə barədə həkiminizlə məsləhətləşməlisiniz.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Hər hansı dərman vasitəsinin qəbul edilə biləcəyinə əmin olmaq üçün həkiminizlə və ya əczaçı ilə məsləhətləşin, belə ki, Neo-Enterosol qəbul etməzdən əvvəl diareya əleyhinə digər preparat qəbul olunmamalıdır (oral rehidratasiyaedici müalicə istisna olmaqla).

NƏQLİYYAT VASİTƏLƏRİNİ VƏ DİGƏR POTENSİAL TƏHLÜKƏLİ MEXANİZMLƏRİ İDARƏETMƏ QABİLİYYƏTİNƏ TƏSİRİ: Əgər preparatı qəbul etdikdən sonra başgicəllənmə, yorğunluq və ya yuxuyameyllik hiss etsəniz nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edən zaman ehtiyatlı olmalısınız.

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Təyin olunmuş sayda kapsul bütöv şəkildə müəyyən qədər maye ilə qəbul edilir. Hər zaman preparatın üzərində olan etiketi oxuyun və həkiminizin göstərişlərinə diqqətlə əməl edin. Əgər nə barədəsə əmin deyilsinizsə, əczaçıdan soruşun. Neo-Enterosolun Sizə lazım olan dozası Sizdə diareyanın qəflətən, kəskin və ya xroniki olmasından asılıdır.

Kəskin diareya:

Böyüklərə: 5 gün müddətində, başlanğıcda 2 kapsul, sonra isə hər diareya epizodunda 1 kapsul qəbul edilir. Heç vaxt 24 saat ərzində 8 kapsuldan artıq qəbul etməyin.

9-12 yaşlı uşaqlara: Diareyaya nəzarət edilənə qədər və ya 5 gün müddətində gündə 4 kapsul, heç vaxt bu dozadan artıq qəbul olunmamalıdır.

4-8 yaşlı uşaqlara: Bu yaş qrupu üçün kapsul tövsiyə olunmur.

Əgər Neo-Enterosolun ilk dozasını qəbul etdikdən sonra 2 gün müddətində diareyanın əlamətlərində yaxşılaşma baş verməzsə, Siz yenidən həkimə müraciət etməlisiniz. Diareyanın səbəbini aydınlaşdırmaq üçün həkiminiz əlavə olaraq Sizi müayinə edə bilər.

Xroniki deiareya:

YALNIZ böyüklərə: həkiminiz Sizə neçə dəfə Neo-Enterosol qəbul etmək lazım olduğunu söyləyəcək. Başlanğıc doza çox güman ki, fərdi tələbatdan asılı olaraq, bərabər dozalara bölünmüş 2 və 4 kapsul arasında olacaqdır. Heç vaxt 24 saat ərzində 8 kapsuldan artıq qəbul etməyin.

Uşaqlara: TÖVSİYƏ OLUNMUR.

ƏLAVƏ TƏSİRLƏRİ: Bütün dərman vasitələrində olduğu kimi, Neo-Enterosoldan istifadə zamanı bəzi hallarda əlavə təsirlər meydana çıxa bilər. Neo-Enterosol qəbul etdikdən sonra nadir hallarda aşağıdaki əlamətlər müşahidə oluna bilər: qarın nahiyəsində spazm (sancı), ürəkbulanma hissi, qusma, dispepsiya, qəbizlik, yorğunluq, yuxuyameyllik, başgicəllənmə, ağızda quruluq və məxmərək səpgisi də daxil olmaqla dəri reaksiyaları. Neo-Enterosola qarşı allergik reaksiyalar çox nadir hallarda baş verir. Allergik reaksiya, məs., dəri səpgiləri qaşınma ilə, tənəffüsün qısa olması və üzün şişməsi ilə özünü birüzə verə bilər. Əgər bu əlamətlərdən hər hansı biri meydana çıxarsa Neo-Enterosolun qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır. Ağır köp və ya bağırsağın hərəki fəaliyyətinin azalması və ya sidiyəgetmənin çətinləşməsi ( sidiyin gəlməməsi) barədə məlumatlar vardır. Əgər bunlar baş verərsəNeo-Enterosolun qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır. Əgər Sizin dərman vasitəsi hər hansı başqa cür təsir göstərirsə bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

DOZA HƏDDİNİN AŞILMASI: Doza həddinin aşılması baş verərsə, bu zaman yubanmadan həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxanaya müraciət edin.

BURAXILIŞ FORMASI: 6 kapsul, blisterdə. 3 blister (18 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ: 25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

YARARLILIQ MÜDDƏTİ: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Preparatın görünüşündə gözlə görünən dəyişiklik olarsa, onu istifadə etmək olmaz.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Resept ilə buraxılır.

İSTEHSALÇI: Specifar S.A. 1,28 Octovriou küç. Ag Varvara 123 51 Yunanıstan.


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost