|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
TANELEB
Ana səhifə > Məhsullar > Ürək-qan damar sistemi > TANELEB Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
TANELEB

TƏRKİBİ:

Təsiredici maddə: Bir tabletin tərkibində 5,45 mq Nebivolol-hidroxloridə ekvivalent miqdarda 5 mq Nebivolol vardır.

Köməkçi maddələri: laktoza monohidrat, A tip krospovidon, poloksamer 188, povidon K 30, mikrokristallik sellüloza, maqnezium-stearat.

TƏSVİRİ: 5 mq-lıq ağ rəngli, yumru, ikitərəfli qabarıq, bir tərəfində bölücü xətti olan təxminən 9 mm diametrli tabletlərdir.

FARMAKOTERAPEVTİK  QRUP: Kardioselektiv beta-blokator.

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ: Taneleb® tərkibi Nebivololdan ibarət selektiv β-blokator olub, qan damarlarını genişləndirir (vazodilatator).

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Taneleb® yüksəlmiş qan təzyiqini (hipertenziya) aşağı salmaq üçün istifadə olunur. Taneleb®, həmçinin, yaşı 70 və yuxarı olan xəstələrdə xroniki ürək çatışmazlığının müalicəsi üçün istifadə olunur.

ƏKS  GÖSTƏRİŞLƏR:

-Sizdə Nebivolol və ya Taneleb® -in digər inqrediyentlərinə qarşı allergiya (həddən çox həssaslıq) varsa;

-Sizin qan təzyiqiniz aşağıdırsa (sistolik, yaxud “yuxarı” qan təzyiqiniz 90 mm. c. st.-dan aşağıdırsa);

-Sizin qollarınız və ayaqlarınızda qan təchizatı zəifdirsə;

-Sizin ürək vurğularınızın tezliyi aşağıdırsa (bu preparatı qəbul etməyə başlamazdan əvvəl ürək vurğularınız 60 vurğu/dəqiqə sayından azdırsa);

-Sizdə ürəyin keçirici sistemində patologiya aşkar edilibsə (məsələn, sinus ritminin zəifliyi, yaxud atrioventrikulyar blokada) və sizdə fəaliyyət göstərən peysmeker yoxdursa;

-Sizdə kəskin ürək çatışmazlığı, nə zamansa keçirdiyiniz kardiogen şok olubsa, yaxud hal-hazırda Sizə ürək fəaliyyətini yaxşılaşdırmaq üçün venadaxili infuziya olunursa;

-Sizdə ağır tənəffüs çatışmazlığı və ya xırıltılar varsa;

-Sizdə feoxromositoma adlandırılan böyrəküstü vəzin şişi varsa;

-Sizdə ağır qaraciyər çatışmazlığı, yaxud qaraciyər funksiyasının patologiyası varsa;

-Sizdə metabolik asidoz varsa (belə ki, şəkərli diabeti olan xəstələrdə qanda şəkər həddən çox qalxmışsa və qanın mühiti turşuluğa tərəf çox dəyişmişsə);

-Siz, həmçinin, tərkibində floktafenin, yaxud sultoprid olan dərman preparatları qəbul edirsinizsə;

18 yaşdan aşağı yaş hədlərində istifadəsi tövsiyə olunmur.

EHTİYAT  TƏDBİRLƏRİ:

Əgər Sizdə aşağıda təsvir olunan  hallardan hər hansı biri baş verərsə, o zaman xüsusi tədbirlər görülməlidir:

-Ürək çatışmazlığı (uşağın ehtiyacını ödəyəcək qədər qanın ürək tərəfindən təchiz edilməməsi);

-Ürəyinizdə yüngül (birinci dərəcəli) atrioventrikulyar blokada;

-Koronar arteriyaların spazmı nəticəsində döş qəfəsində ağrılar (Prinsmetal stenokardiyası, yaxud variant stenokardiyası);

-Qollarınız və ayaqlarınızda qan təchizatının zəifləməsi, məsələn, yeriyərkən qıcolmaya oxşar ağrıların baş verdiyi Reyno xəstəliyi, yaxud sindromu; 

-Uzun sürən tənəffüs problemləri;

-Şəkərli diabet: Taneleb® qanda olan şəkərin miqdarına heç bir təsir göstərmir, amma şəkərin aşağı olması zamanı meydana çıxacaq əlamətləri (məsələn, titrəmə, ürəkdöyünmə) gizlədə bilər;

-Qalxanabənzər vəzinin hiperfunksiyası. Taneleb® bu vaxt ortaya çıxacaq qeyri-normal tezliyi artmış ürək vurğularını gizlədə bilər;

-Allergiya, belə ki, allergik reaksiya çox güclü şəkildə meydana çıxa bilər və onun müalicəsi üçün çoxlu sayda dərman preparatları lazım gələ bilər;

-Psoriaz adlanan dəri xəstəliyi zamanı dərinin vəziyyətini Taneleb® daha da pisləşdirə bilər;

-Kontakt linzaların taxılmasında, Taneleb® gözyaşı ifrazını zəiflətdiyi üçün, gözlər bir qədər quruya bilər;

Bütün bu hallarda həkiminiz Sizin müalicənizə düzəliş etməli, yaxud Sizi daha tez-tez yoxlamalıdır.

Əgər Sizin əməliyyat olunmağa və anesteziyaya ehtiyacınız varsa, bu preparatı qəbul etməyiniz barəsində cərraha və ya diş həkiminə deməyiniz vacibdir.

Əgər Sizdə böyrək problemi varsa, bu preparatı ürək çatışmazlığı üçün qəbul etməyin və həkiminizi bu haqda məlumatlandırın.

Bu preparatın tərkibində laktoza vardır və əgər həkiminiz Sizdə bəzi şəkərlərə qarşı həssaslıq olduğunu deyibsə, bu dərmanı qəbul etməzdən əvvəl ona bu barədə məlumat verin.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Taneleb®, əgər həkim tərəfindən təyin olunmayıbsa, hamiləlik zamanı qəbul edilməməlidir. Taneleb®  qəbulu zamanı ana südü ilə qidalandırma məsləhət görülmür.Hər hansı bir preparatı qəbul etməzdən əvvəl həkiminizlə, yaxud  əczaçı ilə məsləhətləşin.

NƏQLİYYAT  VASİTƏLƏRİNİ  VƏ POTENSİAL  TƏHLÜKƏLİ  MEXANİZMLƏRİ  İDARƏETMƏ  QABİLİYYƏTİNƏ  TƏSİRİ: Nəqliyyat vasitələrinin və texnikanın idarə olunması zamanı bu preparatın təsiri tədqiq edilməmişdir. Bu preparat qan təzyiqini aşağı saldığından başgicəllənmə və ya bayılmaya səbəb ola bilər. Əgər bu baş verərsə, O ZAMAN AVTOMOBİLİ VƏ YA TEXNİKANI İDARƏ ETMƏYİN.  Belə hal çox vaxt ilkin doza təyini və ya dozanın artırılması zamanı olur.

DİGƏR  DƏRMAN  VASİTƏLƏRİ  İLƏ  QARŞILIQLI  TƏSİRİ: Əgər Siz reseptsiz əldə etdiyiniz, ot dərmanları, eləcə də güclü təsirə malik vitaminlər və minerallar qəbul edirsinizsə və ya bu yaxınlarda qəbul etmisinizsə, bu haqda həkiminizi və ya əczaçını xəbərdar edin.

Həmişə Taneleb®-ə əlavə olaraq aşağıda yazılan preparatları qəbul etməyiniz barəsində həkiminizi və ya əczaçını məlumatlandırın:

-Diltiazem, yaxud verapamil (yüksək qan təzyiqi və digər ürək problemləri zamanı tətbiq olunur). Taneleb® -lə müalicə zamanı verapamil vena daxilinə inyeksiya olunmamalıdır.

-Yüksək qan təzyiqinin endirilməsi üçün istifadə olunan amlodipin, felodipin, lasidipin, nifedipin, nikardipin, nimodipin və nitrendipin kimi kalsium kanallarının blokatorları adlanan preparatlar.

-Antihipertenziv preparatlar, yaxud döş qəfəsində ağrının müalicəsi üçün istifadə olunan üzvi nitratlar.

-Yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan klonidin, quanfasin, moksonidin, metildofa, rilmenidin.

-Ürək aritmiyalarında (qeyri-ritmik ürək vurğuları) istifadə olunan xinidin, hidroxinidin, amiodaron, sibenzolin, flekainid, dizopiramid, lidokain, meksiletin, propafenon.

-Trisiklik antidepressantlar (depressiyaya qarşı), fenotiazinlər (psixoza qarşı), barbituratlar (epilepsiyaya qarşı).

-Şəkərli diabetə qarşı preparatlar (insulin və oral hipoqlikemik preparatlar).

-iqoksin və ya digər üskükotu qlikozidləri (ürək çatışmazlığının müalicəsi üçün).

-Ağrı və iltihabı aradan qaldırmaq üçün qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) istifadə edilirsə, asetilsalisil turşusunun  tromb əleyhinə kiçik dozaları (məsələn, 50-100 mq) Taneleb® -lə bir vaxtda təhlükəsiz qəbul edilə bilər.

-Astma əleyhinə preparatlar, burun tutulması, yaxud qlaukoma (gözdaxili təzyiqin artması) kimi göz patologiyalarında, eləcə də göz bəbəyinin genişləndirilməsi üçün istifadə olunan dərmanlar.

-Anesteziya zamanı: anestezioloqu Taneleb® qəbul etməyiniz haqda məlumatlandırın.

-Simetidin (mədənin artmış turşuluğunun müalicəsi üçün) – qəbulunu antasid bir preparat kimi qida qəbulları arasında, Taneleb® -i isə qida qəbulu zamanı qəbul edin.

-Nebivololun metabolizminə təsir edən preparatlar, məsələn, terbinafin (göbələk, yaxud kandida göbələyi infeksiyaları əleyhinə), bupropion (siqareti tərgitmək üçün), xloroxin (malyariya, yaxud revmatoid artrit əleyhinə), levomepromazin (psixozlar üçün), paroksetin, fluoksetin, tioridazin (depressiya əleyhinə).

-Amifostin (kimyəvi və ya şüa müalicəsi zamanı qoruyucu preparat kimi istifadə olunur).

-Baklofen (əzələ relaksantı).

-Meflokin (malyariya əleyhinə).

İSTİFADƏ  QAYDASI  VƏ  DOZASI: Taneleb® 5 mq tabletləri qida qəbulundan əvvəl, sonra  və qida qəbulu zamanı, eləcə də qida ilə əlaqəsi olmadan ayrılıqda qəbul edilə bilər. 1 tablet, yaxud onun yarısı bir qədər su və ya digər  maye ilə qəbul edilməlidir.

Taneleb® tabletini həmişə həkiminiz təyin etdiyi kimi qəbul edin. Əgər Siz qəbul edilmə qaydasına əmin deyilsinizsə, onda həkiminizlə, yaxud əczaçı ilə əlaqə saxlayın.

Qan təzyiqinin yüksəlməsi (hipertenziya) zamanı qəbulu:

-Adətən, gündəlik doza 1 tabletdir.

-Yaşlı və böyrək problemi olan xəstələr, adətən, gündəlik ½ tablet qəbulu ilə müalicəyə başlamalıdırlar.

-Tam effekti 4 həftəyə qədər müddət keçdikdən sonra başlayır.

Xroniki ürək çatışmazlığının müalicəsi zamanı qəbulu:

-Sizin müalicə təcrübəli həkim tərəfindən başlanmalı və nəzarət olunmalıdır.

-Həkiminiz müalicəni  gündəlik doza olaraq  ¼  tabletlə başlamalıdır. Dozanı 1-2 həftədən sonra  gündəlik  ½ tabletə, sonra 1 tabletə daha sonra isə gündəlik 2 tabletə qədər artırmaqla Sizin üçün düzgün doza seçilməlidir.

-Maksimal gündəlik doza 10 mq (2 tablet) məsləhət görülür.

-Siz müalicə başlanandan və hər dəfə doza artırıldıqdan sonra 2 saat ərzində təcrübəli həkim tərəfindən nəzarətdə olmalısınız.

-Əgər ehtiyac olarsa, həkiminiz dozanı azalda bilər, amma Siz dərmanın qəbulunu birdən-birə dayandırmamalısınız, belə ki, bu, ürək çatışmazlığını pisləşdirə bilər.

-Ciddi böyrək problemləri olan xəstələr bu preparatı qəbul etməməlidir.

Bu preparatı gündə bir dəfə və yaxşı olar ki, eyni vaxtda qəbul edəsiniz.

Sizin həkiminiz səhhətinizə müvafiq olaraq bu preparatı digər dərmanlarla kombinə etmək qərarı verə bilər.

Taneleb® -in uşaqlara və yeniyetmələrə təyini məsləhət deyil.

Əgər Taneleb® qəbul etməyi yaddan çıxarmışsınızsa:

Əgər bu preparatı qəbul etməyi yaddan çıxarmışsınızsa, lakin qısa zaman müddətindən sonra bu yadınıza düşübsə, növbəti dozanı vaxtında qəbul etmək lazımdır. Ancaq bu uzun zaman müddətində olarsa (məsələn, bir gün), onda yaddan çıxan dozanı buraxaraq növbəti dozanı sabahı gün həmişəki vaxtında qəbul edin. Unudulan dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin.  Dozanın təkrar buraxılaraq qəbul edilməməsindən uzaq olun.

Əgər Siz Taneleb® qəbulunu dayandırmışsınızsa:

Əvvəlcədən həkiminizlə məsləhətləşməmiş Taneleb® -in qəbulunu dayandırmayın. Əgər bu preparatın qəbulu  birdən dayandırılarsa, xəstədə təhlükəli əlamətlər meydana çıxa bilər. Bu, xüsusilə, stenokardiyası olanlarda özünü daha qabarıq şəkildə biruzə verir.

Əgər bu preparatın qəbulu ilə əlaqədar hər hansı bir sualınız olarsa, həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın.

ƏLAVƏ  TƏSİRLƏRİ: Digər dərman preparatları ilə olduğu kimi, Taneleb® qəbul olunduqda da əlavə təsirlər meydana çıxa bilər (baxmayaraq ki, hər bir kəsdə bu təsirlər rast gəlmir).

Qan təzyiqi yüksək olan xəstələrdə ən çox rast gələn əlavə təsirlər (rastgəlmə tezliyi 1/10-dan az, 1/100-dən çoxdur ) aşağıdakılardır:

-Baş ağrısı

-Başgicəllənmə

-Yorğunluq

-Qeyri-adi qaşınma, yaxud keyləşmə hissi

-İshal

-Qəbizlik

-Ürəkbulanma

-Təngnəfəslik

-Əl və ayaqların şişməsi

Qan təzyiqi yüksək olan xəstələrdə az rast gələn əlavə təsirlər (rastgəlmə tezliyi 1/100-dən az, 1/1000-dən çoxdur) aşağıdakılardır:

-Ürək vurğularının tezliyinin azalması və ya xəstənin ürəklə əlaqədar digər şikayətləri

-Aşağı qan təzyiqi

-Qeyri-normal görmə

-İmpotensiya (ereksiya çətinliyi)

-Depressiya

-Həzmin pozulması, mədə və bağırsaqlarda qaz toplanması

-Qusma

-Dəri qaşınması

-Nəfəsalmada çətinlik, sıxılma, xırıltılar

-Qorxulu yuxular

-Xroniki ürək çatışmazlığı ilə əlaqədar aparılan klinik tədqiqatlarda rast gələn əlavə təsirlər ürək vurğularının azalması, başgicəllənmə, ürək çatışmazlığının pisləşməsi, aşağı qan təzyiqi (tez ayağa qalxarkən bayılma hissi kimi), preparata uyğunlaşa bilməmək, qeyri-ritmik ürək vurğusu və ödemlər (şişmiş topuq kimi) kimi təsirlərdən ibarət olmuşdur.

Çox nadir hallarda rast gələn əlavə təsirlər (1/10000-dən az ):

-Bayılma

-Angioödemlər: üzün və ətrafların dərisinin, dodaqların, dilin şişməsi; eləcə də boğazın selikli qişası və tənəffüs yollarının ödemi nəticəsində tənəffüsün və ya udmanın  çətinləşməsi baş verərsə, tez bir zamanda həkiminizlə əlaqə yaradın.

-Psoriazın kəskinləşməsi.

Əgər əlavə təsirlərdən hər hansı biri daha ciddi şəkil alarsa, yaxud yuxarıda adı çəkilməyən bir əlavə təsirlə rastlaşsanız, həkimə, yaxud əczaçıya məlumat verin.

DOZA  HƏDDİNİN  AŞILMASI: Əgər Siz təsadüfən bir neçə tablet (dozadan həddən çox) qəbul etmişsinizsə, o zaman ürək vurğularının ləngiməsi, qan təzyiqinin aşağı düşməsi, yaxud digər ürək problemləri, eləcə də tənəffüsün çətinləşməsi və ya xırıltılar ola bilər. Belə hallarda tez bir zamanda yaxınlıqdakı xəstəxananın təcili yardım bölməsi ilə və ya həkiminizlə, yaxud əczaçı ilə əlaqə saxlayın.

BURAXILIŞ  FORMASI: 5 mq-lıq Taneleb®  iki bərabər hissəyə bölünə bilər.

14 tablet, PVC/PE/PVDC// Alüminium folqadan hazırlanmış blisterlərdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA  ŞƏRAİTİ: 30°-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Son istifadə tarixi ötübsə (qutunun üzərində yazılıb), Taneleb® -i istifadə etməyin. Son istifadə tarixi ayın axırıncı günü sayılır. Görünüşündə hər hansı dəyişiklik müşahidə edilən Taneleb®  preparatını istifadə etməyin. Bu preparat ev tullantıları ilə və ya çirkab sularına atılmamalıdır. Əczaçıdan bu preparatın hansı formada atılması barədə soruşun. Bu tədbirlər ətraf mühiti qorumağa köməklik edər.

YARARLILIQ  MÜDDƏTİ: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

APTEKDƏN  BURAXILMA  ŞƏRTİ: Resept əsasında buraxılır.

İSTEHSALÇI: Specifar S.A.1,28 Octovriou str., 123 51 Ag. Varvara Athens, Greece.

 

 


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost