|
  • RENEPHRIN
  • RİBATRAN
  • CASSOL
  • COROS
  • PARAZOL
  • GARDLOX PORTAĞAL
  • GARDLOX VITAMIN C
  • FUNGALAC KREM
  • VENERİN
  • FUNGALAC LAK
  • HELPAS BAL VƏ LİMON
  • BRONCHOFIT
  • HELPAS MENTOL
  • DON APPETITO
  • HELPAS PORTAĞAL VƏ VİT C
  • MOGULAIR
  • DECON
  • LEMOXOL
  • SPRAMAX
  • APETON
  • OSMICAL
  • GLUTHION
  • HEMET
  • PINKU
  • LEVOPLUS
  • KIDACOL
  • VITAL MIX
  • SEDOTRE
  • MİRTAZİN
  • QOPANTAM
  • SEDASTAT
  • HEMET
  • SPRAMAX
  • NATALBEN
  • HELPAS
  • DON APPETITO
  • HELPAS
  • DECON
  • HELPAS
  • MIRTAZIN
  • RIBATRAN
  • KAMAGRA
  • BIOSTABYL
  • RENALGAN
  • RENALGAN-MAX
  • RENEPHRIN
  • KIDACOL
  • OSMICAL
  • BÜTÜN PREPARATLAR
  • MORESERC
  • SEVPRAM
  • ALZIDON
  • PARASTAMIC
  • ALCEBA
  • RASATRAN
  • NEO-ENTEROSOL
  • ABROLEN
  • TANELEB
  • DEMOTON-T
  • DEMOTON-D
  • DEMOTON B NEO
  • STAMIC
  • FOZITON
  • CARTAN
  • SPECILID
  • CAPTOSPES+H
QOPANTAM
Ana səhifə > Məhsullar > Sinir sistemi > QOPANTAM Birinci məhsul Əvvəlki məhsul Sonrakı məhsul Sonuncu məhsul
QOPANTAM

TƏRKİBİ:
Təsiredici maddə: 1 tabletində 0,25 q. Hopanten turşusu vardır.

Köməkçi maddələr: əsası maqnezium-karbonat, kalsium-stearat, talk, metilsellüloza.
TƏSVİRİ: Yastısilindrik, xətli, ağ rəngdə tabletlər.
BEYNƏLXALQ PATENLƏŞDİRİLMİŞ ADI: Hopantenic acid.
FARMAKOTERAPEVTİK QRUPU: nootrop dərman vasitəsi
FARMAKODİNAMİKA: Preparatın təsir spektri strukturunda olan qamma-aminoyağ turşusu ilə əlaqədardır. Nootrop və qicolma əleyhinə təsirə malikdir. Hərəki oyanılığı azaldaraq, eyni zamanda zehni və fiziki iş qabiliyyətinə aktivləşdirici təsir göstərir.
FARMAKOKINETIKA: Mədə-bağırsaq traktından tez sorulur. Hematoensefalik baryeri keçir. Metabolizə olunmur və 48 saat ərzində dəyişilməz şəkildə organizmdən xaric olur.
İSTİFADƏSINƏ GÖSTƏRİŞLƏR:
-Baş beynin üzvi zədələnmələrdə, koqnitiv pozğunluqlar (həmçinin, neyroinfeksiyaların və kəllə-beyin travmalarının fəsadları) və nevrotik pozğunluqlar;
-Ekstrapiramid hiperkinezlər (mioklonus epilepsiya, Hentiqton xoreyası, hepatolentikulyar degenerasiya, Parkinson xəstəliyi və s.) həmçinin, neyroleptiklərin qəbulu nəticəsində əmələ gələn ekstrapiramid sindromun (hiperkinetik və akinetik) korrektoru kimi;
-Epilepsiya zamanı qıcolma əleyhinə vasitələrlə birgə;
-Psixoemosional gərginlik, zehni və fiziki iş qabliyyətinin zəiflənməsi, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün;
-Sidik ifrazının müxtəlif mənşəli pozğunluqları (pollakiuriya, enurez, imperativ sedik saxlaya bilməməzlik, imperativ iştəmə);
-Uşaqlarda zehni inkşafın ləngiməsi.
ƏKS GÖSTƏRİŞLƏR:
-hiperhəssaslıq
-kəskin, ağır böyrək xəstəlikləri;
-hamiləlik (1 trimestr)
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Preparat barbituratların təsir müddətini uzaldır; qıcolma əleyhinə vasitələrin təsirini gücləndirir, fenobarbitalın, karbamazepinin, neyroleptiklərin əlavə təsirlərinin qarşısını alır.
Qlisinlə birgə istifadəsində Hopantam preparatının effekti güclənir.
Preparat yerli antiseptiklərin (novokain) təsirini gücləndirir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Preparat yeməkdən 15-20 dəg.sonra daxilə qəbul edilir.
Böyüklər: birdəfəlik doza 0,5-1 q., sutkalıq doza 1,5-3 q.
Uşaqlar: birdəfəlik doza 0,25-0,5 q., sutkalıq doza 0,75-3 q.
Müalicə kursu 1-4 ay, bəzi hallarda 6 ay təşkil edir. 3-6 aydan sonra müalicə kursu təkrarlana bilər.
Uşaqlarda zehni inkişafinin ləngməsi: 0,5 q. Gündə 4-6 dəfə, 3 ay ərzində; danışıq inkişafının ləngiməsində 0,5q. Gündə 2-3 dəfə, 2-3 ay ərzində.
Neyroleptik sindrom zamanı korrektor kimi: böyüklərdə 0,5-1g. gündə 3 dəfə; uşaqlara: 0,25-0,5 g. Gündə 3-4 dəfə. Müalicə kursu 1-3 ay.alicə kursu 1-4 ay, bəzi hallarda 6 ay təşkil edir. 3-6 aydan sonra m
Uşaqlarda zehni inkişafinin ləngməsi: 0,5 q. Gü
Neyroleptik sindrom zamanı korrektor kimi: bö
Epilepsiya zamanı:  
Uşaqlar:0,25-0,5 q. gündə 3-4 dəfə; böyüklər: 0,5-1 q. gündə 3-4 dəfə, uzunmüddətli (6 ay qədər).
Tik zamanı:
Uşaqlar: 0,25-0,5q. gündə 3-6 dəfə, 1-4 ay ərzində; böyüklər: 1,5-3 q. hər gün,1-5 ay ərzində.
Sidik ifrazının pozgunluqlarında: böyüklər 0,5-1 q. gündə 2-3 dəfə; uşaqlar 0,25-0,5 q. (sutkalıg doza 25-50 mg\kg). Mualicə kursu 2 həftədən 3 aya gədər. Uzunmüddətli müalicə zamanı mərkəzi sinir sisteminə nootrop və stimullaşdırıcı təsir göstərən digər preparatların istifadəsi məsləhət görülmür.
ƏLAVƏ TƏSİRLƏRİ: Allergik reaksiyalar (rinit,konyuktivit,dəri səpgiləri). Belə hallarda doza azaldılır ya preparatın istifadəsi ləğv olunur.
Yuxu pozgunluqları ya yuxuya meyllik, başda səs kimi simtomlar qısamüddətlidir və preparatının ləğv olunmasını tələb etmir.
DOZA HƏDDİNİN AŞILMASI: Əlavə təsirlərlərin güclənməsi müşahidə olunur.
Müalicə: aktivləşdirilmiş kömür,mədənin yuyulması,simptomatik müalicə.
BURAXILIŞ FORMASI: Həblər 0,25 q.№ 50 karton qutuya qablaşdırılır.
SAXLANMA ŞƏRAİTİ: Quru, qaranlıg və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
YARARLILIQ MÜDDƏTİ: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifədə etmək olmaz.
APTEKDƏN BURAXILMA ŞƏRTİ: resept əsasında buraxılır.


 
 
Ünvan: 6-cı mik-on, S.Məmmədova küçəsi 207A, AZ 1114 Bakı / Azərbaycan
Tel: (+994 12) 513-19-45
  (+994 12) 513-29-49
Faks: (+994 12) 569-84-46
E-mail: info@welfar.az
 
  Copyright WELFAR © 2011-2012. All Rights Reserved.
Hosting by IssoHost