|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
ALCEBA
Ana səhifə > Məhsullar > Sinir sistemi > ALCEBA Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
ALCEBA

TƏRKİBİ: Memantin-hidroxlorid 10 mq (8,31 mq memantinə ekvivalent)

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ: Alçeba NMDA-reseptorlarının qeyri konkurent antaqonistidir, qlutamatergik sistemə modulyasiya edici təsir göstərir.Alçeba NMDA-reseptorlarına təsir edərək, sinir hüceyrələrinin membranından ionların daşınmasını tənzimləyir, kalsium kanallarını blokadaya alır, membran potensialını normallaşdırır, sinir impulslarının ötürülməsini, koqnitiv funksiyaları, yaddaşı və öyrənmə qabiliyyətini yaxşılaşdırır, gün ərzində aktivliyi yüksəldir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- Demensiyalar (Alsheymer tipli demensiya, damar və qarışıq tipli demensiyaların bütün ağırlıq dərəcələri);

- yaddaş, diqqət və öyrənmə qabiliyyətinin zəifləməsi;

- kəllə-beyin zədələnmələri, dağınıq skleroz, insult nəticəsində meydana çıxan serebral və spinal spastik sindrom.

ƏKS GÖSTƏRİŞLƏR: Memantin-hidroxloridə və ya Alçebanın tərkibində olan hər hansı digər komponentə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü, böyrəklərin funksional pozğunluğu, 18 yaşdan aşağı yeniyetmələr və uşaqlar.

ƏLAVƏ TƏSİRLƏRİ: Baş ağrısı, başgicəllənmə, hallüsinasiyalar, həyacan, halsızlıq.

EHTİYAT TƏDBİRLƏRİ: Epilepsiya, tireotoksikoz və ya miokard infarktı mövcuddursa həkim müalicəyə əsaslı şəkildə nəzarət etməli və müalicənin klinik faydalarını müntəzəm şəkildə qiymətləndirməlidir.

Amantadin (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunur), ketamin (anestetik kimi istifadə olunur), dekstrometorfan (öskürəyi müalicə etmək üçün istifadə olunur) və digər NMDA-antaqonistləri ilə eyni zamanda istifadəsi məsləhət görülmür.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

I həftə

II həftə

III həftə

IV həftə

səhər

səhər + günorta

səhər + günorta

səhər + günorta

1/2 həb

1/2 həb + 1/2 həb

1 həb + 1/2 həb

1 həb + 1 həb

        

 

 

 

Məsləhət görülən gündəlik dəstəkləyici doza 20 mq və ya 40 damcıdır. Preparatın qəbulu axşam yeməyinə qədər məsləhət görülür. Lazımi effekti əldə etmək üçün dərman vasitəsini müntəzəm şəkildə hər gün eyni vaxtda qəbul etmək məsləhətdir.

DOZA HƏDDİNİN AŞILMASI: Simptomatik müalicə.

BURAXILIŞ FORMASI: 100 örtüklü həb №30

İSTEHSALÇI: HELBA / TÜRKİYYƏ


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost