|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
MORESERC
Ana səhifə > Məhsullar > Sinir sistemi > MORESERC Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
MORESERC

TƏRKİBİ: Betahistin-dihidroxlorid - 16, 24 mq

FARMAKOLOJİ QRUPU: Histaminomimetik Mikrosirkulyasiya korrektoru və angioprotektor 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Betahistin- histaminin analoqu olub, daxili qulaqda və MSS-nin vestibulyar nüvələrində H1- və H3 reseptorlarına təsir göstərir. Betahistin- daxili qulaqda damarların H1-reseptorlarına birbaşa, H3-reseptorlarına dolayı təsir etməklə qan dövranını yaxşılaşdırır, labirint və ilbizdə daxili qulaq mayesinin təzyiqini normallaşdırır. Həmçinin,vertebrobazilyar arteriyada qan dövranını yaxşılaşdırır. Betahistin-vestibulyar nüvələrdə H3- reseptorlarını ingibə edərək beyin kötüyü səviyyəsində   neyronların keçiriciliyini normallaşdırır, başgicəllənmənin intensivliyini və tezliyini aşağı salır, qulaqlarda küyü azaldır, eşitməni yaxşılaşdırır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-Vertebrobazilyar çatışmazlıq, travmatik və  aterosklerotik mənşəli ensefalopatiyaların kompleks müalicəsi

-Menyer xəstəliyi və ya sindromu

-Eşitmənin zəifləməsi

-Vestibulyar pozğunluqların simptomatik müalicəsi: vertiqo,vestibulyar nevrit, labirintit, vəziyyətlə əlaqədar xoşxassəli başgicəllənmə, neyrocərrahi əməliyyatlarla bağlı meydana çıxan başgicəllənmə

ƏKS GÖSTƏRİŞLƏR:

-Böyrəküstü vəzin şişi ilə bağlı yüksək qan təzyiqi

-Mədə və bağırsağın xora xəstəliyi

-Bronxial astma və bronxospazma meyillik

-18 yaşdan aşağı uşaqlar

-Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq

XÜSUSİ GÖSTƏRİŞLƏR: Tədqiqatlar zamanı  Moreserkin avtomobil və ya texnikadan istifadə qabiliyyətinə təsir göstərmədiyi müəyyən olunmuşdur.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Betahistinin hamiləlik vəlaktasiya dövründə  istifadəsinə dair məlumatlar kifayət qədər deyil. Hamiləlik və laktasiya dövründə preparatın ana üçün faydası döl və körpə üçün potensial riskindən yüksək olduğu halda istifadə olunmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ: Ürəkbulanma, mədə pozğunluğu, başağrısı, qaşınma, səpgi, övrə xəstəliyi, qusma, mədə ağrıları və köp

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

16 mq tablet

24 mq tablet

gündə 3 dəfə 1/2-1 tablet

gündə 2 dəfə 1 tablet

Moreserk - yemək zamanı və ya yeməkdən sonra qəbul olunur. Minimal müalicə kursu 4-8 həftədir. Müalicə kursu xəstəlikdən və simptomların ağırlıq dərəcəsindən asılı olaraq müəyyən olunur

BURAXILIŞ FORMASI: 16 mq, 24 mq tablet №30

İSTEHSALÇI: HELBA Pharmaceuticals Inc. Co İstanbul / Türkiyə


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost