|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
KAMAGRA
Ana səhifə > Məhsullar > OTC > KAMAGRA Birinci məhsul Əvvəlki məhsul
KAMAGRA

TƏRKİBİ: Sildenafil 100mg

FARMAKOLOJİ TƏSİRİ: Ereksiya pozulmalarının müalicəsi üçün preparat. Sildenafil sitrat 5-ci tip sQMF spesifik fosfodiestrazanın (FDE5) güclü və spesifik inhibitorudur. Cinsiyyət üzvünün fizioloji ereksiya mexanizmi seksual stimulyasiya zamanı kavernalı cisimdə azot oksidin azad edilməsindən asılıdır. Azot oksid quanilatsiklaza fermentini aktivləşdirir. Bu da tsiklik quanozinmonofosfatın səviyyəsinin artmasına, kavernal cismin saya əzələlərinin boşalmasına və cinsiyyət üzvündə qan axınının artmasına səbəb olur. Seksual oyanma vaxtı, sildenafilin təsirindən, lokal olaraq NO azad olunması nəticəsində kavernal cisimdə FDE 5-in təsiri azalır və sQMF-in səviyyəsi artır. Bunun nəticəsində saya əzələlərinin boşalması baş verir və kavarnoz cisimdə qan axını artır. Seksual stimulyasiya olmadıqda sildenafilin istifadəsi effektsizdir. 100 mq dozasında, sildenafil spermatazoidlərin hərəki aktivliyinə və morfologiyasına təsir etmir.

FARMAKOKİNETİKA: Sildenafilin farmakokinetikası qəbul olunmuş dozadan asılıdır. Qəbuldan sonra sildenafil tez sorulur. Preparatın biomənimsənilməsi 41% təşkil edir. Preparatın Cmax-i 30 dəqiqədən sonra müşahidə olunur. Sildenafil yağlı qida ilə qəbul olunduqda sorulma sürəti və Cmax azalır. Sildenfil qanın plazmasının zülalları ilə birləşməsi 96% təşkil edir. Qanın zülalları ilə birləşməsi sildenafilin konsentrasiyasından asılı deyil. Preparat qara ciyərdə metabolizmə uğrayır. Əsas metabolit sonraki metabolizmə uğrayır. Metabolitin selektiv təsiri sildenafillə eynidir, onun «in vitro »  təsiri isə sildenafilin təsirinin 50%-i təşkil edir. Metabolitin qanın plazmasında konsentrasiyası sildenafilin konsentrasiyasının 40%-i təşkil edir. Terminal T ½ 4 saata bərabərdir.

GÖSTƏRİŞLƏR: Cinsi aktın təmin olunması üçün lazım olan, cinsiyyət üzvünün ereksiyasının baş verməməsi və ya ereksiyanın saxlanılması ilə xarakterizə olunan ereksiya pozulmaları.

DOZALANMA REJİMİ: Preparat daxilə qəbul olunur. Bir çox pasientlərə məsləhət görülən doza 50 mq-dır. Preparat lazım olduqda cinsi aktdan 1 saat əvvəl qəbul olunur. Preparatın dozası 100 mq-a çatdırıla bilər, həmçinin 25 mq-a qədər azaldıla bilər. Preparatı gündə 1 dəfə qəbuı etmək məsləhət görülür.

ƏLAVƏ TƏSİRLƏRİ: Sildenafil qəbul edən xəstələrin 1-5%-də əlavə təsirlər müşahidə olunur: baş ağrısı, dispepsiya, asteniya, qarın ağrısı, bel ağrısı, qripə bənzəyən sindrom, diareya, ürəkbulanma, oynaq ağrıları, əzələ ağrıları, baş gicəllənməsi, yuxusuzluq, səpmə, prostat vəzinin funksiyasının pozulması.

ƏKS GÖSTƏRİŞLƏR: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, azot oksidin donatorlarını müntəzəm və ya daim qəbul edən xəstələr: sildenafil nitratların hipotenziv təsirini artırdığı üçün nitratları hər hansı bir formada qəbul edən xəstələr.

XƏBƏRDARLIQ: 65 yaşdan yuxarı şəxslərdə, ağır böyrək və qara ciyər çatmamazlığı olan xəstələrdə, P450 3A4 sitoxrom inhibitorları (eritromisin, sankavir və s.) qıbul edən xəstələrdə sildenafilin qandakı konsentrasiyası artır. Bu hal sildenafilin təsirinin, həmçinin əlavə təsirlərinin yaranma ehtimalını artırır. Bu qrup xəstələrdə məsləhət görülən başlanğıc doza 25 mq-dır. Preparat 18 yaşdan aşağı şəxslərdə istifadə üçün nəzərdə tutlmayıb.

XÜSUSİ GÖSTƏRİŞLƏR: Ürək xəstəlikləri zamanı seksual aktivlik müəyyən risk təşkil edir. Kliniki müayinələr zamanı sildenafil qan təzyiqinin aşağı düşməsi ilə müşahidə olunan vazodilitativ təsir göstərib. Bu effekt bir çox xəstədə cuzi təsir göstərir və ya heç təsir göstərmir.  Sol mədəciyin çıxış traktının obstruksiyası, həmçinin qan təzyiqinin avtonom kontrol funksiyasının pozulması ilə müşahidə olunan xəstəliklər zamanı vazodilitatorlara qarşı həssaslıq artır. Ereksiya pozulmaları zamanı istifadə olunan  preparatları cinsi üzvün anatomik deformasiyası zamanı və priapizm yaranması təhlükəsi olan xəstəliklər zamanı ehtiyyatla istifadə etmək lazımdır.

DOZA HƏDDİNİN AŞILMASI: Preparatın tədqiqi zamanı, xəstələr birdəfəlik doza olaraq 800 mq sildenafil qəbul etdikdə, əlavə təsirlər daha tez baş vermişdir. Həddən artıq dozalanma müşahidə olunarsa simptomatik müalicə aparılmalıdır. Dializ sildenafilin klirensini artırmır.

DİGƏR DƏRMAN PREPARATLARI İLƏ QARŞILIQLI TƏSİRİ: CYP 3A4 inhibitorları (ketakonazol, eritromisin, simetidin) sildenafil ilə eyni vaxtda qəbulu preparatın klirensini azaldır. Tolbutamid, varfarin, tritsiklik antidepressantlar, tiazidlər, tiazid tipli diuretiklər, APF inhibitorları, kalsium  antaqonistləri, həmçinin azitromisin sildenafilin farmakokinetik parametrlərinə təsir göstərmirlər. Sildenafil nitratların hipotenziv təsirini artırır. Sildenafil etanolun hipotenziv təsirini artırmır. Sildenafil amlodipinin farmakoloji xüsusiyyətlərinə təsir göstərmir.

SAXLANMA QAYDASI: 15-30°C  temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost